Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Prezident Administrasiyası və Milli Məclisə 2 yeni qanun layihəsi təqdim ediləcək
    Növbəti ilin əvvəlinə QHT-lərə Dövlət Dəstəyi Şurasının hazırladığı “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələri Prezident Administrasiyası, həm də Milli Məclisə göndəriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumatı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev deyib. Şura sədri bildirib ki, həmin qanun layihələri hazırda son təkmilləşmə mərhələsindədir. Qanun layihələri bu gün bir daha işçi qrupu tərəfindən dəyərləndiriləcək.
    22.12.11 Məqaləni oxumaq
     
    İraqın xarici işlər naziri Azərbaycana rəsmi səfərə gəlir
    İraqın xarici işlər naziri Hoşyar Zebari bu gün Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məəlumata görə, səfər zamanı Hoşyar Zebarinin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, eyni zamanda, baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşləri nəzərdə tutulur. Sabah isə Hoşyar Zebarinin Xarici İşlər Nazirliyində mətbuat konfransı olacaq.
    22.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Rusiyada və Qazaxıstanda baş verən hadisələr Azərbaycana təsiri edə bilməz
    “Azərbaycanda bəzi müxalifət qüvvələri xalqın iradəsinə söykənmək əvəzinə, dünyada baş verən proseslərin təsiri ilə hərəkət etmək yolunu tutub”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, müxalifətin bu metodu təzə hadisə deyil. “Biz bunu son 3 ildə Qırğızıstanda, Liviyada, Tunisdə, Misirdə və digər ölkələrdə yaşanan proseslərdən sonra Azərbaycan müxalifətinin hərəkətlərində hiss edirik”-deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyib ki, Azərbaycanda hər hansı şəkildə uğur əldə etmək üçün mütləq şəkildə xalqın iradəsinə söykənmək lazımdır. “Əgər bu iradəyə cavab vermirlərsə onların istənilən arzusu, istənilən planları məhvə məhkumdur. Ona görə də biz heç bir zaman Azərbaycanın xaricində baş verən hadisələrlə ölkə daxilindəki prosesləri eyniləşdirmirik. Onlar arasında əlaqə axtarmırıq, çünki burada heç bir əlaqə yoxdur.
    22.12.11 Məqaləni oxumaq
     
    Bahar Muradova: Qarabağ məsələsinin dünya gündəmini zəbt etməsinin özü bir irəliləyişdir
    “Çox təəssüflər olsun ki, Dağlıq Qarabağla bağlı ilin əvvəlində olan müsbət tendensiyalar sonradan uğursuzluqla nəticələndi. Amma ümumilikdə arxada qoyduğumuz il bütün beynəlxalq təşkilatlarda Dağlıq Qarabağ məsələsinin ən çox müzakirə olunduğu il kimi yadda qaldı”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib. O qeyd edib ki, münaqişənin həllində müsbət nəticə əldə olunmasa da, onun dünya gündəmini bu cür zəbt etməsinin özü bir irəliləyişdir. “Artıq müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanın üzləşdiyi bu problemlə bağlı müxtəlif qətnamələr qəbul edirlər. Ayrı-ayrı ölkələrin parlamentləri Dağlıq Qarabağ, xüsusilə də Xocalı soyqırımı ilə bağlı müvafiq qərarlar qəbul edirlər. Artıq çoxsaylı müxtəlif tərəflər bu problemin beynəlxalq hüquqlar çərçivəsində və BMT-nin müvafiq dörd qətnaməsi əsasında həllini istəyirlər.
    22.12.11 Məqaləni oxumaq
     
    Əli Həsənov: Azərbaycanı avtoritar rejimlər siyahısına salan təşkilatların mövqeləri qərəzlidir
    “Azərbaycanı avtoritar rejimlər siyahısına salan təşkilatlar qərəzli mövqedədirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bunları jurnalistlərə açıqlamasında Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, rəsmi Bakı Azərbaycanı müəyyən təsnifatlar qrupuna ayıran təşkilatların rəyinə tənqidi yanaşır. “Təəssüflər olsun ki, belə təsnifatlaşmanı aparan təşkilatların çoxu obyektiv meyarlardan, obyektiv təhlillərdən çıxış etmir, hansısa mərkəzlərin, qurumların, dövlətlərin sifarişini yerinə yetirirlər”-deyə Ə.Həsənov vurğulayıb. O, Azərbaycan hakimiyyətinin bu cür təsnifatlaşmaları subyektiv dəyərləndirdiyini və reaksiya vermədiyini deyib.
    21.12.11 Məqaləni oxumaq
     
    Siyavuş Novruzov: “Azərbaycan müxalifəti heç vaxt bir araya gələ bilməyib”
    “Azərbaycan müxalifəti xalq tərəfindən dəstəklənmir və heç bir nüfuzu yoxdur”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib. Azərbaycan müxalifətinin Rusiyadakı müxalif qüvvələrin başladığı hərəkatdan ilham alması ilə bağlı sualı cavablandıran millət vəkili qeyd edib ki, yerli müxalifətin xalq arasında dayağı yoxdur: “Azərbaycan müxalifəti küləyə də, yağışa da ümid bəsləyir. Çünki onların xalqla bağlılıqları olmadığına görə ancaq başqa hadisələrə ümid bəsləyirlər. Azərbaycan müxalifəti vaxtilə “Narıncı inqilab”a, “Qızılgül inqilabı”na görə öz rəngini dəyişmişdi. Bir gün narıncı qalstuk bağladılar, sonra əllərinə gül aldılar. Amma bunların heç bir nəticəsi olmadı. Çünki Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır”. S.Novruzov qeyd edib ki, Azərbaycanda müxalifət heç vaxt bir araya gələ bilməyib, ona görə də xalq arasında dəstəyi yoxdur.
    21.12.11 Məqaləni oxumaq
     
    Prezident Moskvaya işgüzar səfərə yola düşüb
    Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Rusiya Federasiyasının paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    21.12.11 Məqaləni oxumaq
     
    Moskvada Azərbaycan Prezidentinin qarşılanma mərasimi olub
    Prezident İlham Əliyev MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının qeyri-rəsmi yubiley zirvə toplantısında iştirak etmək üçün bu gün Moskvaya işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, MDB-nin üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı “Vnukovo-2” Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentini Rusiyanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.
    20.12.11 Məqaləni oxumaq
     
    Bernar Fasye Azərbaycanda səfərdədir
    ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye Azərbaycanda səfərdədir. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Bernar Fasye öz səlahiyyətlərini yeni həmsədr Jak Fora təhvil verməsinə həsr olunmuş mətbuat konfransı keçirəcək. ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Jak For səlahiyyətlərinin icrasına gələn ilin yanvarından başlayacaq.
    20.12.11 Məqaləni oxumaq
     
    Ekspert: Fransanın Minsk Qrupunda qalması münaqişənin həllində son ümidləri də puç edə bilər
    “Fransanın qondarma “erməni soyqırımı” ilə bağlı atdığı addım rəsmi Parisin münaqişənin həllində tərəfsizliyini pozur”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında siyasi ekspert Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, belə bir vəziyyətdə Azərbaycan Fransanın Minsk qrupunda qalmasına qarşı etirazını bildirməlidir. “Hər şey göz qabağındadır. Bu gün Fransanın hazırkı rəhbərliyinin heç nədən çəkinmədən Ermənistana rəğbət bəslədiyi açıq şəkildə görünür. Görünür, prezident Nikolo Sarkozini Fransa-Türkiyə münasibətlərinin gərginləşməsi az narahat edir və bu addım qarşıdan gələn seçkilərdə erməni lobbisinin dəstəyini almağa xidmət edir”,-deyə E.Şahinoğlu vurğulayıb. Ekspert deyib ki, ATƏT-in Minsk qrupunda Fransanın Avropa Birliyi ilə dəyişdirilə biləcəyi dəfələrlə gündəmə gəlib.
    19.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 82 83 84 85 86 87 88 89 90 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30