Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Hacı Allahşükür Paşazadə: “Yaxşı olardı ki, şəhidlərin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”
    “Yaxşı olardı ki, Bakıda istər 20 Yanvar şəhidləri, istərsə də Qarabağ şəhidlərinin əşyalarından ibarət xatirə guşəsi yaradılsın”. “Azadinform” xəbər verir ki, bu təklifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, dünya ölkələrinin tarixlərində buna nümunələr olub. “O dövrü görməyən indiki gənclərimiz və gələcək nəsillərimiz bu guşəyə gələrək torpaqlarımız uğrunda ölən şəhidlərimizi və onların rəşadətlərini canlı yad edərlər. Hətta elə şəhidlərimiz var ki, onların heç cəsədləri dəfn eləmək üçün ya tapılmayıb, ya da tikə-tikə olduğundan toplamaq mümkün olmayıb. Amma onların təbii ki, yadigar qalan hansısa əşyaları var və onların iri bir guşədə toplamaq yaxşı olardı. Bizim gələcək nəslin belə rəmzi mərkəzə ehtiyacı var” - deyə Şeyxülislam vurğulayıb. QMİ sədri onu da deyib ki, elə şəhidlərimiz var ki, onların qanlı paltarlarından, hansısa əşyalarından, yaxud çəkilən şəkillərindən bu gün ermənilər öz adlarına çıxıb adını “Sumqayıt qırğını” qoyaraq bizə qarşı istifadə edirlər. O, buna misal kimi şəhid olan öz qohumlarının başına gələn eyni hadisəni danışıb. “Buna görə də biz şəhidlərimizin cəsədləri ilə bərabər, onlardan yadigar qalan hər bir şeyə sahib çıxmalıyıq” - deyə o əlavə edib.
    24.02.12 Məqaləni oxumaq
     
    Dini liderlər Xocalı faciəsi ilə bağlı dünya ölkələrinə müraciət ünvanlayıblar
    Bu gün Qafqaz Müsəlmanları İdarəsində Azərbaycanda məskunlaşan müxtəlif dinin liderləri Xocalı faciəsi ilə bağlı dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına müraciət ünvanlayıblar. “KƏLAMİNFO” xəbər verir ki, müraciəti QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin , Azərbaycandakı Dağ Yəhudiləri İcmasının başçısı Semyon İxiilov və Roma Katolik kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Feketenin imzalayıblar. Müraciətdə bildirilir ki, Xocalı faciəsi bu günədək beynəlxalq səviyyədə tam olaraq qınaq obyektinə çevrilməyib, onun baiskarları layiqli cəzalarını almayıblar. “Bəşəriyyət bu gün haqqa-ədalətə səs verməsə, sabah nahaq və rəzalətin qurbanı ola bilər. Odur ki, üzümüzü dünya ölkələrinin dövlət başçılarına, parlamentarilərinə, dini liderlərinə, ictimai və dini təşkilatlarına tutaraq, Azərbaycan xalqına qarşı erməni ekstremistlərinin təcavüzünə və vəhşiliklərinə prinsipial hüquqi qiymət verməyə, Xocalı müsibətini soyqırımı aktı kimi tanımağa çağırırıq” - deyə bildirilir.
    24.02.12 Məqaləni oxumaq
     
    Semyon İxiilov: “Gec-tez dünya kimin haqlı, kimin nahaq olduğunu başa düşəcək”
    “Xocalıda və Qarabağın digər bölgələrində baş verən hadisələr Azərbaycan xalqının mənəvi özünütanımasına səbəb oldu”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Qafqaz Müsəlmanları İdarəsində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı keçirilən konfransda Rus Pravoslav Kilsəsi Bakı və Azərbaycan yeparxiyasının Yepiskopu Aleksandr İşenin bildirib. “Biz bu hadisələr zamanı vahid xalq olduq. Lakin bu özünüdərk çox baha başa gəldi” - deyə o vurğulayıb. Yepiskop deyib ki, həmin hadisələrdən nəticə çıxaraq gələcəkdə onların təkrarlanmaması üçün faciələri əbədi yaddaşda saxlamalıyıq.
    23.02.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
    Prezident İlham Əliyev fizika-riyaziyyat elmləri doktoru, professor Sergey Kapitsaya təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli Sergey Petroviç, icazə verin, Sizi elmi biliklərin təbliği sahəsində görkəmli nailiyyətlərinizə görə Rusiya Elmlər Akademiyasının Qızıl medalı ilə təltif olunmağınız münasibətilə təbrik edim, Sizə möhkəm cansağlığı və yeni elmi uğurlar arzulayım. Sizin elmin inkişafına və elmi biliklərin geniş miqyasda təbliğinə verdiyiniz böyük töhfə bütün dünyada, o cümlədən Azərbaycanda yüksək qiymətləndirilir. Ötən il Bakıda “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Sizinlə görüşümü məmnunluqla xatırlayıram. Sizin Heydər Əliyev Fondunda keçirdiyiniz görüş də Azərbaycan ilə Rusiya Federasiyası arasında humanitar sahədə əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini vermişdir. Sizi Rusiya Elmlər Akademiyasının yüksək mükafatı ilə təltif olunmağınız münasibətilə bir daha təbrik edir, Sizə elmi yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram.”
    23.02.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
    İranın Azərbaycana verdiyi notanın heç bir əsası yoxdur. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə açıqlamanı Yeni Azərbaycan Partiyası (YAP) icra katibi, millət vəkili Əli Əhmədov verib. İranla mehriban qonşuluq siyasətinin davam etdirilməsi üçün Azərbaycanın lazım olan səyləri göstərdiyini diqqətə çatdıran Ə.Əhmədov qarşı tərəfin də ölkəmizə qarşı bir dost münasibəti nümayiş etdirməsinin vacibliyini vurğulayıb: “İran əhalisinin yarısı etnik azərbaycanlılardı. Azərbaycan dövlətinə qarşı xoş olmayan fikrin ifadə olunması İran hökumətinin öz azərbaycanlı vətəndaşlarına olan hörmətsizliyin ifadəsidir. Nota dili ilə danışmaq münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”.
    23.02.12 Məqaləni oxumaq
     
    Politoloq: Bu gün İrandan Azərbaycana qarşı artan təzyiqlərin arxasında ermənilər durur
    “Bu gün ermənilər bütün arenalarda Dağlıq Qarabağ münaqişəsinin yarandığı ilk gündəki prosesləri ört-basdır etməklə məşğuldurlar”. “KƏLAMİNFO” xəbər verir ki, bunu bu gün keçirdiyi “Qarabağ saatı”nda Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. O qeyd edib ki, ermənilər 1988-ci il 22 fevral hadisələrinin üstündən keçməklə bu günkü niyyətlərinə bəraət qazandırmaq istəyirlər. “Bu gün ermənilər iddia edirlər ki, münaqişənin başlanmasına səbəb 1988-ci il 26 fevralda olan Sumqayıt hadisələridir. Lakin ondan 4 gün əvvəl Əsgəranda etnik zəmində ermənilər tərəfindən azərbaycanlılar qətlə yetirildi və bununla Qarabağ məsələsi qabarmağa başladı.
    22.02.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
    Xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Elmar Məmmədyarov ABŞ-ın Dövlət Katibi, Kolumbiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Meksika, Türkiyə, Benin, Çili, Cənubi Afrika Respublikasının xarici işlər nazirləri və Afrika İttifaqının nümayəndə heyətinin rəhbəri ilə görüşlər keçirib.
    21.02.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
    Meksikada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Elmar Məmmədyarovdan öncə çıxış edən Meksikanın xarici işlər naziri Azərbaycanın və digər qonaq qismində iştirak edən ölkələrin bu toplantıda iştirakının bu ölkələrin təmsil etdiyi regionların əhəmiyyətindən və beynəlxalq aləmdəki rollarından irəli gəldiyini bildirib. Cənubi Afrika Respublikasının xarici işlər naziri inkişaf etmiş ölkələri Azərbaycanın etdiyi kimi, Afrikanın yoxsul ölkələrinə yardım etməyə səsləyib.
    20.02.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Minsk Qrupunun fəaliyyətini tənzimləyən hüquqi müstəvi olmalıdır”
    “Artıq 20 ildir ki, çözülə bilməyən Dağlıq Qarabağ münaqişəsinin səbəbkarlarından biri elə ATƏT-in Minsk qrupudur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, ötən dövr ərzində həm dövlət rəhbərliyi səviyyəsində, həm də parlament müstəvisində bu qrupun ünvanına fəaliyyət sarıdan çox ciddi tənqidlər, ittihamlar olub. “Bəllidir ki, Azərbaycan o dövrdə çalışırdı ki, bu məsələ beynəlxalq müstəviyə çıxsın ki, bunun beynəlmiləlləşdirilməsi fonunda problemin həlli reallaşsın. Lakin aydın oldu ki, ATƏT-in Minsk qrupunun özü elə Dağlıq Qarabağ probleminin yaradıcısıdır. Faktiki olaraq onların arasında olan güc nisbəti vəziyyətindən Qarabağ problemi asılı bir duruma düşüb” - deyə Z.Oruc vurğulayıb.
    18.02.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Mahmud Abbasa başsağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa başsağlığı məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində məktəblilərin həlak olması xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Fələstin xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”
    18.02.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 71 72 73 74 75 76 77 78 79 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30