Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    Elxan Süleymanov: Avronestdə geriyə yol yoxdur
    “Ermənistan nümayəndə heyətinin Avronest PA-nın Bakıda keçirilən iclaslarında tam heyətdə iştirakını alqışlayıram və bu bizim üçün böyük işdir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları qurumun Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanov bildirib O qeyd edib ki, Avronest PA-nın Bakıda keçirilən tədbirlərində çox iş görülüb və qarşıda da çox iş var. “Qərarların çoxu işimiz üçün həlledici olacaq. Bunun Azərbaycanda reallaşmasını isə qələbəmiz kimi qeyd edirəm” - deyə E.Süleymanov vurğulayıb. O bildirib ki, Avronestdə geriyə yol yoxdur. “Biz ancaq irəliyə getməliyik. Çətinliklər çoxdur, ancaq öhdəsindən gələcəyik. Bakıdakı sessiyada siyasi birləşmə və gələcəkdə birgə layihələri inkişaf etdirmək üçün əsl güc nümayiş olundu” - deyə o əlavə edib.
    04.04.12 Məqaləni oxumaq
     
    Avronest PA və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclası keçirilə bilər
    Avronest PA-nın ikinci sessiyasında plenar iclasda bu ilin oktyabr ayında Avronest və Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin birgə iclasının keçirilməsi təklif olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə təklifi konqresin təmsilçisi Band en Brande verib. O qeyd edib ki, 2012-ci ildə Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığına daxil olan ölkələrin bundan başqa bir sıra birgə tədbirləri keçiriləcək ki, bu da əlaqələrin inkişafına daha da təkan verəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    Xarici İşlər Nazirliyi Sergey Lavrovun səfəri ilə bağlı açıqlama yayıb
    Aprelin 3-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana rəsmi səfər edəcək. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər zamanı Sergey Lavrovun Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, Baş nazir Artur Rasi-zadə ilə, Milli Məclisin sədri Oqtay Əsədovla və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur. Səfər çərçivəsində S.Lavrov XİN-də mətbuat konfransı da təşkil edəcək.
    03.04.12 Məqaləni oxumaq
     
    Vaan Ovanesyan: “Münaqişənin sülh yolu ilə həlli variantı var”
    “Əlbəttə, Dağlıq Qarabağda hazırkı status-kvo daimi davam edə bilməz”. “Azadinform” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan erməni deputatlardan ibarət nümayəndə heyətinin rəhbəri Vaan Ovanesyan bildirib. O qeyd edib ki, buna baxmayaraq, hazırkı sülhün özü müharibədən yaxşıdır. “Hər dəfə danışıqların növbəti raundundan sonra biz Azərbaycan tərəfindən eşidirik ki, onların böyük büdcəsi var, hərbi xərcləri artırırlar. Lakin Ermənistan öz az kiçik büdcəsini müdafiəyə xərcləyir. Azərbaycan kompromisə gedəcəyi təqdirdə Ermənistan da güzəştə gedir. Hər iki tərəfin güzəştləri vahid formulaya gətirilərsə, o zaman münaqişənin həlli cəmi bir neçə həftə çəkəcək. Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli variantı var” - deyə o əlavə edib.
    03.04.12 Məqaləni oxumaq
     
    14 qanuna əlavə və dəyişikliklər ediləcək
    Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. “KƏLAMİNFO”nun məlumatına görə, iclasda komitə sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 14 qanuna əlavə və dəyişikliklər daxildir. O qeyd edib ki, dəyişikliklər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Daha sonra gündəliyə daxil olan məsələlər barədə məlumat verilib. Bildirilib ki, qeyd olunan qanunun qüvvəyə minməsi ilə əlaqədar Torpaq Məcəlləsi, Meşə Məcəlləsi, Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi, Vergi Məcəlləsi, Mənzil Məcəlləsi, “Torpaq icarəsi haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Torpaq bazarı haqqında”, “Su təchizatı və tullantı suları haqqında”, “Avtomobil yolları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi təklif olunur. Daha sonra qanun layihələri parlamentin plenar sessiyasına tövsiyə olunub.
    01.04.12 Məqaləni oxumaq
     
    Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək
    Gələn həftə Avropa Parlamentinin 37 üzvündən ibarət nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən veriblər. Nümayəndə heyətinə Kristian Vigenin rəhbərlik edəcək. Səfərdə məqsəd aprelin 2-4-ü tarixlərində Bakıda keçiriləcək “Avronest” PA-nın plenar sessiyasında iştirak etməkdir. Qeyd edək ki, “Şərq əməkdaşlığı”nın üzvü olan ölkələrin Parlament Assambleyası - “Avronest”in plenar sessiyası Bakıda keçiriləcək. “Avronest” PA Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələr – Azərbaycan, Ukrayna, Belarus, Moldova, Gürcüstan və Ermənistan təmsilçilərini birləşdirir.
    01.04.12 Məqaləni oxumaq
     
    Qırğız prezidenti: “Türk respublikaları ayağa qalxaraq güclü dövlətlərə çevrilməlidirlər”
    Bu gün Milli Məclisin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda Bakıda səfərdə olan Qırğız Respublikasının prezidenti Almazbek Atambayev çıxış edib. O, çıxışı zamanı bildirib ki, azərbaycanlıların və qırğızların tarixi və kökü birdir. “Çox şadam ki, Azərbaycana rəsmi səfər edən Qırğız prezidentiyəm, çünki biz eyni xalqıq, biz türkük” - deyə o vurğulayıb. O, bütün türk dövlətləri ilə əlaqələrin inkişafının daha da artırılmasının vacibliyini bildirib.
    30.03.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Azərbaycan ərazisindən qonşu ölkələrə qarşı heç bir hərəkət olmayacaq”
    “Biz bunu dəfələrlə demişik, yenə də təkrar edirik: Azərbaycan ərazisindən qonşu ölkələrə - İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olmayıb, olmur və olmayacaq”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, bəzi Qərb mətbuatı və bəzi yerli müxalif qüvvələrə aid olan KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlar yalnız spekulyasiya xarakterlidir, məqsəd aranı qarışdırmaqdır. “İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var.
    30.03.12 Məqaləni oxumaq
     
    “Dağlıq Qarabağda keçirilən hər hansı tədbir sülhyaratma missiyasına mənfi təsir göstərir”
    “Dünyada heç kim tərəfindən tanınmayan qondarma Dağlıq Qarabağ Respublikasında keçirilən hər hansı tədbir, o cümlədən siyasi aksiya qeyri-qanuni olmaqla bərabər, sülhyaratma missiyasına da mənfi təsir göstərir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, belə hallarla bağlı dəfələrlə ATƏT-in Minsk qrupuna, bütün beynəlxalq təşkilatlara müraciət olunub. “Biz dəfələrlə öz etiraz səsimizi çatdırmışıq, bu dəfə də etirazımızı bildirəcəyik. Xarici dövlətlər, ATƏT-in Minsk qrupu da bu kimi aksiyaları pisləyirlər. Bu rejim heç kim tərəfindən tanınmadığı üçün keçirdiyi seçkiləri də heç kim tanıya bilməz. Digər tərəfdən, Dağlıq Qarabağdan məcburi qaydada didərgin salınmış vətəndaşlar seçkidə iştirak etmədiyi halda bu seçkilər eyni zamanda sülhyaratma prosesinə mənfi təsir göstərəcək”-deyə Ə.Həsənov vurğulayıb.
    29.03.12 Məqaləni oxumaq
     
    Səfir Məmməd Əhmədzadə etimadnaməsini Paraqvay Prezidentinə təqdim edib
    Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə eyni zamanda Paraqvayda da akkreditə olunması ilə əlaqədar etimadnamələrini Paraqvay prezidenti Fernando Lugoya təqdim edib. Argentinadakı səfirliyimizdən “KƏLAMİNFO”ya verilən məlumata görə, etimadnamələrin təqdimindən sonra Paraqvay dövlət başçısı ilə Azərbaycan diplomatı arasında söhbət olub. M.Əhmədzadə ilk öncə Azərbaycan prezidenti İlham Əliyevin Paraqvay Prezidentinə və xalqına ən xoş arzularını çatdırıb. Azərbaycan haqqında Paraqvay dövlət başçısına geniş məlumat verən M.Əhmədzadə xüsusilə də ölkəmizin müstəqillik tarixi, Azərbaycanın əldə etdiyi uğurlar, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq nüfuzunun güclənməsi barədə danışıb. Latın Amerikası ölkələri ilə əməkdaşlığımızda müşahidə olunan inkişaf barədə məlumat verən diplomat bu xüsusda Paraqvayla da əlaqələrimizin inkişafına əhəmiyyət verdiyimizi deyib.
    29.03.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 66 67 68 69 70 71 72 73 74 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30