Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 89 90 91 92 93 94 95 96 97 » #
    Həmsədrlər noyabrın 28-də Yerevana gələcəklər
    ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke, İqor Popov və Bernar Fasye noyabrın 28-də Yerevana gələcəklər. «KƏLAMİNFO» «ArmTodey»ə istinadən xəbər verir ki, onlar səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər.
    24.11.11 Məqaləni oxumaq
     
    Dövlət başçısı DÇ-nin ekspozisiyası ilə tanış olub
    Bakı Sərgi Mərkəzin­də "BakuTel-2011" XVII Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransı açılıb. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya 2012-ci il­də respublikamızda keçiriləcək 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatına hazırlıq işlərinin gedişi barədə geniş məlumat verilib. Dövlət başçısına dünya çempionatına biletlərin onlayn qaydada satışı sistemi nümayiş etdirilib. Qeyd olunub ki, istənilən xarici vətəndaş bu sistem vasitəsilə ölkəmizdə keçiriləcək futbol üzrə dünya çempionatına bilet əldə edə bilər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 17 yaşlı qadınlar arasında futbol üzrə dünya çempionatının start sayğacını işə salıb.
    24.11.11 Məqaləni oxumaq
     
    Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verdi
    Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib. Bu barədə məlumatı “KƏLAMİNFO” QMİ-nin mətbuat xidmətindən veriblər. Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dır. "Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin ruhuna xütbələr oxunmalıdır",-deyə fətvada deyilir. Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn (ə) və yaxınları Yəzid ibn Müaviyənin qoşunları tərəfindən qətlə yetirilib.
    24.11.11 Məqaləni oxumaq
     
    Prezident “BakuTel-2011” iştirakçılarını təbrik edib
    Azərbaycan Prezidenti İlham Əliyev “BakuTel–2011” 17-si Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib. “KƏLAMİNFO”nun məlumatına görə, təbrik məktubunda bildirilir ki, builki sərgi və konfransda 32 ölkədən 250 şirkətin təmsil olunması dünya İKT cəmiyyətlərinin bu tədbirə verdiyi qiymətin parlaq təzahürüdür: “Ölkəmizdə hər il keçirilən bu beynəlxalq sərgi və konfrans müxtəlif ölkələrin informasiya cəmiyyətlərinin formalaşması üzrə təcrübə mübadiləsi, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, qabaqcıl texnologiyaların təqdimatı, şirkətlər arasında biznes əlaqələrinin genişləndirilməsi üçün əlverişli şərait yaradır. Azərbaycanda İKT-nin inkişafına dövlət böyük qayğı göstərir. 2003-cü ildən İKT-nin inkişaf strategiyası və bu sahəyə dair bir neçə dövlət proqramı qəbul edilmiş, hüquqi baza formalaşmış, uyğun islahatlar həyata keçirilmiş və nəticədə normal rəqabət mühitinə malik olan, böyük həə investisiya qəbul edən müasir İKT bazarı yaradılmışdır. Ölkəmiz regional və beynəlxalq İKT layihələrində fəal iştirak edir. Avrasiya transmilli informasiya magistralı, Avropa-Yaxın Şərq yüksəksürətli informasiya şəbəkəsi kimi layihələr buna misaldır.
    24.11.11 Məqaləni oxumaq
     
    Milli Məclisin deputatları Baltik Assambleyasının sessiyasına qatılacaqlar
    Noyabrın 24-dən 26-dək parlamentin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 30-cu sessiyası və 17-ci Baltik Şurasının iclaslarında iştirak etmək üçün Estoniyanın paytaxtı Tallin şəhərində səfərdə olacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Milli Məclisdən veriblər. Toplantıda regionda birgə infrastruktur layihələrinin həyata keçirilməsi, davamlı enerji bazarı, səhiyyə ilə bağlı məsələlərə baxılacaq. Tədbir çərçivəsində Baltik Assambleyası mükafatlarının təqdimetmə mərasimi keçiriləcək. Səfər zamanı Baltik Assambleyası Rəyasət Heyəti, Benelüks Parlamenti və GUAM Parlament Assambleyasının nümayəndə heyətləri arasında üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub.
    23.11.11 Məqaləni oxumaq
     
    Argentina Milli Kitabxanasında Azərbaycanla bağlı nəşrlərdən ibarət fond yaradılıb
    Buenos-Ayresdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünün qeyd edilməsi çərçivəsində akademik, ictimai və mədəni tədbirlər həftəsi başlayıb. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirlərdə iştirak üçün Argentinaya millət vəkilləri Mirkazım Kazımov, Asim Mollazadə və Ceyhun Osmanlı, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva və Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayevdən ibarət nümayəndə heyəti səfər edib.
    23.11.11 Məqaləni oxumaq
     
    Nizami Cəfərov və Sədaqət Vəliyeva Astanada TürkPA-nın iclasında iştirak edəcəklər
    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında iştirak etmək üçün bu gün Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə “Birgə Qorqud Proqramı”nın layihəsi, o cümlədən türk xalqlarının mədəniyyət, elm-təhsil, texnologiya sahələrində əməkdaşlığının təşviqi ilə bağlı müzakirələr aparılacaq. Deputatlarımız müzakirə olunacaq məsələlərə dair öz münasibətlərini bildirəcək, təkliflərini verəcəklər. Səfər noyabrın 27-də başa çatacaq.
    23.11.11 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: “Liviyanın pullarını alıb Yunanıstana verdilər”
    “Bizim bəzi müxalif qüvvələrə anlatmaq istərdim ki, investisiya qoymaq bazardan alma almaq deyil. Almanı almaq üçün əvvəl ağacını yetişdirməlisən. 1994-cü ildə müqavilə imzalanandan sonra dərhal göydən dollar tökülmədi ki?! Regionlarda hər gün müəssisələr açılır. Bu günkü acından ölməlidir ki, neft pulları gələcək nəsillərə saxlanılsın? Bu cür yanaşma düzgün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında YAP-dan olan deputat Siyavuş Novruzov bildirib.
    23.11.11 Məqaləni oxumaq
     
    Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib
    Bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının üzvləri ilə görüş keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycan-Türkiyə münasibətlərinin regionda inkişaf, sabitlik rəmzi olduğunu qeyd edərək, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirib. Qardaş ölkəylə eyni dəyərlərə malik olduğumuzu, bugünkü inkişafımızın bütün dünya üçün nümunə olduğunu deyib. Qeyd edilib ki, xalqlarımız daim sülh, barış tərəfdarı olmasına baxmayaraq, əsrlər boyu terrorla, haqsızlıqla üzləşib, amma bir-birimizə həmişə dəstək olub bütün çətinliklərin öhdəsindən uğurla gəlmişik. S.Seyidov Ermənistanla bağlanan protokolların bu günə qədər ratifikasiya edilmədiyinə görə həmkarlarına minnətdarlıq edib.
    23.11.11 Məqaləni oxumaq
     
    Politoloq: “Avrasiya Birliyi sanki SSRİ-nin yenidən yaradılmasıdır”
    “Rusiyanın təşəbbüsü ilə Avrasiya Birliyinin yaranmasının obyektiv faktorları var”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Rasim Ağayev bildirib. Politoloqun fikrincə, ilk növbədə burada uzun müddət sıx yaşamış, birgə yaşamış xalqlardan söhbət gedir. “Bura ruslar, ukraynlar, belaruslar, qazaxlar və sair aiddir. Onlar faktiki olaraq qardaş xalqlar adlandırılır. Bundan başqa Rusiya, Belarus və Qazaxıstan arasında iqtisadi və siyasi əlaqələr ən yüksək səviyyədədir. Birliyin yaradılması üçün istəyə gəldikdə isə, beynəlxalq fikrə də nəzər salmalıyıq. Beynəlxalq fikir də budur ki, bu birlik, sanki SSRİ-nin yenidən yaradılmasıdır. Buna görə də layihəyə mənfi münasibət bildirilib”,-deyə R.Ağayev vurğulayıb.
    23.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 89 90 91 92 93 94 95 96 97 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30