Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 86 87 88 89 90 91 92 93 94 » #
    Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək
    Məhərrəm ayı - Aşura günü ilə əlaqədar Azərbaycanda 13 məsciddə qanvermə aksiyası keçiriləcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova verib. Aksiya Səhiyyə Nazirliyinin briqadaları ilə birgə təşkil olunub. Aksiyanın keçiriləcəyi yerlər aşağıdakılardır:
    06.12.11 Məqaləni oxumaq
     
    Roland Kobia: “Azərbaycan addım-addım Avropaya irəliləyir”
    “Bu gün hər bir dövlət üçün demokratiya və insan haqlarının qorunması prioritet olmalıdır və biz Azərbaycanın bu istiqamətdə çalışmasının şahidiyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Dövlət İdarəçilik Akademiyasında “Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Bakı ofisinin rəhbəri Roland Kobia bildirib. O qeyd edib ki, hər bir dövlətdə korrupsiya ilə mübarizə və şəffaflığın qorunması vacib əhəmiyyət daşımalıdır. “Azərbaycan da Avropanın bir hissəsi olduğu üçün bu istiqamətdə səylərini əsirgəməməlidir. Bu, ilk baxışdan çox çətin görünsə də, nəzərə alaq ki, artıq Azərbaycan addım-addım Avropaya irəliləyir” - deyə R.Kobia vurğualyıb. Onun sözlərinə görə, Azərbaycanın Avropada tanınmasında gələn ilin mayında keçiriləcək “Eurovision” müsabiqəsi, həmçinin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi öz töhfəsini verəcək.
    05.12.11 Məqaləni oxumaq
     
    ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurası Qarabağ nizamlanması ilə bağlı bəyanat qəbul edəcək
    ATƏT-ə üzv dövlətlərin XİN rəhbərlərinin Şurasının dekabrın 6-7-də Vilnüsdə keçiriləcək illik toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanat qəbul ediləcək. «KƏLAMİNFO» xəbər verir ki, «Novosti Armeniya»ya diplomatik mənbələrdən verilən məlumata görə, ayrıca Ermənistanla Azərbaycan arasında hər hansı bir sənəd imzalanmayacaq. Az əvvəl «NEWS.am» məlumat vermişdi ki, Ermənistan XİN iclas çərçivəsində iki ölkənin xarici siyasət idarələri rəhbərlərinin, eləcə də Minsk qrupu həmsədrlərinin görüşünün keçiriləcəyini nə təkzib, nə də təsdiq etmişdi. Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib ki, belə görüşlər barədə lazım gələrsə məlumat verilir: «İndi yalnız onu deyə bilərəm ki, Nalbandyan Vilnüsdə keçiriləcək toplantıda iştirak edəcək».
    05.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin İrana səfəri başlayır
    Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti bu gündən dekabrın 5-dək İranda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı keçiriləcək görüşlərdə əsasən Azərbaycan və İran arasında informasiya sahəsində əməkdaşlıq, ölkədaxili proseslərin işıqlandırılması, sərhəd boyu televiziya və radio yayımı sahəsində mövcud olan vəziyyət müzakirə ediləcək. Bundan başqa, aparılacaq müzakirələrdə qarşılıqlı ictimai-siyasi əhəmiyyət kəsb edən digər məsələlər də diqqət mərkəzində olacaq.
    03.12.11 Məqaləni oxumaq
     
    Əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni sistem formalaşıb
    Bu gün Beynəlxalq Əlillər Günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aztəminatlı əhali, o cümlədən əlil pensiyaçıların sosial müdafiəsi sahəsində yeni bir sistem formalaşıb. Dövlət Sosial Müdafiə Fondundan “KƏLAMİNFO”ya verilən məlumata görə, bu ilin 1 oktyabr tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan 1.279.422 nəfərin 25,9 faizi (330,8 min nəfəri) əlilliyə görə əmək pensiyası alanlardır.
    02.12.11 Məqaləni oxumaq
     
    ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar
    ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa), Robert Bratke (ABŞ) və İqor Popov (Rusiya) bölgəyə səfərlərinin yekunlarına dair bəyanat yayıblar. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik noyabr ayının 28-30-da Yerevan və Bakıya səfər ediblər. Vasitəçiləri Fasyeni gələcəkdə Fransadan həmsədr kimi əvəz edən səfir Jak For müşayiət edib. Həmsədrlər Yerevanda Ermənistan prezidenti Serj Sarkisyan, XİN-in rəhbəri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyan ilə, Bakıda isə Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüblər. Keçirilən bütün görüşlərdə həmsədrlər, Dağlıq Qarabağ münaqişəsinin həllində davamlı sülhə nail olmasında təmsil etdikləri ölkələrin öhdəliklərini bir daha təsdiq ediblər.
    02.12.11 Məqaləni oxumaq
     
    SAM-da “Dünya enerji sisteminə baxış 2011”adlı xüsusi hesabatın təqdimatı keçiriləcək
    Dekabrın 2-də Strateji Araşdırmalar Mərkəzində Beynəlxalq Enerji Agentliyinin hazırladığı “Dünya enerji sisteminə baxış 2011” (World Energy Outlook 2011) adlı xüsusi hesabatın təqdimatı keçiriləcək. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata hesabat Beynəlxalq Enerji Agentliyinin vitse-prezidenti, səfir Riçard Cons tərəfindən təqdim olunacaq. R.Cons Beynəlxalq Enerji Agentliyinin hazırladığı və noyabrın 9-da işıq üzü görən “Dünya enerji sisteminə baxış 2011” adlı hesabatı haqqında məlumat verəcək, qlobal enerji bazarlarının durumunu, bu sahədə yürüdülən siyasəti, enerjiyə olan gələcək tələb və təklif mexanizmlərini müzakirə mövzusuna çevirəcək. Dünya enerji sisteminin qarşılaşdığı problemlər, sərmayələrin neft-qaz sektoruna cəlb olunmasında yaranan maneələr, nüvə enerjisinin istifadəsinin sürətlə azalması prosesi, dünyanın kömür hasilatına tələbatının artması, iqlim dəyişikliklərinin yaratdığı fəsadlar, bərpa olunan enerji hasilatına dəstək və s. önəmli məsələlər hesabatın əsas mövzusudur.
    02.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Ermənilərin tarixi saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir
    “Ermənilər tərəfindən qədim tarixin, eyni zamanda müasir tarixin saxtalaşdırılması bütün dünyanın gözü qarşısında baş verir. Ermənistan tarixçilərinin özlərindən miflər uyduraraq, sonra bu miflər üzərində öz tarixlərini qurmaları bir yana, onlar bütün dünyada elmi aldatmaqla məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Qafqaz Albaniyasının Azərbaycanın və Qafqazın tarixində rolu” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib. Ə.Həsənov bildirib ki, ermənilər dünyanın ayrı-ayrı siyasi ensiklopediyalarına saxta məlumatlar yerləşdirməklə, Cənubi Qafqazın tarixini saxtalaşdırırlar:
    01.12.11 Məqaləni oxumaq
     
    PA rəsmisi: Ermənistan danışıqlardan məsələnin uzadılması məqsədilə istifadə edirlər
    Münasibətlərin tənzimlənməsindəki əsas istiqamətlərdən biri icmalararası danışıqların olmasıdır. Rəsmi Bakı bu məsələyə önəm verir. “KƏLAMİNFO” xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Bakının Dağlıq Qarabağın erməni icmasının nümayəndələrinin azərbaycanlı icma ilə noyabrın 28-də Berlində keçirilən görüşə gəlməməsinə münasibət bildirərkən deyib. "Dağlıq Qarabağın azərbaycanlı icması danışıqlarda iştirak etməyə həmişə hazır olub. Amma ermənilərin danışıqlara hansı səbəblərdən gəlmədiyini araşdırmaq lazımdır. Bu da o deməkdir ki, ermənilər işğal siyasətlərinə son qoymaq istəmirlər. Danışıqlardan da məsələnin uzadılması məqsədilə istifadə edirlər.
    01.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Bu abidələrin bəziləri ilə bağlı digər dinlərin nümayəndələri tərəfindən özününküləşdirməyə cəhdlər olub
    Azərbaycan və Gürcüstan arasında, sərhəd bölgədə yerləşən qədim alban mədəniyyəti nümunələrinin kimə məxsus olduğu müvafiq qurumların xətti ilə dəqiqləşdirilir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. Ə.Həsənov deyib ki, sərhəddə yerləşən və tərəflər arasında mübahisəli hesab olunan "David Qareci" məbədi ilə bağlı məsələ üzərində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası işləyir. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti öz milli mədəniyyətinə, ənənələrinə, tarixinə sahib olduğu kimi, Azərbaycan ərazisində Qafqaz Albaniyasına aid olan tarixi abidələrə sahiblik istiqamətində də fəaliyyət göstərir.
    01.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 86 87 88 89 90 91 92 93 94 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30