Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib
    Bosniya və Herseqovinanın Ədliyyə Nazirliyinin UP08-07-1-1910/11 saylı qərarına əsasən, Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyası qeydiyyatdan keçib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyindən veriblər. Sarayevo şəhəri, Muhamed Haciyahiç küçəsi, Âą 29 hüquqi ünvanında yerləşən Bosniya və Herseqovina - Azərbaycan Dostluq Assosiasiyasının sədri Cenita Özgünerdir. Assosiasiya Bosniya və Herseqovina ilə Azərbaycan xalqları arasında mədəniyyət, təhsil, iqtisadiyyat, idman və digər sahələrdə əməkdaşlıq əlaqələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək, bu məqsədlə müxtəlif görüşlərin, dəyirmi masaların, seminar və s. tədbirlərin təşkilatçılığı, habelə ölkələr arasında hər iki tərəf üçün qarşılıqlı maraq doğuran məsələlərin həyata keçirilməsi üçün təcrübə və məlumat mübadiləsi ilə məşğul olacaq.
    09.01.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Dağlıq Qarabağa şərti bir status vermək lazımdır”
    “Biz bütün dünyaya Dağlıq Qarabağın Azərbaycanın olması həqiqətini çatdırırıq və ölkəmizin xəritəsində bu həqiqəti göstəririk. Ona görə də hesab edirəm yaxın gələcəkdə bu amil Azərbaycanın maliyyə sənədlərində də öz əksini tapmalıdır. Yəni büdcə müzakirələrində də qeyd elədiyim kimi müxtəlif regionlarımızın adına maliyyə vəsaiti ayrılarkən hazırda işğal altında olmasına baxmayaraq, Dağlıq Qarabağ da nəzərdə tutulmalıdır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc bildirib.
    Onun fikrincə, bu, həm də Azərbaycanın siyasi manevr müstəvisi üçün çox gərəklidir və Dağlıq Qarabağa şərti bir status vermək, onun hökumətin bütün siyasətində nəzərə alınması lazımdır. “Burada söhbət ondan getmir ki, biz işğal gerçəkliyini unuduruq, Dağlıq Qarabağ ermənilərinin cinayət əməllərinin ört-basdır edirik və sair.
    06.01.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “MDB baş tutmayan plandır”
    “Bu gün Müstəqil Dövlətlər Birliyinin (MDB) mövcudluğu yalnız kağız üzərində qalıb, yox dərəcəsindədir. Hələ Sovet İttifaqı dağılan vaxt bu təşkilat yaranarkən Rusiyanın o vaxtkı prezidenti Boris Yeltsin hesablayırdı ki, MDB bütün bu respublikaları yenə də Rusiyanın malikanəsi kimi saxlayacaq və onlar Rusiyanın tərkibinə daxil olacaqlar. Amma bu, baş vermədi və proseslər əksinə istiqamət aldı”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində politoloq Vəfa Quluzadə vurğulayıb.
    Politoloq qeyd edib ki, hazırda bütün MDB ölkələrinin Qərblə istisnasız əlaqələri var və bu əlaqələrin sonu MDB kimi təşkilatın konsepsiyasının gələcək taleyi üçün yaxşı heç nə vəd eləmir. “Bu gün MDB-nin başında duran Rusiyada vəziyyət çox pisdir, proseslər qarışıqdır. Bəlli deyil ki, orada bu il hakimiyyət dəyişəcək və yaxud da dəyişəcəksə, necə dəyişəcək. Ona görə indi MDB haqqında danışmaq xüsusilə yersizdir. Çünki, MDB baş tutmayan plandır”,-deyə V.Quluzadə vurğulayıb.
    06.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan bu ay ərzində BMT Təhlükəsizlik Şurasının 11 qapalı müşavirəsinə qatılacaq
    Yanvarın 1-dən etibarən BMT Təhlükəsizlik Şurasına 2 illik qeyri-daimi üzv olan Azərbaycan bu ay öz səlahiyyətləri çərçivəsində 11 qapalı müşavirəyə, 3 müzakirəyə və 5 ümumi məlumatlandırma tədbirinə qatılacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.
    Müzakirələr zamanı Orta Şərq, Suriya və digər ərəb ölkələrində baş verən hadisələr, o cümlədən BMT ilə Afrika Birliyi arasında əməkdaşlıq mövzusu diqqətdə olacaq.
    Xatırladaq ki, ötən gün Azərbaycan üzv kimi ilk dəfə Təhlükəsizlik Şurasının ilk iclasına qatılıb.
    06.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Qətərin Daxili İşlər nazirlikləri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq
    Bu il Azərbaycan və Qətər Daxili İşlər nazirlikləri arasında hökumətlərarası təhlükəsizlik sahəsində əməkdaşlıq barədə Saziş imzalanacaq. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib.
    O qeyd edib ki, hazırda bu sənəd layihə formasındadır və Azərbaycan tərəfindən Qətər dövlətinə təklif kimi göndərilib. “İl ərzində sənədin iki ölkə arasında imzalanacağı gözlənilir”,-deyə E.Abdullayev vurğulayıb.
    XİN rəsmisi onu da bildirib ki, təklif Qətərin Baş nazirinin müavini Əhməd bin Abdulla əl-Mahmud tərəfindən təsdiqlənib.
    05.01.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər”
    “Rusiya ilə hazırkı danışıqlar əsnasında əgər Qəbələdə qurulacaq yeni stansiyanın informativ və təhlükəsizlik funksiyası üçün regionda təzə şərait yaranarsa, bu, mütləq parlamentdə geniş müzakirə olunacaq”. Bu barədə “KƏLAMİNFO”ya müsahibəsində Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat deyib ki, bütün hallarda Rusiyanın Cənubi Qafqazda hərbi cəhətdən möhkəmlənməsinə qarşıdır. “RLS ilə bağlı indiyə qədər danışıqlar onun icarə müddətinin uzadılmasından gedirdi. Lakin danışıqların indiki predmeti isə tamamilə yeni müstəvi yaradır və bu açıq şəkildə ona işarə ola bilər ki, Rusiya Azərbaycanın bir ərazisində hərbi bazasını yerləşdirməkdə maraqlıdır. Əlbəttə ki, gələcəkdə iki ölkə arasında hər hansı bir siyasi anlaşmanın detalı kimi bunu mümkün də saymaq olar. Yəni Qarabağ məsələsi, gələcək danışıqlar, Cənubi Qafqazdakı geosiyasi durum kontekstində Qəbələ RLS üzərində müxtəlif siyasi danışıqlar edilə bilər. Lakin əgər Rusiya Qafqazda öz pəncəsini Ermənistandakı bazadan, Gürcüstanda işğal olunmuş regionlardan, Qarabağda da müəyyən hərbi formada iştirakdan sonra bir az da irəli gedərək Azərbaycanın başqa ərazilərində də möhkəmlənmək istəyirsə, bu bizim hərbi siyasi maraqlarımıza qəti olaraq zidd olacaq”,-deyə Z.Oruc vurğulayıb. Millət vəkili deyib ki, bu kimi məsələlərdə Azərbaycan indiyə qədər neytrallığını bəyan edərək, eləcə də balans siyasətinə üstünlük verdiyini deyərək öz təhlükəsizliyini də qoruyub, müstəqillik meydanını da genişləndirib.
    30.12.11 Məqaləni oxumaq
     
    BMT Azərbaycanla bağlı səhvini düzəldib
    BMT-nin İnkişaf Proqramı (UNDP) tərəfindən “İnsan İnkişafı Hesabatı 2011”-də Azərbaycanla bağlı yaranmış problemə aydınlıq gətirilib. “KƏLAMİNFO” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin noyabrında açıqlanan hesabatda insan inkişafı indeksinə görə Azərbaycanın dünya ölkələri arasında 91-ci pillədə yer alması göstərilib. Lakin düzgünlüyü şübhə doğurduğundan məlumat Dövlət Statistika Komitəsində təhlil edilib, “İnsan İnkişafı Hesabatı 2011”-in müəlliflərinə, BMT-nin, YUNESKO-nun Statistika İnstitutunun ekspertlərinə rəsmi müraciət olunaraq məsələnin araşdırılması xahiş edilib: “Dövlət Statistika Komitəsinin iki aya yaxın bu sahədə apardığı təkidli yazışmaları nəticəsində BMT-nin İnkişaf Proqramı (UNDP) öz səhvini etiraf edib. Səhv “təhsilin orta müddəti” göstəricisinin 11.1 il əvəzinə UNDP tərəfindən yanlış olaraq 8.6 il kimi nəzərə alınması ilə bağlı olub. UNDP-nin “İnsan İnkişafı Hesabatı 2011”-in tərtibinə məsul şəxs cənab Milorad Kovaçeviç baş vermiş anlaşılmazlığa görə təəssüfləndiyini bildirməklə yanaşı, Dövlət Statistika Komitəsinə rəsmi olaraq bəyan edib ki, bu xəta UNDP tərəfindən aradan qaldırılıb. Nəticədə dünya ölkələrinin sıralamasında (renkinqində) Azərbaycanın yeni mövqeyi 76-cı pillədədir”. Həmin hesabatda “Adambaşına Ümumi Milli Gəlir” göstəricisi üzrə tərtib edilən renkinqdə isə ölkəmiz 81-ci yerdədir.
    30.12.11 Məqaləni oxumaq
     
    Prezident Bakıda “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışında iştirak edib
    Bu gün Bakının Xəzər rayonunun Bilgəh qəsəbəsində “Jumeirah Bilgah Beach Hotel” kompleksinin açılışı olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, “Jumeirah Bilgah Beach Hotel” kompleksi “Jumeirah Group”un MDB məkanında ilk otelidir. “Azinko Holdinq” şirkəti tərəfindən tikilən otel 12 hektar ərazini əhatə edir. Burada inşa edilmiş tikililərin ümumi sahəsi 73,6 min kvadratmetrdir. Otel binasının sahəsi isə 54 min kvadratmetrdir. Qeyd edilib ki, 20 mərtəbədən ibarət oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb. Burada ümumi sahəsi 4 min 670 kvadratmetr olan 350 avtomobil yerlik qarajlar da var. Diqqətə çatdırılıb ki, otelin dəniz çimərlik hissəsində eyni vaxtda 600 qonağın istirahəti üçün hər cür şərait yaradılıb. Kompleksin dənizkənarı sahilə çıxışında 250 nəfərlik “Promenad Lounge”, dənizin içərisində, estakada üzərində isə 400 nəfərlik “Pier Grill” restoranları turistlərə yüksək xidmət göstərəcək. Ümumilikdə oteldə 9 restoran, bar və gecə klubu var. Məlumat verilib ki, otel kompleksindəki Talise SPA və Sağlamlıq Mərkəzi də müasirliyi ilə diqqət çəkir. Burada, həmçinin müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmiş 450 nəfərlik konfrans zalı da var. Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb. Sonra “Jumeirah Group”un icraçı sədri Cerald Loules çıxış edib. Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirib.
    29.12.11 Məqaləni oxumaq
     
    Rövnəq Abdullayev Metyu Brayzanı qəbul edib
    ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev şirkətin baş ofisində ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Metyu Brayzanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Şirkətin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, M.Brayza Azərbaycanda çalışdığı müddətdə bütün sahələrdə olduğu kimi, neft-qaz sektorunda da böyük inkişaf müşahidə etdiyini, bu inkişafda ARDNŞ-nin mühüm rol oynadığını söyləyib, qarşıdakı illərdə şirkətin fəaliyyət dairəsinin daha da genişlənəcəyinə, dünya bazarında mövqelərinin möhkəmlənəcəyinə əminliyini bildirib. ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli neft-qaz layihələrinin gerçəkləşməsinə ABŞ-ın həmişə böyük dəstək verdiyini qeyd edib.
    29.12.11 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “Fransanın əsas məqsədi ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdır”
    “İndiki halda Fransanın “erməni soyqırımı”nı qəbul etməsi heç də ağır faciə deyil. Çünki bu ölkənin əsas məqsədi heç də ermənilərə dəstək olmaq yox, Türkiyəyə maneə yaratmaqdır”. Bu barədə “KƏLAMİNFO”ya Azərbaycan millət vəkili Fazil Mustafa bildirib. O qeyd edib ki, stüasiyanın hansı istiqamətə dəyişməsindən asılı olmayaraq Azərbaycan bu məsələdə daim Türkiyənin yanındadır. “Rəsmi Bakı da dəfələrlə bunu ifadə edib. Çünki bu məsələdə Azərbaycanın görə biləcəyi iş Türkiyəyə dəstək verməkdir ki, onu da edir” - deyə F.Mustafa vurğulayıb. Deputatın fikrincə, Fransada bir qism qüvvələr bu vəziyyətdən istifadə edib vəziyyəti gərginləşdirmək istəyir. “Lakin biz bu məsələdə daim həssas olmalıyıq” - deyə o, əlavə edib.
    27.12.11 Məqaləni oxumaq
     
    Səhifələr : # « 80 81 82 83 84 85 86 87 88 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30