Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 77 78 79 80 81 82 83 84 85 » #
    Parlamentin Regional məsələlər komitəsi yaz sessiyası üçün iş planını təsdiq edib
    Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitənin 2012-ci il yaz sessiyası üçün qanunvericilik iş planı təsdiq edilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda komitə sədri Arif Rəhimzadə bildirib ki, parlamentin yaz sessiyasında komitə “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi, həmçinin Azərbaycanın inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsini müzakirəyə çıxaracaq. O qeyd edib ki, “Bələdiyyələrin hesabatları haqqında” qanun layihəsi Venesiya Komissiyası ilə birgə hazırlanır və layihədə əks olunan bir sıra məsələlərə aydınlıq gətirildikdən sonra plenar iclasa tövsiyə olunacaq. Komitə sədri, həmçinin qeyd edib ki, 2011-ci il payız sessiyası ərzində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bir sıra qanunlar qəbul olunub. Komitənin iclasında millət vəkili Fəzail İbrahimli bildirib ki, Azərbaycanda bələdiyyələrin müstəqilliyinin təmin olunması üçün qanunvericilik bazası təkmilləşdirilməlidir. O qeyd edib ki, bələdiyyələrin maliyyələşdirilməsinə dövlətin diqqətinin artırılmasına ehtiyac var.
    24.01.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Dərhal Azərbaycan və Türkiyə birgə komitə yaratmalıdır”
    “Dərhal Azərbaycan və Türkiyə Ermənistan və Fransanın bu biabırçılığına, vandal siyasətinə qarşı birgə komitə yaratmaldıır”. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, ilk növbədə Türkiyə öz daxilində qondarma erməni soyqırımını tanıyanlara qarşı cəzanı tətbiq etməlidir. “Bundan başqa, bu məsələ ətrafında Azərbaycan və Türkiyə arasında yaradılacaq komitədə ermənilərin müəllifi olduğu Xocalı soyqırımına dünya miqyasında hüquq tanıdılmalıdır” - deyə Z.Oruc vurğulayıb.
    24.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Avronest PA-nın iclaslarına qatılıblar
    Bu gündən Belçikanın Brüssel şəhərində Avronest Parlament Assambleyasının iclasları başlayır. Tədbirlərdə ölkəmizi Avronest PA-da Azərbaycan milli nümayəndə heyətinin başçısı Elxan Süleymanovun rəhbərlik etdiyi deputat qrupu təmsil edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Əli Hüseynli, deputatlar Rövşən Rzayev, Asim Mollazadə, Fuad Muradov, Rasim Musabəyov, Sevinc Hüseynova və Azər Kərimli daxildirlər. Öncə qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasətləri ilə uyğunluq komitəsinin iclası olacaq. İclasda “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında ticarət razılaşması, azad ticarət zonaları və bu sahədə Aİ-nin yardımı” mövzusunda hesabat dinləniləcək. Aİ ilə tərəfdaş dövlətlərin iqtisadiyyat sahəsindəki qanunvericiliyinin uyğunlaşdırılması məsələsinə baxılacaq. Nəqliyyat və mülki aviasiya sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılacaq.
    24.01.12 Məqaləni oxumaq
     
    Prezident Soçiyə işgüzar səfərə yola düşüb
    Bu gün prezident İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    24.01.12 Məqaləni oxumaq
     
    Ermənistan və Rusiya prezidentlərinin görüşü başlayıb
    Soçidə Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyn və Dmitri Medvedyevin görüşü başlayıb. “KƏLAMİNFO” Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüşdən qabaq Rusiya dövlət başçısı bildirib ki, bu cür görüşlərin ilin əvvəlindən keçirilməsi artıq xoş ənənə şəklini alıb. İndiki görüş çərçivəsində tərəflər ötən ilin yekunlarını müzakirə etmək və cari ildəki planları müzakirə etməyi planlaşdırırlar. Prezidentlərin qiymətləndirməsinə görə, ötən il iki ölkə arasında ticarət dövriyyəsi nöqteyi-nəzərindən pis olmayıb. Görüş zamanı tərəflər ikitərəfli münasibətlər, regional problemləri də müzakirə edəcəklər. Ermənistan prezidenti öz növbəsində ikitərəfli əlaqələri müsbət qiymətləndirərək, Medvedyevə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı səylərinə görə təşəkkür edib: «Bu görüş də, sizin səyləriniz, ayırdığınız vaxt da - Qafqazda vəziyyətə daha nəzarətedici şərait yaratmağa imkan verir». Qeyd edək ki, bu gün ikitərəfli formatda keçirilən görüşdən sonra Qarabağ münaqişəsi üzrə Sarkisyan-Əliyev-Medvedyev görüşü keçiriləcək.
    23.01.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Moskvaya gedib
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedib. XİN mətbuat xidmətindən “KƏLAMİNFO”ya verdiyi məlumata görə, xarici siyasət idarəsinin rəhbəri səfər çərçivəsində Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin yanvarın 23-də Soçidə keçirəcəyi üçtərəfli görüşə hazırlıq məsələləri də müzakirə olunacaq. Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi brifinqdə Azərbaycan xarici işlər nazirinin səfəri çərçivəsində iki ölkə arasında diplomatik əmlak haqqında saziş imzalanacağını bildirmişdi.
    19.01.12 Məqaləni oxumaq
     
    AŞ PA-nın qış sessiyasına qatılacaq Azərbaycan nümayəndə heyətinin tərkibi açıqlanıb
    Yanvarın 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçiriləcək. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək. Nümayəndə heyətinin tərkibinə deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov və Fazil Mustafa daxildirlər.
    19.01.12 Məqaləni oxumaq
     
    Rusiya Dağlıq Qarabağ problemi üzrə vasitəçilik missiyasını davam etdirməyi planlaşdırır
    «Rusiya Dağlıq Qarabağ probleminin nizamlanması ilə vasitəçilik missiyasını davam etdirməyi planlaşdırır». Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Rusiya bunu üçlük (Rusiya, Fransa, ABŞ) çərçivəsində edir. «KƏLAMİNFO» xəbər verir ki, nazir bildirib ki, prezidentlərin görüşü Soçidə yanvarın 23-də keçiriləcək. «Minsk qrupunun həmsədrləri də görüşdə iştirak edəcək və zərurət olduqda prezidentlər onlarla görüşəcəklər» - deyə Lavrov vurğulayıb.
    19.01.12 Məqaləni oxumaq
     
    Prezident Moldovanın baş nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Moldovanın baş naziri Vladimir Filatı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Moldovanın baş naziri Vladimir Filatla Varşavada keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Azərbaycan ilə Moldova arasında ikitərəfli əlaqələrin inkişaf tarixinin müsbət olduğunu qeyd edən prezident İlham Əliyev yeni mərhələdə münasibətlərimizin inkişafına təkan verməyin vacibliyini bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı iqtisadi sahədə əməkdaşlığımızın genişləndirilməsi üçün də yaxşı potensialın olduğunu deyib. Prezident İlham Əliyev baş nazir Vladimir Filatın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
    19.01.12 Məqaləni oxumaq
     
    Sarkisyan yanvarın 23-də işgüzar səfərlə Soçiyə gedəcək
    Rusiya prezidenti Dmitri Medvedyevin dəvəti ilə Ermənistan prezidenti Serj Sarkisyan yanvarın 23-də işgüzar səfərlə Soçiyə gedəcək. “KƏLAMİNFO”nun məlumatına görə, “News.am” Ermənistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə prezidentinin ikitərəfli görüşü keçiriləcək. Elə həmin gün Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iştirakı ilə üçtərəfli görüş də olacaq. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək.
    18.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 77 78 79 80 81 82 83 84 85 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30