Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
    Bu gün Milli Məclisin yaz sessiyasının ilk iclasında İntizam və Hesablayıcı komissiyalar yenidən təşkil olunub. “KƏLAMİNFO” xəbər verir ki, parlamentin İntizam Komissiyasının tərkibinə deputatlar Gülər Əhmədova, Fəttah Heydərov, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov, Sədaqət Vəliyeva daxil olub. Parlamentin Hesablayıcı komissiyasının yenidən təşkil olunmuş heyətinə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc, Mixail Zabelin daxil olublar.
    01.02.12 Məqaləni oxumaq
     
    AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
    AVRONEST katibliyinin rəhbəri Con Lui Beltronun Bakıya səfəri başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, səfər AVRONEST-in apreldə Bakıda keçirilməsi nəzərdə tutulan sessiyasına hazırlıq məsələlərini müzakirə etməkdir. Katibliyin rəhbərinin Bakıya səfər çərçivəsində Milli Məclisdə və bir sıra rəsmilərlə görüşləri nəzərdə tutulub.
    01.02.12 Məqaləni oxumaq
     
    Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
    “Azərbaycan Milli Məclisi Dağlıq Qarabağın erməni icmasına müraciət etməlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında qurumun Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Onun sözlərinə görə, müraciətdə onlara izah olunmalıdır ki, onların Azərbaycan vətəndaşı olmaqdan başqa imkanları yoxdur, Azərbaycanın tərkibində yaşayacaqları təqdirdə təhlükəsizlikləri təmin ediləcək, inteqrasiya prosesləri təşkil olunacaq. “Biz Dağlıq Qarabağ ermənilərini öz yaxınımıza çəkməklə Ermənistanı danışıqlar prosesindən uzaqlaşdırmaq şansına nail olarıq. Bununla problemin həllinə nail olarıq” - deyə Z.Oruc vurğulayıb. O bildirib ki, Azərbaycan bununla Rusiyanın Çeçenistana yönəlik uğurlu siyasətini nisbətən təkrarlamış olur. “Yəni Çeçenistanda olduğu kimi Qarabağda da Kadırovlar tapılmalıdır. Kadırovlar Qarabağda tapılacaq ya yox, bu iş üzərində işlənilməlidir. Əgər tapılarsa, oradakı hər iki tərəfdən olan əhalini öz rəhbərliyi altında birləşdirər və problemlər tədricən həll olunar. Bütün məsələləri Dağlıq Qarabağ əhalisinə izah edə bilər” - deyə o, əlavə edib.
    01.02.12 Məqaləni oxumaq
     
    Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
    Milli Məclisin bu gün keçirilən iclasında Fransanın ATƏT Minsk qrupundan kənarlaşdırılması müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, millət vəkili Zahid Oruc bildirib ki, Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır. O qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi yaradılmalıdır. “ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin güc nisbətindən Dağlıq Qarabağ probleminin həlli asılıdır. İndi sual olunur ki, onlardan hansısa birinin fəaliyyəti qanunsuz və Azərbaycan maraqlarına zidd olacaqsa, onlar necə kənarlaşdırılacaq” - deyə Z.Oruc vurğulayıb.
    01.02.12 Məqaləni oxumaq
     
    AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Bakıya gəlib
    Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Jozef Debono Qrex Bakıya gəlib. “KƏLAMİNFO” xəbər verir ki, digər həmməruzəçi Pedro Aqramunt da Bakıya bu gün gələcək. Fevralın 2-dək davam edəcək səfər çərçivəsində həmməruzəçilər Azərbaycan prezidenti, Milli Məclisin spikeri, ədliyyə naziri, Ali Məhkəmənin sədri, ombudsman, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvləri, siyasi partiyaların liderləri, QHT rəhbərləri və media nümayəndələri ilə görüşəcəklər. Onlar, həmçinin Qubaya səfər edəcək və yerli QHT-lərin təmsilçiləri ilə görüşəcəklər. Debono Qrex və Pedro Aqramunt fevralın 1-də səfərin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirəcəklər.
    01.02.12 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsi yaradılıb
    Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” (MFA_Press Service) səhifəsi yaradılıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. XİN-in “Twitter” səhifəsinin yaradılması ilə xarici siyasətimizə dair xəbərlərin, xarici işlər nazirinin keçirdiyi görüşlərin, XİN-in bəyanatlarının və press-relizlərin operativ şəkildə oxuculara çatdırılması təmin olunacaq. “Twitter” səhifəsinə www.twitter.com/AzerbaijanMFA ünvanında baxmaq olar.
    01.02.12 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: “Fransa Konstitusiya Məhkəməsinin son qərarını gözləyirik”
    Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımını inkar edənlərə qarşı cəza tətbiq edən sənədə cavab olaraq Azərbaycan Milli Məclisində də müvafiq sənəd qəbul oluna bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, hal-hazırda məsələ ilə bağlı konkret addım atmaq üçün Fransa Konstitusiya Məhkəməsinin son qərarı gözlənilir. “Əgər Konstitusiya Məhkəməsi də analoji addım atarsa, biz də Xocalı soyqırımı ilə bağlı oxşar sənədi qəbul edə bilərik” - deyə Z.Əsgərov vurğulayıb. Sənədin Milli Məclisdə Xocalı soyqırımını inkar edənlərə qarşı cəza tətbiqi kimi qəbul olunub- olunmayacağına toxunan vitse-spiker bildirib ki, hazırda bunun forması üzərində düşünülür. “Ola bilsin ki, bu şəkildə olmasın, amma mahiyyətcə həmin məzmunu daşıyacaq. Biz bu haqda hələ düşünürük” - deyə o, əlavə edib.
    31.01.12 Məqaləni oxumaq
     
    Nalbandyan Türkiyəyə Qarabağ məsələsindən “uzaq dur” deyir
    “Türkiyə həqiqətən Qarabağ münaqişəsinin həllinə yardım etmək istəyirsə, bu halda mümkün qədər bu məsələdən uzaq durmalıdır”. “KƏLAMİNFO” erməni saytlarına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Ermənistan telekanallarına müsahibəsində deyib. Edvard Nalbandyan Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun ATƏT-in Minsk qrupu çərçivəsində Fransanın vasitəçilikdən kənarlaşdırılmasına dair çağırışını ultimatum kimi qəbul etdiklərini bildirib. Bundan başqa, Nalbandyan Fransa Senatının qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinin qəbul etməsini hər hansı bir ölkəyə qarşı olmadığını bildirib.
    31.01.12 Məqaləni oxumaq
     
    NATO ilə Rusiya hələlik razılığa gələ bilməyiblər
    Raket əleyhinə müdafiə sistemilə bağlı Rusiya ilə NATO arasında danışıqlar hələlik heç bir nəticə verməyib. “KƏLAMİNFO” RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Anders Foq Rasmussen bildirib. O qeyd edib ki, buna görə də hələlik bu ilin mayında Çikaqoda NATO-Rusiya sammitinin keçiriləcəyi aydın deyil. Qeyd edək ki, Rusiya Avropada raket əleyhinə müdafiə sistemləri qurulmasının qəti əleyhinə çıxır.
    27.01.12 Məqaləni oxumaq
     
    Prezident Avropa İttifaqının enerji məsələləri üzrə komissarı ilə görüşüb
    Prezident İlham Əliyevin Davosda Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə “Cənub qaz dəhlizi” layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulanıb. Görüşdə 2011-ci ilin yanvarında Bakıda prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları “Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə”nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edilib. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulanıb.
    27.01.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 75 76 77 78 79 80 81 82 83 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30