Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 74 75 76 77 78 79 80 81 82 » #
    Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
    “Mən Bakıya olan bu səfərimlə Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Silahlı Qüvvələrinə böyük dəstəyini ifadə edən salamını gətirmişəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələri (TSQ) Baş qərargah rəisi general Necdet Özel bildirb. Generalın sözlərinə görə, bu onun bu vəzifədə Azərbaycana ilk səfəridir və bu səfərdən çoxlu gözləntiləri var. N.Özel bildirib ki, səfər çərçivəsində Azərbaycan-Türkiyə silahlı qüvvələri arasında ciddi müzakirələr, dəyərli danışıqlar gözlənilir. Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin başçılıq etdiyi nümayəndə heyəti fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etdikdən sonra, Şəhidlər Xiyabanını da ziyarət edib əklil qoyublar.
    08.02.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
    “Son iki gündə iğtişaşların daha da gücləndiyi Suriyada çoxsaylı ölənlər arasında azərbaycanlı qeydə alınmayıb”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, hazırda Suriyada ölkə üzrə 40-dan çox azərbaycanlı oradakı səfirliyimizdə qeydiyyatdan keçib. “Hazırda ölkədəki vəziyyətlə əlaqədar olaraq vətəndaşlarımızla səfirlikdə görüşlər keçirilir, onlarla mütəmadi əlaqə saxlanılır. Onlara ölkənin ən təhlükəli yerləri barədə məlumat verilir, təhlükəsizlik qaydaları aşılanır və sair” - deyə E.Abdullayev vurğulayıb. Artıq ötən ilin yayından XİN-in azərbaycanlılara Suriyaya getməməyi xəbərdar etməsini xatırladan nazirliyin sözçüsü bildirib ki, hələ ki oradakı azərbaycanlıların çıxarılması nəzərdə tutulmayıb. “Lakin vəziyyət belə davam edərsə, bu məsələyə baxmaq məcburiyyətində qalacağıq” - deyə o, əlavə edib.
    07.02.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
    “Tehranın yersiz iddialarının heç bir əhəmiyyəti yoxdur. Çünki Azərbaycan İranın heç bir daxili işlərinə qarışmır. Hər şey göz qabağındadır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. Politoloq qeyd edir ki, Azərbaycan İranla münasibətdə dinc qonşuluq siyasəti həyata keçirir, çünki Bakının xarici siyasətdə konsepsiyası bundan ibarətdir. “Buna baxmayaraq əksinə, İran Azərbaycanın daxili işlərinə qarışmağa cəhd göstərir və nəticədə özü üçün də müsbət heç nə baş vermir”-deyə V.Quluzadə vurğulayıb.
    06.02.12 Məqaləni oxumaq
     
    Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
    “Əgər 1915-ci ildə ermənilərin Anadoludan deportasiyasının tarixi və elmi cəhətdən “soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Türkiyənin dövlət naziri Egemen Bağış “Al Jazeera” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, bu hadisələrin soyqırımı olub-olmamasını sübut etmək üçün ilk növbədə onları obyektiv olaraq tədqiq etmək lazımdır. E.Bağış bildirib ki, erməni hakimiyyəti öz arxivlərini açmaqdan imtina edirsə, deməli, öz tarixləri ilə üzləşmək üçün kifayət qədər cəsur deyillər. O, Türkiyə tərəfinin Ermənistana hər iki tərəfin arxiv sənədləri açaraq, tarixçilərdən ibarət birgə komissiya yaratmaq barədə təklifinə ermənilərin rədd cavabı verdiyini xatırladıb: “Təəssüf ki, erməni hakimiyyətinin bu təklifi qəbul etməyə cəsarəti çatmır”.
    06.02.12 Məqaləni oxumaq
     
    Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
    Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi – ordu generalı Necdet Özel fevralın 7-də Azərbaycana rəsmi səfərə gələcək. “KƏLAMİNFO” xəbər verir ki, səfər çərçivəsində türkiyəli generalın Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev və digər rəsmilərlə görüşü nəzərdə tutulub. Səfər fevralın 9-da başa çatacaq.
    06.02.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Şimali Azərbaycan adının rəsmiləşməsinin siyasi riskləri çoxdur”
    “Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan adı verilməsi məsələsi üzərində ciddi düşünülməli və xalqın iradəsi öyrənildikdən sonra bu istiqamətdə konkret addımlar atmaq lazımdır. Çünki bu, siyasi mahiyyətinə görə Azərbaycan üçün uğurlu addım olması ilə yanaşı, kifayət qədər ciddi addımdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
    06.02.12 Məqaləni oxumaq
     
    Fizuli Ələkbərov Qırğızıstanlı həmkarı ilə görüşüb
    Bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərovla ölkəmizdə səfərdə olan Qırğızıstan Respublikasının gənclər, əmək və məşğulluq naziri Aliyasbek Alımkulov arasında görüş olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya nazirliyin mətbuat xidmətindən veriblər. Respublikamızda sosial-iqtisadi inkişaf sahəsində əldə olunan uğurlar barədə ətraflı məlumat verən nazir F.Ələkbərov Azərbaycan Prezidenti İlham Əliyevin düzgün düşünülmüş və zamanın çağırışlarına uyğun siyasəti sayəsində ölkəmizin hələ 2009-cu ildə keçid iqtisadiyyatı dövrünü başa vuraraq keyfiyyətcə yeni tərəqqi mərhələsinə qədəm qoyduğunu və inkişaf tempinə görə dünyanın lider ölkəsinə çevrildiyini bildirib. Ötən il də Azərbaycanda növbəti uğurlara imza atıldığını, respublikamızda iqtisadi artımın 0,1 faiz, o cümlədən qeyri-neft sektorunda 9,4 faiz, qeyri-neft sənayesində isə 11,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin 19,6 faiz artaraq 7,9 faizlik inflyasiya göstəricisini 2,5 dəfə üstələdiyini deyən nazir sosial yönümlü dövlətin yaradılmasının dövlət başçısının mühüm məqsədlərindən biri olduğunu vurğulayıb.
    06.02.12 Məqaləni oxumaq
     
    Vilnüsdə Milli İcmalar Evində xarici işlər naziri ilə görüş olub
    Fevralın 2-də Vilnüsdə Milli İcmalar Evində Litva Respublikasının xarici işlər naziri Audryonis Ajubalisin iştirakı ilə ölkənin milli azlıq təşkilatlarının nümayəndələri ilə görüş olub və Dəyirmi masa keçirilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Diasporla İş üzrə Dövlət Komitəsindən veriblər. Dəyirmi masada Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev ev sahibi olaraq tədbirin aparıcısı qismində iştirak edib. 2013-cü ildə Litva Respublikasının Avropa Birliyinə sədrlik etmək məsələsi ilə bağlı keçirilmiş bu tədbir ölkənin milli azlıq təşkilatları ilə məşvərət xarakteri daşıyıb.
    04.02.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
    Bu gün Milli Məclisin yaz sessiyasındakı ilk iclasında Fransa Senatında qəbul olunan qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsinə dair müzakirələr olub. “KƏLAMİNFO” xəbər verir ki, iclasda çıxış edən deputat Siyavuş Novruzov qeyd edib ki, Azərbaycan dövləti bununla bağlı kifayət qədər mövqe bildirsə də, təəssüf ki, bəzi mətbuat vasitələri buna kölgə salır. O, bunu qətiyyətlə pisləyib. “Bu məsələdə iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı eyni xətt üzrə hərəkət etməlidir. Azərbaycan dövləti, Azərbaycan parlamenti bununla bağlı kifayət qədər addım atır. Bizi istənilən addımda Türkiyənin yanındayıq. İndiki hadisədə də vəziyyəti izləyirik və ardıcıl olaraq hüquqi şəkildə mövqeyimizi bildiririk, lazım olduqca da bildirəcəyik” - deyə S.Novruzov vurğulayıb. Spiker Oqtay Əsədov isə deyib ki, bəziləri bu hadisədən istifadə edib özlərini göstərir. “Biz isə özümüzü göstərmək niyyətində deyilik, ən sərt formada mövqeyimizi ortaya qoymuşuq. Bu, ürəkdən gələn addımdır, etmişik və edəcəyik. Hazırda səbir etməliyik görək Fransa Konstitusiya Məhkəməsinin son sözü nə olacaq. Ondan sonra da gərək olan addımları atacağıq” - deyə spiker əlavə edib.
    02.02.12 Məqaləni oxumaq
     
    Milli Məclisin yaz sessiyası işə başlayıb
    Bu gün Milli Məclisin yaz sessiyasında ilk iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclasda parlamentin yaz sessiyasını açıq elan edən spiker Oqtay Əsədov bildirib ki, bu sessiyada Milli Məclisi çox gərgin iş gözləyir. O qeyd edib ki, bu sessiyada 2011-ci il büdcə zərfi ilə bağlı və ombudsmanın hesabatı dinləniləcək . İclasın bugünkü gündəliyinə Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında, Milli Məclisinin 2012-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında və “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” (ikinci oxunuş) qanun layihələri daxil edilib.
    02.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 74 75 76 77 78 79 80 81 82 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30