Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  90 91 92 93 94 95 96 97 98  #
    MSK səsvermə bülletenlərinin paylanmasına başlayıb
    Mərkəzi Seçki Komissiyası bu gündən etibarən bəzi bələdiyyələrə keçiriləcək təkrar, əlavə və yeni seçkilərlə bağlı seçki bülletenlərinin və səsvermənin nəticələrinə dair seçki komissiyaları protokollarının dairə seçki komissiyalarına verilməsinə başlayıb. Məlumat “KƏLAMİNFO”ya MSK-nın mətbuat xidmətindən verilib. Qeyd edək ki, komissiyanın oktyabrın 14-də keçirilən iclasında səsvermə protokollarının, oktyabrın 25-də keçirilən iclasında isə bülletenlərin sayı və hazırlanma qaydası barədə qərar qəbul edib. Protokollar seçki keçiriləcək dairə və məntəqələrin sayına uyğun olaraq, bülletenlər isə oktyabrın 25-nə olan məlumata görə seçkilər keçiriləcək bələdiyyələr üzrə qeydə alınmış seçicilərin ümumi sayından 3 faiz artıq, yəni cəmi 1 191 541 ədəd olmaqla Azərbaycan Respublikası Milli Məclisinin mətbəəsində çap edilib. Xatırladaq ki, noyabrın 30-da 330 bələdiyyə üzrə 464 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.
    22.11.11 Məqaləni oxumaq
     
    ABŞ-ın Dəniz Qüvvələrinin katibi Rey Meybas Azərbaycanda səfərdədir
    ABŞ-ın Dəniz Qüvvələri katibi Rey Meybas (Ray Mabus) Azərbaycanda səfərdədir. ABŞ-ın Azərbaycandakı səfirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Meybas Azərbaycanın hökumət rəsmiləri ilə görüşlər keçirəcək, ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsindəki əməkdaşlığı müzakirə edəcək. Bu gün onun Azərbaycanın siyasi və hərbi darilərində danışıqlar aparacağı gözlənilir. Müdafiə Katibinin tabeliyində olan, Baş İcraedici Rəhbər kimi Dəniz Qüvvələri Katibi Dəniz Qüvvələri Departamentinin bütün işlərini aparır. Dəniz Qüvvələri Departamenti iki Formalı Xidmətdən ibarətdir: ABŞ Dəniz Qüvvələri və ABŞ Dəniz Korpusu. Dəniz Qüvvələri Katibi milli təhlükəsizlik siyasətinə və Prezident və ya Müdafiə Katibi tərəfindən qoyulmuş məqsədlərə uyğun olaraq siyasətlərin və proqramların təşkilinə və icrasına cavabdehdir.
    21.11.11 Məqaləni oxumaq
     
    Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Gənc İş Adamları Şəbəkəsi təsis ediləcək
    Heydər Əliyev Fondu, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə noyabrın 22-23-də Bakıda “İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi”nin (İƏT GİAŞ) təsis qurultayı keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, DƏ-İKGF-nin Avrasiya üzrə Regional Mərkəzindən bildiriblər ki, şəbəkə İƏT-in üzvü olan ölkələrdə fəaliyyət göstərən gənc iş adamları üçün birgə fəaliyyət üzrə platforma rolunu oynamaqla, onlar arasında biznes sahəsində məlumat mübadiləsi, iqtisadiyyatın inkişafına töhfə verə biləcək biznes fəaliyyətinin stimullaşdırılmasına, o cümlədən qlobal səviyyədə innovativ ideya və təcrübə mübadiləsinin həyata keçirilməsinə imkan yaradacaq.
    21.11.11 Məqaləni oxumaq
     
    İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib
    Prezident İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunun açılış mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti açılış mərasimində çıxış edib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonun inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə qəbələlilər adından minnətdarlıq edib. Daha sonra dövlət başçısı aeroportun rəmzi açılışını bildirən lenti kəsib. “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov beynəlxalq standartlara cavab verən Qəbələ aeroportu haqqında prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı Qəbələ Beynəlxalq Aeroportunun layihəsi və Qəbələ-Ağdaş yolunun yenidən qurulması ilə bağlı stendlərə baxıb. Prezident İlham Əliyev aeroportun açılışı münasibətilə təbriklərini çatdırıb, kollektivə uğurlar arzulayıb.
    20.11.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Ərdoğana məktub ünvanlayıb
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktubla müraciət edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-dən veriblər. Şeyx məktubda qardaş ölkənin Van bölgəsində baş vermiş zəlzələdən əziyyət çəkən vətəndaşlarına yardım etmək niyyətini bildirib. “Bütün Azərbaycan xalqı möhtərəm dövlət rəhbərimiz - Sizin qardaşınız İlham Əliyev həzrətləri başda olmaqla, təbii fəlakət baş verən ilk gündən etibarən qardaş Türkiyə xalqının çətinliklərini paylaşmağa, zəlzələdən əziyyət çəkənlərə maddi və mənəvi cəhətdən qardaş yardımı göstərilməsinə böyük önəm verdi. QMİ olaraq, Vanda dəhşətli zəlzələnin baş verdiyi ilk gün Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyi ilə əlaqə yaradaraq, zəlzələdən əziyyət çəkən qardaşlarımıza yardım məqsədilə maddi vəsait köçürməyi özümüzə borc bildik.
    20.11.11 Məqaləni oxumaq
     
    XİN: Azərbaycan Cənubi Osetiyada keçirilmiş prezident seçkilərini tanımır
    Azərbaycanın Xarici İşlər Nazirliyi 13 noyabr 2011-ci il tarixində Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bəyanatda Azərbaycanın Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Gürcüstanın Tsxinvali regionunda - Cənubi Osetiyada 13 noyabr 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib. Xarici İşlər Nazirliyi münaqişənin öz mümkün həllini tapması üçün hazırkı danışıqlar prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə qətiyyətlə inanır.
    19.11.11 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Moskvaya gedir
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 20-də Moskva şəhərinə səfərə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya QMİ-nin mətbuat xidmətindən bildirilib. Səfərdə məqsəd Moskva və bütün rusların patriarxı Kirilin anadan olmasının 65-ci ildönümü ilə əlaqədar yubiley tədbirlərində iştirak etməkdir. Noyabrın 22-dək davam edəcək səfər zamanı MDB Dinlərarası Şurasının həmsədri Şeyxülislam Allahşükür Paşazadənin şuranın digər həmsədri - patriarx Kirillə əlahiddə görüşü nəzərdə tutulur. QMİ sədrinin, həmçinin yubiley tədbirlərində iştirak edən Ümumgürcüstan Patriarx-Katolikosu II İlya ilə görüşü də planlaşdırılır.
    19.11.11 Məqaləni oxumaq
     
    Prezident Qəbələdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın istifadəyə verilməsi mərasimində iştirak edib
    Prezident İlham Əliyev Qəbələ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 36 mənzilli binanın istifadəyə verilməsi mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti mənzillərdə yaradılmış şəraitlə tanış olub. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bildirib ki, mənzillərdə yaşayış üçün hər cür şərait yaradılıb. Prezident İlham Əliyev Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüşüb, yeni mənzillərin orderlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim edib. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri dövlət başçısına onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıq ediblər.
    19.11.11 Məqaləni oxumaq
     
    Prezident Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib
    Prezident İlham Əliyev Qəbələdə su-limonad istehsalı zavodunun açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı zavodu işə salıb. Məlumat verilib ki, istehsal gücü saatda 6 min litr olan zavodun tikintisi bu ilin martında başlanılıb, oktyabrda isə başa çatdırılıb. İllik istehsal gücü 50 milyon litr olan müəssisədə 60 nəfər işlə təmin olunacaq. Müasir avadanlığın quraşdırıldığı zavodda istehsal prosesi ilə tanış olan prezident İlham Əliyev hazır məhsulun dadına da baxıb. Dövlət başçısı bu cür müəssisələrin açılmasının əhəmiyyətini qeyd edib, müvafiq tapşırıq və tövsiyələrini verib.
    19.11.11 Məqaləni oxumaq
     
    Prezident Qəbələdə “Qafqaz Sport Hotel”in açılışında iştirak edib
    Prezident İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində “Qafqaz Sport Hotel”in açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub. Məlumat verilib ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılıb. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksesuarlardan istifadə olunub. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə, o cümlədən kral dairəsi, 12 suit və əlillər üçün bir otaq var. Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış olub. Bildirilib ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilib.
    19.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : #  90 91 92 93 94 95 96 97 98  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30