Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Hökumət parlamentdə hesabat verir
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov gündəlikdə hökumətin hesabatının olduğunu vurğulayıb. Spiker hesabatla bağlı ümumi məlumat verərək deyib ki, ötən ildə ölkənin investisiya imkanları 72 faizə çatıb, əhalinin gəlirləri 20 faiz artıb. Daha sonra baş nazir Artur Rəsizadə deputatlar qarşısında hesabat verib. O qeyd edib ki, keçən il Azərbaycanın strateji valyuta ehtiyatları 40 milyard dolları ötüb, pensiyalar 40 faiz artıb. “Ümid’ və “Abşeron” yataqlarında zəngin qaz resursları aşkarlanıb. “Ölkədə ilk dəfə böyük istehsal gücü olan azot gübrəsi istehsalı zavodu yaradılıb. Həyata keçirilən infrastruktur layihələri ölkəni regional nəqliyyat qovşağına çevirəcək” - deyə A.Rəsizadə vurğulayıb.
    17.03.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Çin və İran səfirləri ilə bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə edib
    Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsuini və İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, hər iki görüşdə hərbi-siyasi vəziyyət və digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
    17.03.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: Minsk qrupu hələ də ikiüzlü siyasət aparır
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu ənənəvi “Qarabağ saatı”nı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, M.Əhmədoğlu deyib ki, Dağlıq Qarabağ məsələsində çox ciddi hadisələrdən biri Rusiyada keçirilən prezident seçkiləridir. Rusiyada Vladimir Putinin prezident seçilməsindən Ermənistanın hədsiz narahat olduğunu vurğulayan M.Əhmədoğlunun sözlərinə görə, ermənilər hesab edir ki, D.Medvedyevlə dil tapmaq mümkün idi, ancaq Putinlə danışmaq çətindir. M.Əhmədoğlu prezident seçkilərində Rusiyada yaşayan ermənilərin Jirinovskiyə səs verdiklərini söyləyib. Hazırda Avro-Atlantik, Qərb strukturlarından Ermənistana dəstək gəldiyini diqqətə çatdıran M.Əhmədoğlu əlavə edib ki, Aİ Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan dialoqa bir dəfə də olsun münasibət bildirməyib və bu qurum Qafqaz siyasətini dəqiqləşdirməlidir: “Dialoq demokratiyanın sütunlarından biridir.
    16.03.12 Məqaləni oxumaq
     
    Prezident Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşavirini qəbul edib
    Prezident İlham Əliyev bu gün Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri xanım Biserka Yeftimiyeviç-Drinyakoviçi, iqtisadi və regional inkişaf naziri Neboyça Çiriçi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, xanım Biserka Yeftimiyeviç-Drinyakoviç Serbiya Prezidenti Boris Tadiçin salamlarını dövlət başçısına çatdırıb. O deyib ki, Serbiya Prezidenti Azərbaycanın Şərqi Avropa və Balkan regionunda yürütdüyü konstruktiv siyasətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirir. Serbiya Prezidentinin Bakıya və Azərbaycan Prezidentinin Belqrada səfərlərinin əlaqələrimizin daha da genişləndirilməsi baxımından faydalı olduğunu deyən qonaq əməkdaşlığımızın möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib.
    16.03.12 Məqaləni oxumaq
     
    Prezident Almaniyanın xarici işlər nazirini qəbul edib
    Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Guido Vestervelleni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Almaniya arasında ikitərəfli münasibətlərin geniş sahələri əhatə etdiyini və yaxşı əməkdaşlığımızın mövcud olduğunu vurğulayan dövlət başçısı xarici işlər naziri Guido Vestervellenin ölkəmizə səfərinin tərəfdaşlığımızın daha da gücləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib. Guido Vestervelle ölkəmizdə keçirdiyi görüşlər barədə prezident İlham Əliyevə məlumat verib. Diplomatik əlaqələrimizin bu il 20 ilinin tamam olduğunu vurğulayan Almaniyanın xarici işlər naziri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini və bu çərçivədə ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, enerji sahəsində əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    16.03.12 Məqaləni oxumaq
     
    ABŞ Dövlət Departamenti: “Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur”
    «Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur». «KƏLAMİNFO» «İTAR TASS»-a istinadən xəbər verir ki, bu mövqeni ABŞ Dövlət Departament təsdiq edib. Departamentdə keçirilən ənənəvi brifinqdə rəsmi nümayəndə Viktoriya Nuland bildirib ki, Minsk qrupunun həmsədri kimi ABŞ əvvəlki tək Dağlıq Qarabağ münaqişəsinin həllində daimi sülhün əldə olunması üçün tərəflərə kömək etmək üzərində köklənib.
    15.03.12 Məqaləni oxumaq
     
    Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirini qəbul edib
    Bu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Salem Xalifa Əl-Haflini qəbul edib. “KƏLAMİNFO” FHN-ə istinadən xəbər verir ki, görüş zamanı nazir K.Heydərov qonağa Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qurumlar və onların fəaliyyəti haqqında ətraflı məlumat verib. Həmçinin, FHN-in nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrinin inkişaf etdirilməsi istiqamətində aparılan işləri də qonağın diqqətinə çatdırıb. Səfir nazirliyin fəaliyyətini yüksək qiymətləndirib, hər iki ölkənin aidiyyəti qurumlarının əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
    15.03.12 Məqaləni oxumaq
     
    Prezident Astara rayonunda səfərdədir
    Bu gün prezident İlham Əliyev Astara rayonuna səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Məlumat verilib ki, ulu öndərin abidəsinin yerləşdiyi parkda son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.
    14.03.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan gəncliyi sözün həqiqi mənasında ciddi amilə çevrilə bilib”
    “Bu gün Azərbaycan gəncliyi həm ölkənin daxilində, həm də qlobal dünyada sözün həqiqi mənasında ciddi bir amilə çevrilə bilib”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O, buna misal kimi son zamanlar Xocalıya ədalət kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində həyata keçirilən geniş aksiyaları diqqətə çatdırıb. Ə.Həsənov qeyd edib ki, Azərbaycanın müstəqilliyin ilk illərində nə gənclik dövlət üçün xidmət edirdi, nə dövlət gəncliklə məşğul olurdu. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda gənclərlə bağlı siyasəti formalaşdırdı. Artıq XXI əsrdə Azərbaycan dövlətinin əsas ağırlıqlarına, bütün qayğılarını öz çiyinləri üzərində yaşatmağa layiq gənclik formalaşıb. İntellekti, milli vətənpərvərlik hissləri, bacarıqları, fəallıqları ilə Azərbaycan dövlətini, millətini layiqincə təmsil etmək qabiliyyətində olan gənclər formalaşıb” - deyə Ə.Həsənov vurğulayıb.
    14.03.12 Məqaləni oxumaq
     
    Elnur Aslanov: “Qurultay xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır”
    “Gənclərin vahid qurum şəkilində fəaliyyəti gələcəkdə Azərbaycan diasporunun güclənməsinə, həqiqətlərimizin dünya birliyinə, əsasən də Dağlıq Qarabağ münaqişəsi haqqında müxtəlif ölkələrə məlumatların çatdırılmasına imkan verəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib. O qeyd edib ki, qurultayın keçirilməsi Azərbaycan diasporunun gücləndirilməsi, azərbaycanlı gənclərin diaspor fəaliyyətinə cəlb olunması istiqamətində irəli sürülmüş mühüm təşəbbüsdür. “Tədbir xaricdə yaşayan azərbaycanlı gənclər üçün yeni perspektivlər açır. Azərbaycanın sosial iqtisadi çəkisi artdıqca müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor nümayəndələri də daha fəal fəaliyyət göstərə bilirlər” - deyə E.Aslanov vurğulayıb. Qeyd edək ki, Bakıda bazar ertəsi Dünya Azərbaycanlı Gənclər Birliyinin təsis qurultayı keçirilir.
    14.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 68 69 70 71 72 73 74 75 76 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30