Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 87 88 89 90 91 92 93 94 95 » #
    Vəfa Quluzadə: “Qafqazda partizan müharibəsinin güclənmə ehtimalı çoxdur”
    “Vladimir Putin Rusiyada növbəti hakimiyyəti dövründə piar kimi Qafqazdakı vəziyyətdən bacardıqca istifadə etməyə çalışır. Amma ortada olan fakt odur ki, o, uzun müddət hakimiyyətdə olmasına baxmayaraq, hələ də Qafqazda Rusiyanın səbəbkarlığı ilə başlayan münaqişələri hələ də bitirə bilməyib”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə bildirib. Politoloq deyib ki, bu münaqişələrin, xüsusilə də Qarabağ kimi müharibə qığılcımı həll olunmadıqca, Rusiyanın özü üçün də regionda ciddi problemlər yaşanacaq.
    01.12.11 Məqaləni oxumaq
     
    Moldova GUAM-da sədrliyi Azərbaycana ötürür
    Moldova dekabrın 6-7-də Demokratiya və İqtisadi Təşkilat - GUAM-da sədrliyi Azərbaycana ötürəcək. Bu barədə təşkilatın Koordinasiya Şurasının Kişinyovda keçirilən toplantısında qərara alınıb. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, iclas çərçivəsində iştirakçılar - Moldovanın xarici işlər nazirinin müavini Andrey Popov, Ukrayna XİN rəhbərinin müavini Pavel Klimkin, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev və GUAM-ın baş katibi Valeri Çeçalaşvili iştirak edib. Onlar GUAM ölkələri arasında siyasi və iqtisadi sahələrdə olan məsələləri müzakirə ediblər. Moldova tərəfi GUAM üzvlərinin xarici tərəfdaşları ilə energetika, nəqliyyat infrastrukturu sahəsində münasibətlərin inkişaf etdirilməsi, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, fövqəladə halların xəbərdar edilməsi, turizmin inkişaf etdirilməsi, informasiya və nanotexnologiyaların inkişafını müzakirə ediblər.
    01.12.11 Məqaləni oxumaq
     
    Minsk Qrupunun yeni həmsədri Jak For prezident İlham Əliyevə təqdim olunub
    Prezident İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
    01.12.11 Məqaləni oxumaq
     
    Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunan beynəlxalq konfrans keçiriləcək
    Dekabrın 1-də Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Türkiyə Xarici İşlər Nazirliyi nəzdində Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə Türkiyənin Konya şəhərinin Selcuk Universitetində Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə SAM-ın aparıcı elmi işçisi Cavid Vəliyev “Dağlıq-Qarabağ münaqişəsi və onun həlli yolları”, millət vəkili Fazil Mustafa “Azərbaycan və Türkiyənin erməni problemi və atılacaq birgə addımlar”, APA-nın baş direktoru Vüsalə Mahirqızı “Türkiyə-Azərbaycan münasibətlərində mətbuatın rolu”, Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndəsi Rəşad Rəsullu isə “Türkiyə-Azərbaycan arasında iqtisadi əlaqələr” mövzularında məruzələrlə çıxış edəcəklər.
    30.11.11 Məqaləni oxumaq
     
    Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşünün tarixi açıqlandı
    Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin növbəti toplantısı 2012-ci il yanvarın 17-də Naxçıvanda keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qərar toplantıya hazırlıq məqsədi ilə Üçtərəfli İqtisadi Komitənin Tehranda keçirilmiş birinci iclasında qəbul edilib.
    30.11.11 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Rusiyada keçirləcək seçkiləri izləyəcəklər
    Dekabrın 4-də Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasına keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycan Milli Məclisinin bir qrup deputatı Moskva və Sankt-Peterburq şəhərlərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, millət vəkili Azay Quliyev ATƏT Parlament Assambleyasının, deputatlar Sabir Hacıyev, Elxan Süleymanov Avropa Şurası Parlament Assambleyasının xətti ilə seçkiləri izləyəcəklər. Millət vəkilləri Elton Məmmədov, Mirkazım Kazımov, Ərəstun Cavadov, Rüfət Quliyev MDB Parlamentlərarası Assambleyanın, Elmira Axundova, Fuad Muradov isə MDB İcraiyyə Komitəsinin müşahidəçilər qrupunun tərkibində prosesə qatılacaqlar. Milli Məclisin üzvləri seçki məntəqələrində olacaq, səsvermənin gedişini müşahidə edəcəklər. Səfər dekabrın 5-də başa çatacaq.
    30.11.11 Məqaləni oxumaq
     
    Ramil Həsənov ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısında iştirak edəcək
    TÜRKPA baş katibi Ramil Həsənov 6-7 dekabr tarixlərində Litvanın sədrliyi ilə paytaxt Vilnüs şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının 18-ci toplantısında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Ümumilikdə 56 ölkənin xarici işlər nazirlərinin iştirak edəcəyi toplantıda 200-dən artıq beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı nəzərdə tutulub. Səfər çərçivəsində TÜRKPA baş katibinin Qazaxıstan, Qırğızıstan və Türkiyə xarici işlər nazirləri, həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı ilə görüşü nəzərdə tutulub.
    30.11.11 Məqaləni oxumaq
     
    Hollandiyalı deputat Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib
    Brüsseldə keçirilən Türkiyə-Avropa Birliyi Birgə Komissiyasının toplantısı hollandiyalı irqçi deputatın provokasiyasına səhnə olub. Viza şərtlərinin yüngülləşdirilməsi və pozitiv gündəmlə bağlı müzakirələrin aparıldığı toplantıda holland deputat Madlener Türkiyəyə və islam dininə qarşı ağır ifadələr işlədib. «KƏLAMİNFO» «Hürriyət»ə istinadən xəbər verir ki, Madlener «Türkiyə Avropa Birliyinə aid deyil, çünki geri qalmış islami ideologiyası var» deyib və islamla demokratiyanın bir araya gələ bilməyəcəyini iddia edib. Əvvəlki illərdə də toplantılarda provokasiyalara əl atan Madlener daha sonra Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçi Egemen Bağışa karikatura hədiyyə edəcəyini söyləyərək, kürsüyə tərəf getməyə çalışıb. «Hədiyyəyə ehtiyacımız yoxdur» deyən Egemen Bağış isə hollandiyalı deputata ağır cavab verib. Nazir eyni zamanda irqçilik xəstəliyinə yoluxanları Anadoluya dəvət edib: «Biz onları müalicə etməyə hazırıq».
    30.11.11 Məqaləni oxumaq
     
    Həmsədrlər Ermənistan-Azərbaycan sərhədini keçiblər
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan-Ermənistan sərhədində monitorinq keçirilir. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın Qazax rayonu Cəfərli və Ermənistanın Kayan kəndləri arasında yerləşən yoldakı təmas xəttində keçirilən monitorinqi ATƏT-in Minsk Qrupunun həmsədrləri də izləyirlər. Dünən Ermənistana səfər etmiş vasitəçilər monitorinq zamanı Azərbaycan sərhədini keçiblər. Monitorinq başa çatdıqdan sonra həmsədrlər Bakıya gələrək Azərbaycan rəsmiləri ilə danışıqlar aparacaqlar. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun şəxsi köməkçisi Uilyam Praroy və səhra köməkçisi Antal Herdiç, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Xristo Xristov və Marius Puodziunas keçirirlər.
    30.11.11 Məqaləni oxumaq
     
    “Türk-erməni münasibətləri Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər”
    “Bu gün Türkiyədə Ermənistanla münasibətlərin normallaşdırılması məsələsinin müzakirəsinə şərait yaradan müvafiq vəziyyət yoxdur. Ona görə də Ankara rəsmiləri sərhədlərin açılmayacağı ilə bağlı əminliklə ardıcıl bəyanatlar verirlər”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafa bildirib. Deputat qeyd edib ki, Türkiyə tərəfi ilə bu vəziyyət ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun fəaliyyətində hər hansı bir irəliləyişin baş verməməsi ilə bağlıdır. “Çox güman ki, türk-erməni münasibətlərinin normallaşdırılması məsələsi 2012-ci ildə Rusiya və ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yenidən aktivləşə bilər. Ola bilsin ki, Türkiyə bu ölkələrdə keçiriləcək prezident seçkilərindən sonra yenidən məsələyə qayıtsın. Hər halda, Türkiyə və Ermənistanın yaxın vaxtlarda protokolların müddəaları ilə bağlı müzakirələrə başlayacağı gözlənilmir”,-deyə F.Mustafa vurğulayıb.
    29.11.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 87 88 89 90 91 92 93 94 95 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30