Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 67 68 69 70 71 72 73 74 75 » #
    Əli Həsənov: “Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”
    “Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. “Biz bu fikri Rusiyanın həm regional, həm Dağlıq Qarabağ məsələlərinə, həm də ermənilər üzərindəki mövcud təsirini nəzərə almaqla işlədirik. Həqiqi mənada bu gün Rusiyanın Ermənistan üzərindəki təsiri dünyada analoqu olmayan təsirdir. Bu gün Moskva Ermənistanı istədiyi məsələdə konstruktivliyə və ya qeyri-konstruktivliyə yönəldə bilər.
    29.03.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil”
    “Azərbaycan Prezidenti həm Rusiya Prezidenti, həm də digər rəsmilərlə keçirdiyi görüşlərdə dəfələrlə bəyan edib ki, Rusiya ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətləri var. İki ölkə arasında strateji əlaqələr yaranır və bu əlaqələr bütün sahələri əhatə edir. Bura regional, beynəlxalq münasibətlər, təhlükəsizlik, geosiyasət və digər sahələr aiddir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    29.03.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Dünya azərbaycanlılara qarşı azğın təcavüz edən erməni siyasətçilərinə dur deməyi bacarmalıdır”
    “Artıq dünya ərköyünləşdirilmiş, neçə illərdir azərbaycanlılara qarşı azğın təcavüz edən, az qala BMT-yə meydan oxuyan erməni siyasətçilərinə dur deməyi bacarmalıdır. Bu belə davam edə bilməz, axı bu dünyanın bir müdiriyyəti var, ya yox? Biz BMT-yə üzvlük haqqını niyə ödəyirik? Biz dünya birliyinə niyə daxil olmuşuq?” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, əgər ermənilərin bu hərəkəti bu qədər davam edirsə, o zaman 1945-ci ildən millətlərin, xalqların hüquqlarının müdafiəsinin mərkəzi kimi tanınan BMT niyə yaranıb? “Kabab bişirən, intellekti olmayan, yalnız müharibə psixologiyası ilə biznesini quran Serj Sarkisyanın əlində əsir olacaq idisə, o zaman biz BMT-ni neynirdik? Biz Azərbaycan xalqının bu səsini, iradəsini dünyaya geniş çatdırmalıyıq” - deyə Ə.Həsənov vurğulayıb.
    29.03.12 Məqaləni oxumaq
     
    Qırğız Prezidenti Milli Məclisdə çıxış edəcək
    Sabah Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə olacağı gözlənilir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Onun spiker Oqtay Əsədovla görüşü nəzərdə tutulub. Daha sonra Qırğız Prezidenti parlamentin plenar iclasında çıxış edəcək.
    29.03.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyevin Koreyaya işgüzar səfəri başa çatıb
    Azərbaycan prezidenti İlham Əliyevin Koreya Respublikasına işgüzar səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, Seulun Gimpo beynəlxalq aeroportunda prezident İlham Əliyevi Koreya Respublikasının yüksək vəzifəli dövlət və hökumət rəsmiləri yola salıblar. Dövlət başçısı martın 28-də Bakıya qayıdıb.
    29.03.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 29-da Füzuli rayonu Aşağı Veysəlli kəndinin şimal istiqamətindəki qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofisinin əlaqələndiricisi Piter Ki və səhra köməkçisi Antal Herdiç keçirəcəklər.
    29.03.12 Məqaləni oxumaq
     
    “Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz olunması ən real variantdır”
    “İndiki halda həqiqətən ATƏT-in Minsk Qrupunun hazırkı formatı Azərbaycanın maraqlarına cavab vermir. Bu baxımdan Minsk Qrupunda Fransanın Avropa İttifaqı ilə əvəz edilməsi təklifini müsbət dəyərləndirmək olar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, onsuz da son aylar Fransa ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyub. “Düzdür, Fransa Konstitusiya Şurası “erməni soyqırımı”nın inkarı qanunu qüvvədən düşürdü, amma buna baxmayaraq, rəsmi Paris ermənipərəst dövlət olaraq qalır. Bunu prezident seçkiləri də göstərir ki, həm prezident, həm də onun əsas rəqibi dəfələrlə vurğulayıblar ki, əgər hakimiyyətə gəlsələr və yaxud hakimiyyətlərini qorusalar, bu qanunu yenidən gündəmə gətirəcəklər. Yəni Fransanın Ermənistan tərəfindən çıxış etdiyi, daha doğrusu, tərəfsiz olmadığı aydındır. Bu baxımdan Fransanın əvəz olunması məsələsi hər zaman aktualdır və Azərbaycan maraqlarına cavab verən bu məsələni hər zaman qaldırmalıdır” - deyə R.Ağayev vurğulayıb.
    28.03.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov Qazaxıstan Parlamenti Məclisinin sədri ilə görüşüb
    Martın 26-da Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyası Şurasının 20 illiyinə həsr olunmuş Xüsusi Sessiya çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin TÜRKPA baş katibi Ramil Həsənovu qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Görüşdə R.Həsənov TÜRKPA-nın fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən layihələr, daimi komissiyaların iclasları və onların qəbul etmiş olduğu qərarlar, TÜRKPA-nın Bişkekdə keçirilməsi nəzərdə tutulan III Plenar Sessiyasına hazırlıq prosesi və nəzərdə tutulan layihələr barədə qısa məlumat verib.
    27.03.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına qatılacaq
    Sabah millət vəkili Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün Parisə yola düşəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İclasda “İqtisadi və maliyyə böhranlarından sonra normal yaşayış üçün təqaüdlərin müəyyən edilməsi”, “Vergi ilə bağlı siyasətin formalaşması”, “Maliyyə əməliyyatlarında sosial ədalətin bərpası”, “Orqan alverinə qarşı mübarizə üçün Avropa Konvensiyasına doğru” mövzuları ətrafında fikir mübadiləsi aparılacaq, komitənin işçi proqramı və gələcək prioritetləri müəyyənləşdiriləcək. S.Fətəliyeva iclasda qaldırılacaq məsələlərə öz münasibətini bildirəcək. Səfər çərçivəsində deputat Ətraf mühit və enerji məsələləri, Sosial və iqtisadi hüquqlar, İctimai sağlamlıq üzrə alt komitələrin toplantılarına qatılacaq. Səfər martın 25-də başa çatacaq.
    20.03.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat beynəlxalq forumda iştirak edəcək
    Milli Məclisin deputatı, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin koordinatoru Çingiz Qənizadə “Beynəlxalq Həbsxana İslahatları” (“Penal Reform International”) təşkilatı tərəfindən 22-23 mart tarixində Tiflisdə keçiriləcək regional foruma dəvət olunub. Deputatın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Cənubi Qafqazda işgəncələrə və pis rəftara qarşı mübarizə və onların qarşısının alınması mövzusunda təşkil olunan bu forumda dövlət rəsmiləri, insan hüquqları institutları, Azərbaycan, Gürcüstan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri iştirak edəcək.
    19.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 67 68 69 70 71 72 73 74 75 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30