Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    Prezident Qaxda su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev Qax şəhərində, Qaxingiloy və Qaxbaş kəndlərində yenidən qurulan su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan prezidenti Qax şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin planına baxıb. Məlumat verilib ki, Qax şəhəri, Qaxingiloy və Qaxbaş kəndlərinin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əsasən, burada ilkin mərhələdə tutumu min kubmetr olan su anbarı inşa ediləcək. Sonrakı mərhələlərdə isə 500 kubmetrlik bir neçə su anbarı tikiləcək, kanalizasiya xətləri çəkiləcək. Qaxbaşı su anbarına Hamamçay körpüsünün yaxınlığındakı üç bulaqdan 8 min 300 metr uzunluğunda polietilen borularla su xətti çəkiləcək. Beş hektar ərazidə sutəmizləyici qurğu inşa olunacaq.
    18.11.11 Məqaləni oxumaq
     
    İlham Əliyev Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev bu gün Qaxda Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, mərkəzin eskiz layihələri ilə tanış olan dövlət başçısına məlumat verilib ki, Heydər Əliyev Mərkəzi bir hektara yaxın ərazidə inşa olunacaq. Tikinti işlərinin 2012-ci ildə başa çatdırılması nəzərdə tutulub. Sahəsi 2 min kvadratmetrə qədər olacaq əsas binada bir böyük konfrans zalı, eksplikasiya salonları, sinif otaqları və mini konfrans zalı da fəaliyyət göstərəcək. Layihəyə əsasən mərkəzin mühəndis-kommunikasiya sistemi də ən müasir standartlara cavab verəcək. Mərkəzin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılacaq. Qeyd olunub ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, xarici ölkələrə və respublikamızın regionlarına səfərlərini əks etdirən fotoguşə yaradılacaq. Burada xarici dil, rəsm dərnəkləri və ən müasir avadanlıqla təchiz edilən xidmət otaqları fəaliyyət göstərəcək.
    18.11.11 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib
    Prezident İlham Əliyev Qaxda “El Resort” mehmanxanasının açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib. Mehmanxanada yaradılmış şəraitlə tanış olan prezident İlham Əliyevə məlumat verilib ki, üçmərtəbəli kompleks 2,7 hektar ərazini əhatə edir. Ümumi sahəsi 3 min 660 kvadratmetr olan mehmanxana lüks və VİP otaqlardan, 120 yerlik yeməkxanadan, 60 yerlik kafe–bar, oyun və kino zallarından ibarətdir.
    17.11.11 Məqaləni oxumaq
     
    Prezident Qaxda “İçəribazar” qala kompleksində yaradılan şəraitlə tanış olub
    Prezident İlham Əliyev Qax şəhərindəki “İçəribazar” qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunub, İçəribazar küçəsi yenidən qurulub. Kompleksin ərazisini gəzən prezidentə məlumat verilib ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılıb, qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılıb. Bildirilib ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşib.
    17.11.11 Məqaləni oxumaq
     
    Hidayət Orucov: “Bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərir”
    “Azərbaycanda dindən siyasi, şəxsi maraqlar üçün istifadə edən qüvvələr və şəxslər mövcuddur”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov söyləyib. Onun sözlərinə görə, əslində isə din xadimi olmayan şəxslər və qruplar var ki, dini təhrif edir, din adından danışır. Komitə sədri həmçinin bildirib ki, bir çox ölkə öz dövlət və din sistemini Azərbaycana ixrac etmək istiqamətində fəaliyyət göstərərək təxribatlar törədir və buna da çox böyük vəsait ayrılıb.
    17.11.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”
    “Biz çalışacağıq ki, bir də erməni gülləsinə tuş gələn Farizimiz, Aygünümüz olmasın”. “KƏLAMİNFO” xəbər verir ki, bunu parlamentin vitse-spikeri Bahar Muradova Bakıda keçirilən Uşaqların 2-ci Forumunda deyib. Qeyd edib ki, Qarabağ probleminin çözülməmiş qalması gənclərin, uşaqların sağlam gələcəyinə də maneədir: “Ölkədə bizdən də savadlı, əqidəli, mükəmməl yeni nəsil formalaşır. Azərbaycanda uşaqlarla bağlı qanunvericilik mükəmməlləşib. Ümumilikdə 72 qanun, 11 məcəllə uşaq hüquqlarını əks etdirir. Bu qanunlarla uşaqların sosial hüquqlarının qorunması, uşaq siyasəti və hüquqlarının həyata keçirilməsi tənzimlənir. Bütün bunlar vətəndaş cəmiyyətinə xidmət edir”. B.Muradovanın sözlərinə görə, Milli Məclisdə daim uşaq problemləri, onların həlli yolları müzakirəyə çıxarılır: “Azərbaycanda siyasi, iqtisadi mühit imkan verir ki, uşaqlarımız sağlam şəraitdə böyüsünlər”.
    17.11.11 Məqaləni oxumaq
     
    “ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir”
    ATƏT-in Minsk qrupunda Fransanın Avropa İttifaqı ilə əvəzlənməsi bir fikirdir və bu fakt deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə əsasən, Avropa İttifaqının münaqişənin həllinə nail olmaq fikri varsa, bu Fransanı əvəzlənmədən də baş verə bilər. “Ötən müddət ərzində bu üç dövlət müəyyən təcrübə əldə edib. Bu məsələ ilə tanış olmayan bir dövlətlə əvəzlənmə müəyyən problemlər yarada bilər. Minsk qrupuna üzv dövlətlər İtaliya da daxil olmaqla bu prosesə aktiv qoşulmaq istəyirlər. Mən bu çərçivənin genişlənməsinin onların bu prosesə qoşulmasının tərəfdarıyam”,-deyə B.Muradova əlavə edib.
    16.11.11 Məqaləni oxumaq
     
    Vitse-spiker: “Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməz”
    Dağlıq Qarabağın Azərbaycanlı və erməni icmasının görüşü danışıqlara nativ ola bilməz. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova söyləyib. “Gələcəkdə icmaların birgə yaşayışı müzakirə oluna bilər. Ermənistan tərəfi bu görüşün əhəmiyyətsiz olması barədə fikirlər səsləndirir. Amma bu o qədər də vacib deyil. Biz görüşün baş tutmasına nail olmalıyıq” - deyə o qeyd edib. Bahar Muradova həmçinin dini rəhbərlərin görüşü məsələsinə də münasibət bildirərək deyib ki, danışıqların formatına zərər gətirməyən istənilən görüşün tərəfdarıdır.
    16.11.11 Məqaləni oxumaq
     
    Prezident “Euronews” kanalının Müşahidə Şurasının sədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesanini və İcraedici Şuranın baş direktoru Maykl Pitersi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, “Euronews” kanalının Müşahidə Şurasının sədri Piter Luis Malesani ölkəmizin BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi və Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində qalib gəlməsi münasibətilə dövlət başçısını təbrik edib. Ölkəmizə bundan əvvəlki səfərini xatırlayan qonaq ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Ötən dövrü “Euronews” kanalı ilə Azərbaycanın fəal əməkdaşlıq mərhələsi kimi xarakterizə edən prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini bildirib.
    16.11.11 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Qazaxıstana yola düşüb
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın Almatı şəhərinə yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB-yə daxil olan ölkələrin silahlı qüvvələri arasında əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.
    16.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 91 92 93 94 95 96 97 98 99 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30