Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Bütün Qafqazın Şeyxi: Azərbaycan dindarları hər zaman Prezident İlham Əliyevin yanında olacaqlar
    "Fəxrlə deyə bilərəm ki, dövlətimizin başçı İlham Əliyevin müdrik siyasəti, xalqımızın milli mənəvi dəyərlərinə, dini irsimizə ehtiramlı münasibəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidən qurulması sahəsində müvafiq addımlar atılır".  Bu barədə açıqlama ilə Şamaxı Cümə məscidinin açılışında çıxış edən Şüyxülislam Hacı Allahşükür Paşazadə deyib.
    Şeyx bildirib ki, bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır: "Ulu öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir. 
    18.05.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra açılışını edib
    Bu gün Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident İlham Əliyev mərasimdə iştirak edib.
    Mərasimdə iştirak edən Qafqaz xalqlarının müftiləri, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri dövlətimizin başçısını hərarətlə qarşılayıblar. Prezident İlham Əliyev qonaqlarla görüşüb. Cümə məscidi ilə yaxından tanış olan dövlətimizin başçısına burada görülmüş işlər barədə məlumat verilib.
    17.05.13 Məqaləni oxumaq
     
    Avropa Parlamentində Azərbaycanın tolerantlıq modeli müzakirə olunub
    Avropa Parlamentində Avropa Azərbaycan Cəmiyyətinin təşkilatçılığı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "Azərbaycanın tolerantlıq modeli" adlı tədbir keçirilib. Tədbirdə qonaq qismində Avropa Parlamentinin deputatları iştirak ediblər. Tədbirdə məruzə ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli Azərbaycanda dini tolerantlığın tarixi kökləri və müasir vəziyyəti, dövlət-din münasibətləri barədə iştirakçılara məlumat verərək bildirib ki, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modelinin əsasında Azərbaycan xalqının dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətləri ilə yanaşı, Azərbaycan dövlətinin bu istiqamətdə məqsədyönlü şəkildə apardığı tolerantlığı və qarşılıqlı hörməti təşviq edən siyasəti də dayanır. 
    16.05.13 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə yaxın günlərdə İrana səfər edəcək
    “Azərbaycan Respublikası bizim yaxın qonşumuz və dostumuzdur”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin yeni sözçüsü Seyd Abbas Əraqçı bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi ilk həftəlik mətbuat konfransında bildirib. İran xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini deyib ki, bəzi kənar qüvvələr iki ölkə arasındakı dostluq münasibətlərini pozmağa çalışırlar: “Ancaq hər iki ölkənin rəhbərləri və rəsmiləri mövcud əlaqələri genişləndirmək əzmindədir. Biz də çalışırıq ki, Azərbaycan Respublikası ilə əməkdaşlığı inkişaf etdirək və kənar qüvvələrin iki ölkə arasındakı münasibətlərə müdaxiləsinin qarşısını alaq”.
    14.05.13 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib
    Milli Məclisin bu gün keçirilən iclasında böhtan və təhqirə görə cəzanın sərtləşdirilməsi ilə bağlı məsələ müzakirə olunub. Müzakirələr zamanı çıxış edən parlamentin vitse-spikeri Ziyafət Əsgərov “Diffamasiya haqqında” qanunun qəbul edilməsinin əleyhinə olduğunu bəyan edib. Z.Əsgərov bildirib ki, “Difamasiya haqqında” qanunu qəbul etmək Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Onun sözlərinə görə, bu qanun Avropa Şurası tərəfindən Azərbaycana yalnız tövsiyə olunub: “Bizim onlar qarşısında heç bir öhdəçiliyimiz yoxdur”.  Onun fikrincə, Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbul edilməsi üçün mühit yoxdur. “Cəmiyyətə baxın! Bizdə “Diffamasiya haqqında” qanuna uyğun mühit varmı? Avropa Şurasına xoş gəlsin deyə, cəmiyyətdə süni gərginlik yaratmaq nəyə lazımdır”. Z.Əsgərov deyib ki, bu qanun Avropa Birliyi ölkələrin də qəbul edilməyib: “Mən araşdırma aparmışam. Avropa Birliyi üzvlərindən cəmi 2-3 ölkədə “Diffamasiya haqqında” qanun qəbul edilib. Bu belə yaxşı qanundursa, niyə əvvəl özləri qəbul eləmirlər? Biz də onlara baxaq, 11-ci ölkə olaq, bunu qəbul edək”-deyə Z.Əsgərov etirazını bildirib.
    14.05.13 Məqaləni oxumaq
     
    Həcc ziyarətində zəvvarlara təklif olunacaq qurbanlıq heyvanların qiyməti açıqlandı
    Bu ilki Qurban bayramında Həcc ziyarətində olan zəvvarlar üçün təklif olunacaq qurbanlıq heyvanların qiyməti açıqlanıb.  APA-a xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ)  bildirilib ki, həccdə yerli hökumət tərəfindən ziyarətçilərə təklif olunacaq qurbanlıq heyvanların qiyməti 150 ABŞ dollarına qədər olacaq.  Heyvanların qiyməti çəki baxımından 150 dollara qədər dəyişəcək. Artıq ziyarət üçün zəvvarlara təklif olunan xidmət variantlarından 3250 manatlıq xidmət üçün limit dolub.

    11.05.13 Məqaləni oxumaq
     
    MTN azərbaycanlı vəhhabilərin həmvətənlərini Suriyadakı "cihad"a çağırmsına münasibət bildirib
    Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosunun yayılması və onların mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək cihada çağırmaları ölkəmizdə narahatlıqla qarşılanıb.  Modern.az  xəbər verir ki, Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı açıqlama verib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur.
    11.05.13 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi İsrailin Suriyaya həmlələrini pislədi
    Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İsrailin Suriyaya qarşı tutduğu mövqeni pisləyən bəyanat yayıb. QMİ-dən verilən məlumata görə, bildirilir ki, bəyanatda bölgə müsəlmanlarının dini mərkəzi olaraq son günlər ərzində Suriyanın suverenliyinə qarşı İsrail tərəfindən həyata keçirilmiş hərbi həmlələrdən, həmçinin, bu ölkədə radikal qüvvələr tərəfindən dinimizin mənəvi dəyərlərinə qarşı törədilmiş vandalizm aktlarından dərin narahatlıq bildirilir və bu kimi hallara etiraz edilərək qətiyyətlə pislənilir. Bəyanatda daha sonra deyilir: “Suriyada beynəlxalq hüquqa zidd hadisələrin cərəyan etməsi bizi narahat etməyə bilməz. 
    08.05.13 Məqaləni oxumaq
     
    Forumda “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” müzakirə olundu
    Bakıda keçirilən Cənubi Qafqaz Forumu mayın 8-də ikinci iş gününə “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” və “Şəxsiyyətin plüralizmi” mövzularında paralel sessiyalarla başlayıb. “Funksional cəmiyyətlər naminə mədəniyyətlərarası və dinlərarası münasibətlər” mövzusunda birinci sessiyanın moderatoru - Misirin İsgəndəriyyə Kitabxanasının direktoru və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin dinlərarası və mədəniyyətlərarası dialoqun, tolerantlığın əhəmiyyətindən danışmış, bu məsələlərin müzakirəsinə imkan yaratması baxımından Forumun işini yüksək qiymətləndirib.
    08.05.13 Məqaləni oxumaq
     
    Elşad İsgəndərov: Prezidentin təşəbbüsü ilə Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir bərpa olunur
    Bu gün ümummilli liderin düşünülmüş siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu barədə açıqlama ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov çıxış edib.  Dövlət Komitəsinin sədri  bildirib ki, bu gün ölkə Prezidentinin təşəbbüsü ilə Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar təmir bərpa olunur. “Demək olar ki, bu ibadət ocaqlarının açılışlarında Prezident şəxsən özü iştirak edir. Eyni zamanda dini icmalara dövlət tərəfindən maliyyə yardımlarının ayrılması, onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə yaradılan şərait də bunun bariz nümunəsidir”  - deyə E.İskəndərov dövlət başçısına dini icmalar adından təşəkkürünü bildirib.
    06.05.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 4 5 6 7 8 9 10 11 12 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30