Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Prezident Sumqayıtdakı Cümə Məscidində olub
    Bu gün Prezident İlham Əliyev Sumqayıtdakı Cümə Məscidində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Dövlət başçısı Cümə Məscidinin yenidənqurmadan əvvəlki vəziyyətini əks etdirən fotolara baxıb. Prezident İlham Əliyevə məlumat verildi ki, 2003-cü ildə şəhərin 6-cı mikrorayonunda istifadəyə verilən məscidin ümumi ərazisi 4,5 hektardır. Burada eyni vaxtda 500 nəfər ibadət edə bilər. 2011-ci ilin iyulunda Prezident İlham Əliyev məsciddə olub. Dövlət başçısının tapşırığına əsasən məscid əsaslı təmir edilib. 
    03.05.13 Məqaləni oxumaq
     
    Prezidentliyə namizəd Purməhəmmədi Azərbaycanı təhdid edib
    “Azərbaycan İranın və islamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik”. Modern.az- İran KİV-lərinə istinadən  xəbər verir ki, bu sözləri Təbriz Universitetində çıxış edən prezidentliyə namizəd Purməhəmmədi Azərbaycan Respublikası barədə verilən sualı cavablandırarkən deyib: “İran İslam Respublikası həmişə qonşu ölkələrlə münasibətlərin genişlənməsi siyasətini öndə tutub və bütün qonşuları ilə dostluq əlaqələrinin qurulmasının tərəfdarıdır”.
    Onun sözlərinə görə, Azərbaycan Respublikası İran İslam Respublikasının milli maraqlarının əksi yolunda hərəkət edir:
    “Azərbaycan Respublikası İranın və İslamın düşmənlərinin tələsinə düşüb və biz bu ölkə xalqına kömək etməliyik ki, sionistlərin tələsindən çıxsınlar”
    03.05.13 Məqaləni oxumaq
     
    "Bu gün burada həm müsəlman, həm yəhudi, həm də xristian dini icmalarının nümayəndələri var"
    Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində Sumqayıtda müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçirilib. Aksiyada Dövlət Komitəsinin rəhbərliyi, o cümlədən ölkəmizdə fəaliyyət göstərək dini konfessiyaların rəhbərləri də iştirak ediblər.
    30.04.13 Məqaləni oxumaq
     
    Ulu Öndərin 90 illik yubileyi münasibəti ilə dini icmalar ağacəkəmə aksiyası keçirəcəklər
    Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində Sumqayıtda müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə "Yaşıl dünyamızı birgə qoruyaq" adlı ağacəkmə aksiyası keçiriləcək. Aksiyada Dövlət Komitəsinin rəhbərliyi, o cümlədən ölkəmizdə fəaliyyət göstərək dini konfessiyaların rəhbərləri də iştirak edəcəklər. 


    27.04.13 Məqaləni oxumaq
     
    Həcc ziyarətinə gedən zəvvarların səfər vaxtı bəlli oldu
    Azərbaycandan bu il Həcc ziyarətinə gedən zəvvarların səfəri Qurban Bayramı ərəfəsi olaraq oktyabrın 2-dən başlayacaq. Qafqaz MÜsəlmanları İdarəsindən APA-ya verilən məlumata görə, artıq ziyarət üçün zəvvarlara təklif olunan variantlardan biri - xərci 3250 manatlıq xidmət üçün limit dolub. Xərci 4100 manatlıq olan digər xidmət variantı üçün isə limitin gələn həftə dolması gözlənilir. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarların qalacaqları hotellərdən asılı olaraq qiymətlərə görə iki variantda xidmət təqdim olunur. 
    25.04.13 Məqaləni oxumaq
     
    Elşad İsgəndərov: “Azərbaycan pozitiv dünyəviliyin örnəyidir”
    Ukraynada keçirilən III Kiyev Dinlərarası Forumunda Azərbaycandan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyəti ilk olaraq ulu öndər Heydər Əliyevin Kiyevin mərkəzində yerləşən abidəsini ziyarət edib. Komitədən verilən məlumata görə, Forumun açılış mərasimində çıxış edən DQİDK-nın sədri Azərbaycanda dövlət-din münasibətləri barədə iştirakçıları məlumatlandırıb və ölkəmizin dünyaya örnək ola biləcək tolerantlıq modelinin səciyyəvi cəhətləri barədə danışıb. Dünyəvi dövlət modellərinin qlobal səviyyədə dinin mötədilliyinə təsir göstərən faktor olduğunu qeyd edən Elşad İskəndərov Azərbaycanda məhz “pozitiv dünyəvilik” modelinin inkişaf etdiyini vurğulayıb. Belə ki, bu model çərçivəsində dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin din sahəsinə qayğı və dəstəyi hər zaman yüksələn xətt üzrə inkişaf etməkdə olduğunu bildirib.
    24.04.13 Məqaləni oxumaq
     
    Prezident: Antiislam, islamofobiya təbliğatı aparılır
    Təəssüf ki, bizim bütün səylərimizə baxmayaraq, dünyada həyəcanlı proseslər gedir. Antiislam, islamofobiya təbliğatı aparılır. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də "MDB müsəlmanları sülh və sabit inkişaf naminə" mövzusunda Bakıda keçirilən konfransın iştirakçılarını qəbulu zamanı çıxışında deyib.
    Prezident İlham Əliyev dünyada cərəyan edən mürəkkəb proseslər fonunda tolerantlığın, dinc yanaşı yaşamanın və qarşılıqlı etimadın möhkəmləndirilməsinin əhəmiyyətindən danışaraq bildirib: "Biz nə qədər çalışsaq da, hər halda kütləvi informasiya vasitələrində bu terminlər işlədilir. Terrorçuları "islamçı" adlandırırlar. Terrorçunun nə milləti, nə də dini vardır".
    24.04.13 Məqaləni oxumaq
     
    DQİDK sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir
    Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov Şamaxıda vətəndaşlarla görüş keçirmişdir. Görüşə Şamaxı ilə yanaşı, Şirvan regionunun digər rayonlarından olan sakinlər də qatılmışlar. DQİDK-nın sədri görüşə gəlmiş vətəndaşları narahat edən məsələləri dinləmiş, təkliflər barəsində birgə fikir mübadiləsi aparılmışdır. Görüşdə dindarlar Dövlət Komitəsinin sədri ilə əsasən ibadətgahların, dini icmaların və məscidlərin qeydiyyatı məsələsi barədə söhbət aparmışlar.
    23.04.13 Məqaləni oxumaq
     
    “Azərbaycandakı yüksək tolerantlıq ənənələri digər ölkələri üçün örnək ola bilər”
    Avropa  Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Fransanın müxtəlif  dini icmalarının və ictimai təşkilatlarının təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olub. AAC-dan APA-ya verilən məlumata görə, Fransanın “Fəxri Legion” ordeni mükafatçısı, Bordo Müsəlman Məscidinin rəhbəri və Fransanın cənub-qərb bölgəsinin müftisi Tareq Ubrunun rəhbərlik etdiyi nümayəndə heyətinin  tərkibinə Fransa İslam Yardımı Təşkilatının Baş katibi və Bordo ofisinin rəhbəri xanım Xədicə Ubru, Jirond Müsəlman Federasiyasının Baş katibi Müslim Şərafəddin, Fransa Yəhudi icmasının Akvatin Şurasının və Fransadakı yəhudilərin mərkəzi məhkəməsinin Bordo regional nümayəndəsi Didye Quec, “Hexagone Partners” təşkilatının direktoru Qay Antuan Kasteks və Fransa Terror Qurbanları Assosiasiyasının vitse-prezidenti Pyer Koneza daxildir.
    19.04.13 Məqaləni oxumaq
     
    Dini icmalar ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirir
    Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi  ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir. Bu barədə jurnalistlərə açıqlamasında Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib: “Ötən həftə Şamaxıda ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş  â€śDövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün iki günlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir.”
    17.04.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 5 6 7 8 9 10 11 12 13 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30