Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Azərbaycanlı deputat: “Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”
    “Bu gün Azərbaycan-Suriya münasibətlərinin səviyyəsi, əsasən Suriyada baş verən hadisələrdən aslıdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin üzvü, siyasi ekspert Musa Qasımlı bildirib. Ekspertin fikrincə, Azərbaycan hazırda Suriyada baş verənləri nəzərə alaraq öz vətəndaşlarına qarşı silah tətbiq edən dövlət ilə əməkdaşlıq edə bilməz. “Eyni zamanda məlumdur ki, ölkələrin xarici siyasəti şəxslər üzərində qurulmur. Fikrimcə, Suriya xalqı və Suriya rejimi Azərbaycan üçün ayrı-ayrı anlayışlardır. Azərbaycan Suriya xalqına qarşı deyil, Suriya rejiminə qarşıdır”-deyə M.Qasımlı vurğulayıb. Ekspert deyib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı növbəti müzakirələr zamanı mövqeyi dünyanın demokratik və qabaqcıl ölkələrinin mövqeyinə yaxın və ya müvafiq olmalıdır. “Əminəm ki, bu, belə də olacaq. Çünki Bəşər Əsəd rejiminin sonu çatıb. Suriyada yeni siyasi həyat qurulmalıdır və qurulacaq”-deyə o, əlavə edib.
    14.02.12 Məqaləni oxumaq
     
    Sarkozi növbəti dəfə Türkiyəni öz tarixi ilə üzbəüz dayanmağa çağırıb
    Fransa prezidenti Nikola Sarkozi Parisdə «Fransa yəhudiləri İttifaqının Nümayəndələr Şurası»nın təşkil etdiyi nahar mərasiminə qatılıb. O, növbəti dəfə Türkiyəni öz tarixi ilə üzbəüz dayanmağa çağırıb. «KƏLAMİNFO» NTV kanalına istinadən xəbər verir ki, Fransa prezidenti öz çıxışında xatırladıb ki, İkinci Dünya müharibəsi illərində Fransa faşistlərlə əməkdaşlıq edib. Lakin sonradan bu dövrə qarşı çıxıb. «Əgər Türkiyə öz tarixi ilə üzbəüz qalarsa, bu onun qürur mənbəyi olacaq» - deyə Sarkozi vurğulayıb.
    11.02.12 Məqaləni oxumaq
     
    Prezident Albaniyanın baş nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Albaniyanın baş naziri Sali Berişanı qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, baş nazir Sali Berişa ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşlərini məmnunluqla xatırlayan dövlət başçısı onun ölkəmizə ilk səfərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsi baxımından önəmli olduğunu qeyd edib. Azərbaycan ilə Albaniya arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə ümidvar olduğunu bildirən prezident İlham Əliyev səfər zamanı əlaqələrimizin genişləndirilməsinə dair aparılacaq müzakirələrin, qəbul olunacaq qərarların ölkələrimizin bir-birinə daha da yaxınlaşması baxımından əhəmiyyətini qeyd edib.
    11.02.12 Məqaləni oxumaq
     
    Prezident Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin təsvirinin, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb
    Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsinin təsdiq edilməsi haqqında Fərman imzalayıb. “KƏLAMİNFO’ xəbər verir ki, Fərmanla “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsviri”, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin spesifikasiyası” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nümunəsi” təsdiq edilib. Fərman 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
    10.02.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “Bizdə inam yarandı ki, Fransa Konstitusiya Şurası ədalətli qərar qəbul edəcək”
    Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Spiker qonağı salamlayaraq Türkiyə rəsmilərinin yüksək vəzifədə xarici ölkələrə ilk səfərlərini məhz Azərbaycana etmələrini yüksək dəyərləndirib. Qeyd edilib ki, bu, qardaş Türkiyənin Azərbaycana verdiyi böyük dəyərdən irəli gəlir. Spiker müstəqillik dövründə Azərbaycanın hər zaman Türkiyənin dəstəyini hiss etdiyini, Azərbaycanın yanında olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan xalqı bu münasibəti yüksək qiymətləndirir, öz növbəsində Türkiyəni narahat edən bütün məsələlərdə onun yanındadır. “Azərbaycan-Türkiyə münasibətləri sarsılmazdır” - deyə O.Əsədov vurğulayıb.
    09.02.12 Məqaləni oxumaq
     
    Sabir Rüstəmxanlı: “Azərbaycanın Şimali Azərbaycan adlandırılması məntiqə uyğundur”
    “Azərbaycan Respublikası adının Şimali Azərbaycan adlandırılması məsələsi diqqətlə düşünülməlidir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirib. Millət vəkili deyib ki, bu kifayət qədər ciddi bir məsələdir və böyük tarixi məsuliyyət tələb edir. “Ümumiyyətlə bizdə terminologiya məsələləri bir gün ciddi müzakirə olunmalı və bunlar dəqiqləşdirilməlidir. 1991-ci ildə, Azərbaycanın müstəqilliyinin bərpası zamanı bu “Şimali Azərbaycan” məsələsi dilə gətirilmişdi. Prinsipial yanaşsaq, bura doğrudan da Şimali Azərbaycan ərazisidir və bu dövlət də əslində “Şimali Azərbaycan” adlandırılmalı idi. Amma artıq iyirmi ildir dünya bizi Azərbaycan dövləti kimi tanıyır və bizim belə tanınmağımız heç də Cənubi Azərbaycan mövzusunu, İrandakı altı Azərbaycan ostanının mövcudluğunu inkar etmir. Bu artıq bizim şüurumuzda həkk olunub”-deyə S.Rüstəmxanlı vurğulayıb.
    09.02.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov fevralın 8-9-da Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının (EPP) konfransında iştirak edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə XİN-in Twitter-dəki rəsmi səhifəsində məlumat verilir. E.Məmmədyarov konfransda məruzə ilə çıxış edəcək və nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək. Avropa Xalq Partiyası (EPP) - Ümumavropa məkanında böyük nüfuza malik partiyadır və müasir Avropa dəyərlərinin formalaşmasında aparıcı rol oynayır. EPP deputatlar qrupunun mövqeyi Avropanın əsas beynəlxalq təşkilatlarında, o cümlədən Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT və NATO Parlament Assambleyalarında hər hansı məsələ ilə bağlı qərarların qəbul edilməsi zamanı həlledici rol oynaya bilir.
    08.02.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
    “Rəsmi Yerevan Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində aktiv mövqeyinin əhəmiyyətini azaltmaq istiqamətində fəaliyyətə başladı. Ermənistan xarici işlər naziri E.Nalbandyan Rusiya prezidenti D.Medvedevin təşəbbüsü ilə imzalanmış müqavilənin bəndlərini baş-ayaq şərh etdi”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu ilin yanvar ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səsləndirib. Politoloqun sözlərinə görə, Soçi sənədində etimad tədbirlərinin möhkəmləndirilməsi ilə bağlı yayğın və ya ümumi halda göstərilmiş qoşunların təmas xəttindəki insidentlərin araşdırılmasını geniş şərh edən E.Nalbandyan həmin sənəddə aşkar şəkildə göstərilmiş ziyalılar və ictimaiyyət nümayəndələrinin görüşünə dair bircə kəlmə də olsun şərh verməyib.
    08.02.12 Məqaləni oxumaq
     
    Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
    Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2009-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən ardıcıl olaraq icra edilir. “KƏLAMİNFO” nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər yerinə yetirilib və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS) üzvlüyü təsdiq edilib.
    08.02.12 Məqaləni oxumaq
     
    Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
    “ABŞ-Ermənistan münasibətlərində prioritetlərin dəyişilməsi müşahidə olunur. Həm ABŞ, həm də Ermənistan rəsmiləri hal-hazırda ABŞ-la Ermənistan arasındakı münasibətləri tarixi maksimum səviyyədə təqdim edirlər. Amma bəzi məsələlər ilk baxışdan izah olunmaz qalır”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.
    08.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 73 74 75 76 77 78 79 80 81 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30