Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    Prezident Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
    Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Dövlət başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan prezidenti kompleksdə yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanıb, inşaat işləri yüksək səviyyədə aparılıb. Qeyd edilib ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait var. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir. Bildirilib ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür.
    13.03.12 Məqaləni oxumaq
     
    Türkiyə baş nazirinin müavini Azərbaycana səfərə gəlir
    Sabah Türkiyə baş nazirinin müavini Bəkir Bozdağın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. “KƏLAMİNFO” xəbər verir ki, nümayəndə heyətinin tərkibinə Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Necdət Ünüvar, İstanbul Universitetinin prorektoru Əhməd Cavad Acar, “Türk Ocaqları” İstanbul şöbəsinin başqanı Cezmi Bayram, həmçinin digər ziyalılar və qardaş ölkənin tanınmış media təmsilçiləri daxildir. Səfər çərçivəsində nümayəndə heyəti Bakıda “Türk Ocaqlarının 100 illiyi: Türk dünyasının dünəni, bu günü, sabahı” adlı konfransda iştirak edəcək.
    13.03.12 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin bir qrup deputatı Azərbaycanda səfərdədir
    Avropa Parlamentinin bir qrup deputatı Azərbaycana işgüzar səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, avropalı deputatlar Bakıda bir sıra görüşlər keçirəcək, respublikanın bölgələrində olacaqlar. Onlar məcburi köçkünlərə də baş çəkəcəklər. Səfər martın 11-də başa çatacaqdır.
    09.03.12 Məqaləni oxumaq
     
    Politoloq: Xarici işlər nazirlərinin görüşünün Tehran üçün heç bir faydası olmayacaq
    “İndi İran ətrafında halqa o qədər daralır ki, çətin İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin görüşünün nəticəsi Tehrana müsbət nə isə versin”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O, qeyd edib ki, əvvəllər də keçirilən belə görüşlərin uğursuz nəticələri göstərir ki, Tehranın bu kimi cəhdləri əbəsdir. “Hətta bu görüşlər İran-Türkiyə arasındakı münasibətləri də müəyyən gərginlikdən xilas etməyib. Doğrudur, son görüşdə yenə müəyyən bəyanatlar verildi, açıqlamalar səsləndirildi. Amma görürük ki, İran ətrafında halqa daralmaqda davam edir. Hətta İranın da müəyyən mənada Azərbaycan və Türkiyəyə aqressiyası artır ki, azalmır. Bunu ikitərəfli münasibətlərdə də görmək mümkündür. Ona görə düşünmürəm ki, xarici işlər nazirlərinin görüşü indiki situasiyaya ciddi dəyişiklik edə bilsin. Bunun İranın indiki vəziyyəti üçün heç bir faydası olmayacaq”-deyə R.Ağayev vurğulayıb. Ekspert deyib ki, bu kimi görüşlər İranın son ümididir. “Tehran onsuzda düşdüyü halqadan çıxa bilməyəcəyini görür, lakin barışmaq istəmir”-deyə o əlavə edib.
    09.03.12 Məqaləni oxumaq
     
    Saakaşvili parlamentdə çıxış edib
    Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanda səfərdə olan Gürcüstan prezidenti Mixeil Saakaşvilinin qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağı spiker Oqtay Əsədov qarşılayıb. O.Əsədov iclasda bildirib ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşlığa malikdir və hərtərəfli əlaqələri inkişaf etdirir. O qeyd edib ki, iki ölkənin iştirakı ilə bölgədə nəhəng transmilli layihələr həyata keçirilir. “Nəzərdə tutulan AGRİ layihəsi Xəzər neftinin Qara dənizə çatdırılmasında böyük əhəmiyyətə malikdir. Hər iki dövlətin ərazi bütövlüyü ilə bağlı problemləri var. Lakin beynəlxalq hüquq bizim tərəfimizdədir və bu onu deməyə əsas verir ki, biz bu problemin həllinə nail olacağıq” - deyə spiker vurğulayıb.
    07.03.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə amnistiya aktının qəbul edilməsi təklif olunub
    Milli Məclisin bu gün keçirilən iclasında qarşıdan gələn Novruz bayramı münasibətilə amnistiya aktı layihəsini qəbul edilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu təklifi İqbal Ağazadə edib. O bildirib ki, yaxşı olardı ki, həbsdə olan insanlar Novruz bayramını evlərində, öz ailəsi, doğmaları ilə birgə keçirsin. “Bu həm Milli Məclis, həm də cəmiyyətimiz üçün yeni bir əhval-ruhiyyə, stimul yaradar. Əgər Milli Məclis Novruz bayramına kimi belə bir amnistiya aktını qəbul edə bilməsə, o zaman parlament adından dövlət başçısına müraciət edərək xahiş etsin ki, növbəti əfv fərmanı imzalasın” - deyə o əlavə edib.
    07.03.12 Məqaləni oxumaq
     
    Prezident Tatarıstanın baş nazirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Rusiya Federasiyası Tatarıstan Respublikasının baş naziri İldar Xalikovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Tatarıstanın baş naziri İldar Xalikovu və bütün Rusiya xalqını prezident seçkilərinin uğurla başa çatması münasibətilə təbrik edib. Azərbaycan ilə Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Tatarıstan Respublikası arasında əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev bu əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib. Münasibətlərimizin möhkəmlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd edən dövlət başçısı Tatarıstan baş nazirinin ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Tatarıstanın hökumət strukturlarını, biznes, maliyyə və bank sektorunu təmsil edən böyük nümayəndə heyəti ilə Azərbaycana səfər etdiklərini deyən baş nazir İldar Xalikov əməkdaşlığımızı genişləndirilməyin önəmini vurğulayıb.
    06.03.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Çexiyaya işgüzar səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov martın 4-də Vışeqrad Qrupu, Danimarka, Baltikyanı və Şərq Tərəfdaşlığı ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək məqsədilə Çexiya Respublikasına işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Səfər zamanı Elmar Məmmədyarovun GUAM-a üzv olan ölkələrin xarici işlər nazirləri ilə görüşlər keçirməsi, eyni zamanda Vışeqrad Qrupu, Danimarka, Baltikyanı ölkələri və Şərq Tərəfdaşlığın nümayəndə heyətlərinin başçılarının iştirakı ilə işgüzar nahara qatılması nəzərdə tutulur.
    05.03.12 Məqaləni oxumaq
     
    Argentinanın xarici işlər naziri: Argentina Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır
    "Argentina Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlıdır". “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda səfərdə olan Argentinanın xarici işlər naziri Ektor Timerman bildirib. O zəngin təbii ehtiyatlara malik Azərbaycanın böyük potensialı olduğunu söyləyib. Onun sözlərinə görə, Argentina təkcə iqtisadi deyil, həm də siyasi sahələrdə münasibətlərin möhkəmləndirilməsi məqsədilə Bakıda səfirlik açmağı planlaşdırır. Nazir qeyd edib ki, ölkələrimiz həmçinin beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edə bilər, bunun üçün intensiv siyasi dialoqun yaradılması lazımdır. "Årgentina və Azərbaycan münaqişələrdən əziyyət çəkən ölkələrdir və beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlıq hər iki ölkə üçün faydalı olacaq" - deyə Ektor Timerman deyib.
    05.03.12 Məqaləni oxumaq
     
    Azərbaycan nümayəndə heyəti ABŞ-da görüşlər keçirib
    Amerika Birləşmiş Ştatlarında səfərdə olan Türkiyə-Azərbaycan nümayəndə heyəti fevralın 28-də ABŞ-ın Arkanzas ştatının Senat və Nümayəndələr Palatasında, eləcə də digər dövlət orqanlarında bir sıra mühüm görüşlər keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, görüşlərdə Azərbaycan tərəfindən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Azərbaycanın ABŞ-dakı səfirinin müşaviri Nəsimi Ağayev iştirak edib. Azərbaycan nümayəndə heyətinin Arkanzas ştatının qubernatoru, senatorları və Nümayəndələr Palatası üzvləri ilə keçirilən görüşlərində Azərbaycanla ABŞ arasında ötən dövrdə yaranan strateji əməkdaşlıq nəticəsində əldə olunmuş nailiyyətlər müzakirə edilib. Görüşlərdə çıxış edən Milli Məclisin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Azərbaycanla ABŞ arasında tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirib, bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildiriblər. Öz növbəsində Arkanzas ştatının senatoru Coys Elliot ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
    03.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  69 70 71 72 73 74 75 76 77  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30