Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Elmar Məmmədyarov Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın paytaxtı Vilnüs şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 18-ci iclasında iştirakı çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyqlə keçirilmiş görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı iki ölkə arasında iqtisadi və enerji sahələrində, həmçinin beynəlxalq təşkilatlar və BMT TŞ çərçivəsində perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə Britaniya tərəfi Azərbaycan ilə Türkiyə arasında qaz alqı-satqısı və tranziti məsələlərinə dair sənədlər paketinin imzalanmasından məmnunluq bildirib. Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze ilə görüşən Elmar Məmmədyarov gürcüstanlı həmkarı ilə Azərbaycan və Gürcüstan arasındakı ikitərəfli əlaqələr və regionda mövcud olan münaqişələrin həlli perspektivlərini müzakirə edib. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar və GUAM çərçivəsində əməkdaşlıq, eyni zamanda enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
    07.12.11 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “BMT Təhlükəsizlik Şurası öz kəskin sözünü deməlidir”
    “Təəssüf ki, dünyanın böyük təşkilatı olan BMT-nin Dağlıq Qarabağla bağlı qətnamələrinin yerinə yetirilməsi illərdir uzanır. BMT Təhlükəsizlik Şurası öz kəskin sözünü deməlidir, beynəlxalq təşkilatlar artıq öz hüquqi legitimliyini ortaya qoyub Ermənistana öz təzyiqlərini artırmalıdırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, dünən Azərbaycan xarici işlər nazirinin də bəyan etdiyi kimi, Azərbaycan sülh sazişinin üzərində işləməyə hazır olduğunu bildirib.
    07.12.11 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Hesabat Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir”
    “Ötən bir illə bağlı “Transparency International” təşkilatının hesabatı Azərbaycanın korrupsiyaya qarşı mübarizəsinin ruhuna uyğun gəlmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov deyib. O qeyd edib ki, bu kimi təşkilatların hər bir dəyərləndirməsi, xüsusilə də beynəlxalq təşkilatlar səviyyəsində dəyərləndirmələr obyektiv, ədalətli olmalı, subyektiv fikirlər üstünlük təşkil etməməlidir. “Biz buna reallığı əks etdirməyən hal kimi yanaşırıq. Siyahıda tutmalı olduğumuz yer orada real göstəriləndən xeyli dərəcədə fərqlənir. Beynəlxalq təşkilatlar bütün məsələlərdə olduğu kimi bu məsələdə də həqiqəti əks etdirməlidirlər” - deyə Ə.Əhmədov vurğulayıb. Deputat bildirib ki, Azərbaycan cəmiyyətində də əhalinin böyük əksəriyyəti həmin məsələlərdə fərqli düşünür. “Hökumət korrupsiyanın aradan qaldırılması və bununla mübarizə istiqamətində ciddi addımlar atır. Bu istiqamətdə çox ciddi işlər görülür və bundan sonra da təbii ki, görüləcək” - deyə o, əlavə edib.
    07.12.11 Məqaləni oxumaq
     
    Bakıda müstəqilliyin 20 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilir
    “20 il milli dövlətin yaranması və inkişafı üçün çox az bir müddətdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Bakıda keçirilən “Müstəqilliyin 20 illiyi: mütərəqqi, ədalətli və dinamik dövlət quruculuğuna gedən yolda əldə olunmuş nailiyyətlər və qarşıya çıxan çətinliklər” adlı beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O qeyd edib ki, bu 20 il ərzində Azərbaycanda köklü islahatlar aparılıb, köklü dəyişikliklər edilib və iqtisadi əməkdaşlıq sferasında ciddi addımlar atılıb.
    07.12.11 Məqaləni oxumaq
     
    Prezident Vladimir Putinə zəng edib
    Prezident İlham Əliyev dekabrın 6-da Rusiya baş naziri Vladimir Putinə zəng edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Rusiya Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə Vladimir Putini başçılıq etdiyi “Yedinaya Rossiya” Partiyasının əldə etdiyi qələbə münasibətilə təbrik edib. Rusiya baş naziri Vladimir Putin göstərilən diqqətə və təbrikə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Prezident İlham Əliyev və baş nazir Vladimir Putin Yeni Azərbaycan Partiyası ilə “Yedinaya Rossiya” Partiyası arasında əməkdaşlığın yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd ediblər. Telefon söhbəti zamanı prezident İlham Əliyev və Rusiya baş naziri Vladimir Putin ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb və bu əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini bildiriblər.
    07.12.11 Məqaləni oxumaq
     
    Hillari Klinton: ABŞ Minsk Qrupunun fəaliyyətini dəstəkləyir
    ABŞ ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu sözləri ABŞ dövlət katibi Hillari Klinton ATƏT XİN rəhbərlərinin dekabrın 6-da Vilnüsdə başlayan iclasında deyib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır. Dövlət katibi Minsk Qrupuna dəstəyini nümayiş etdirərək xatırladıb ki, Dovildə Fransa və Rusiya prezidentləri regionda sülh və sabitliyin əldə olunmasının vacibliyini bildiriblər.
    06.12.11 Məqaləni oxumaq
     
    Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşü olub
    Vilnüsdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. “KƏLAMİNFO” “News.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan açıqlama verib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsini müzakirə ediblər. ATƏT Xarici İşlər Nazirləri Şurasının bu gün başlayacaq iclasında Dağlıq Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbulunun mümkünlüyü də müzakirə olunub.
    06.12.11 Məqaləni oxumaq
     
    ATƏT-in sədri: “Təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir”
    «Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir». Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın XİN rəhbəri Audronyus Ajubalis Vilnüsdə işə başlayan ATƏT XİN rəhbərləri Şurasının iclasında bildirib. Həlli gecikən münaqişələr barədə danışan ATƏT sədri 6 illik fasilədən sonra Dnestryanı münaqişə ilə bağlı danışıqların başlanmasını alqışlayıb. O, Gürcüstanda münaqişələrin həllinin vacibliyini bildirərək Cenevrə müzakirələrinin aparılmasının zəruriliyini vurğulayıb. «KƏLAMİNFO» «NEWS.am»a istinadən xəbər verir ki, təşkilatın rəhbəri Dağlıq Qarabağ münaqişəsinə də toxunub: «O ki qaldı Dağlıq Qarabağ münaqişəsinə, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizmlərini işə salmaq gərəkdir. Bu, gərginliyi azalda bilər».
    06.12.11 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov bu gün Bonnda Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstan üzrə Beynəlxalq konfransda iştirak edəcək. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Elmar Məmmədyarovun konfrans zamanı keçiriləcək müzakirələrdə iştirakı və ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.
    06.12.11 Məqaləni oxumaq
     
    Prezident Medvedevi və Putini təbrik edib
    Prezident İlham Əliyev Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli Dmitri Anatolyeviç, Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına seçkilərdə siyahısına Sizin başçılıq etdiyiniz “Yedinaya Rossiya” Partiyasının qələbəsi münasibətilə səmimi təbriklərimi qəbul edin. Seçkilərdə qələbə Sizin həyata keçirdiyiniz, ölkədə dövlətçiliyin və hüquqi qaydanın möhkəmlənməsinə, cəmiyyətin həyatının bütün sahələrinin modernləşməsinə, dünya birliyində Rusiyanın mövqeləri və nüfuzunun möhkəmlənməsinə yönəlmiş fəaliyyət xəttinin dost Rusiya xalqı tərəfindən dəstəklənməsini bir daha nümayiş etdirdi. Əminəm ki, Azərbaycan ilə Rusiya arasında ənənəvi dostluq, mehriban qonşuluq münasibətləri, çoxtərəfli əməkdaşlığımız və strateji tərəfdaşlığımız xalqlarımızın mənafeyi, regionda sülh, təhlükəsizlik və tərəqqi naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
    06.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 85 86 87 88 89 90 91 92 93 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30