Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Ramiz Rzayev və Fərhad Abdullayev Strasburqa gediblər
    Bu gün Ali Məhkəmənin sədri Ramiz Rzayev və Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Strasburqa yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Konstitusiya Məhkəməsindən veriblər. Səfərin məqsədi Avropa İnsan Haqları Məhkəməsinin ənənəvi “Məhkəmə ili”nin açılış mərasimində iştirak etməkdir. F.Abdullayev və R.Rzayev “İnsan Haqları üzrə Avropa Konvensiyası sistemində milli yurisdiksiyaların sıx iştirakını necə təmin etmək?” mövzusunda seminarda da iştirak edəcəklər. Səfər yanvarın 29-da başa çatacaq.
    27.01.12 Məqaləni oxumaq
     
    Əhməd Davudoğlu: “Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək”
    Rusiyada səfərdə olan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Danışıqlarda İranla bağlı yaranmış vəziyyət müzakirə edilib. «KƏLAMİNFO» RİA «Novosti»yə istinadən xəbər verir ki, Ə.Davudoğlu «Türkiyə öz ərazisini İrana qarşı hərbi əməliyyatlar aparmaq üçün istifadə etməyə imkan verməyəcək» deyib. Görüşdə, həmçinin ikitərəfli münasibətlər, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərq, İran və Suriya problemləri, QİƏT çərçivəsində əməkdaşlıq, terrorizmlə birgə mübarizə və digər məsələlər müzakirə olunub. Hər iki ölkə bu problemlərin həlli istiqamətlərində səylərini gücləndirmək qərarına gəliblər. Görüşün sonunda yekun Bəyannamə imzalanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Konrad Adenauer Fondunun Proqram rəhbərini qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov Almaniyanın Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri xanım Canan Atılqanı partiyanın mənzil qərargahında qəbul edib. YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında qarşılıqlı, faydalı əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş iştirakçıları, həmçinin həyata keçiriləcək birgə layihələri müzakirə ediblər.
    27.01.12 Məqaləni oxumaq
     
    ATƏT-in keçirdiyi monitorinq insidentsiz başa çatıb
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Tərtər rayonunun Qızıloba kəndinin cənub-qərb istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb. Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin əlaqələndiricisi İmre Palatinus, səhra köməkçiləri Antal Herdiç və Marius Puodziunas keçiriblər.
    26.01.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev “UBS Global” şirkətinin Direktorlar Şurasının sədri ilə görüşüb
    Davosda Prezident İlham Əliyevin “UBS Global” şirkətinin Direktorlar Şurasının sədri Qaspar Villiger ilə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan “UBS” bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparılıb. Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyevlə görüşlərini xatırladan Qaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini deyib.
    26.01.12 Məqaləni oxumaq
     
    Strateji Araşdırmalar Mərkəzi hesabatını açıqlayıb
    Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011-ci ildəki fəaliyyətinə dair hesabat açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, Mərkəzin 2011-ci ildəki fəaliyyəti ötən illərlə müqayisədə istər tədqiqat, istərsə də təşkilatçılıq baxımından yeniliklərin tətbiqi və çoxşaxəliliyi ilə fərqlənib.
    26.01.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat: “İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır”
    “Təəssüf ki, İranın molla rejimi bu gün hər bir dövlətdə özünə düşmən axtarır. Hətta daim ona dost olmaq istəyən Azərbaycanla belə Tehran bu niyyətindədir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O, qeyd edib ki, İrandakı rejim bu gün az qala bütün dünyaya qarşı müharibə elan etmək vəziyyətindədir, hansı ki başlıca olaraq bu, İran xalqının mənafeyinə ziddir. “Yaxın qonşu, müsəlman qardaşları olmamıza baxmayaraq, İranın molla rejimi öz ölkəsinin müxtəlif şəxsləri və qurumları vasitəsilə Azərbaycana qarşı iftiralar yağdırır, böhtanlar söyləyir, etik normalara sığmayan fikirlərə cəsarət edir. Buna görə də həmin ölkənin bu gün ağır vəziyyətə düşməsinin başlıca səbəbi molla rejiminin mahiyyətində axtarılmalıdır. Bütün dünya birmənalı olaraq İranın nüvə silahının istehsalını dayandırmasını gözləyir, o isə buna əhəmiyyət vermir”-deyə millət vəkili vurğulayıb.
    26.01.12 Məqaləni oxumaq
     
    Milli Məclisin ilk iclasında Fransa Senatının qəbul etdiyi sənədlə bağlı məsələ qaldırılacaq
    Milli Məclisin növbəti plenar iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi ilə bağlı deputatlar ciddi məsələ qaldırmaq fikrindədirlər. Bunları “KƏLAMİNFO”ya müsahibəsində Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib. O qeyd edib ki, bu məsələ ilə bağlı əksər millət vəkilləri birgə mövqe ortaya qoymaq niyyətindədirlər. “Çünki bu sənəd tək Fransa və Türkiyə arasında deyil, bütün dünyada gərginliyin artmasında çox pis bir rol oynaya bilər. Fransa siyasətçiləri tarixi saxtalaşdıranların, dünyada gərginliyi artırmağın müxtəlif yollarını fikirləşən erməni millətçilərinin güdazına getdilər, təəssüf ki, bu, çox şeyi dəyişəcək”-deyə A.Mirzəzadə vurğulayıb.
    26.01.12 Məqaləni oxumaq
     
    Azərbaycan deputatlarından ibarət nümayəndə heyəti İndoneziyaya gedir
    Bu gün Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə, Sabir Rüstəmxanlı İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 7-ci sessiyasında iştirak etmək üçün İndoneziyanın Palembanq şəhərinə səfər edəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Tədbirdə qurumun baş katibinin hesabatı dinləniləcək, İƏT Parlament İttifaqında Maldiv Xalq Məclisinə üzvlük, Moro Milli Azadlıq Cəbhəsinə müşahidəçi statusunun verilməsi, Layihələşdirmə Komitəsinin təsis olunması və təşkilatı məsələlər müzakirə olunacaq, sessiyanın bəyannaməsi və qətnamələri qəbul ediləcək. Səfər çərçivəsində İƏT Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri G.Baxşəliyeva Müsəlman Qadın Parlamentarlarının Konfransında iştirak edəcək. Toplantıda müsəlman qadınların ictimai-siyasi həyatda iştirakı, müsəlman ailələrdə məişət problemlərinin həlli, münaqişələrin aradan qaldırılmasında qadınların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
    25.01.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov İƏT Pİ-nin tədbirlərinə qatılacaq
    TÜRKPA baş katibi Ramil Həsənovun rəhbərliyi etdiyi nümayəndə heyəti 25 yanvar-2 fevral tarixlərində İndoneziyanın Palembanq şəhərində keçiriləcək İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər İttifaqı Şurasının 7-ci toplantısının işində və komitə iclasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər çərçivəsində TÜRKPA baş katibinin bir çox ölkənin və beynəlxalq təşkilatın rəhbərləri ilə ikitərəfli görüşü nəzərdə tutulub. Həmçinin İƏT Parlamentlər İttifaqı Şurasının 7-ci iclasında TÜRKPA baş katibinin çıxışı da planlaşdırılır.
    25.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 76 77 78 79 80 81 82 83 84 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30