Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    Sankt-Peterburqda MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının iclası işə başlayıb
    Bu gün Sankt-Peterburqda MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının iclası başlayıb. Parlamentdən “KƏLAMİNFO”ya verilən məlumata görə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə tədbirdə iştirak edir. Tədbirdə quruma üzv ölkələrdə komissiyanın təklif etdiyi model qanunların istifadəsi haqqında məlumat dinləniləcək, MDB PA çərçivəsində Gənclər Parlamentinin yaradılması, üzv ölkələrdə gənclər siyasəti haqqında qanunların təkmilləşdirilməsi və digər məsələlər müzakirə ediləcək.
    10.04.12 Məqaləni oxumaq
     
    GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycana səfərə gəlib
    GUAM-ın baş katibi Valeri Çeçelaşvili Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, səfərdə məqsəd GUAM milli əlaqələndiricilərinin aprelin 9-10-da Bakıda xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçiriləcək iclasında iştirak etməkdir. Səfər zamanı Valeri Çeçelaşvilinin Bakıda bir sıra görüşlər keçirəcəyi də gözlənilir.
    09.04.12 Məqaləni oxumaq
     
    Ərdoğan: “Azərbaycan kimi Türkiyə də TAP qaz layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir”
    “Azərbaycan kimi Türkiyə də TAP qaz layihəsinin reallaşdırılması üçün hər cür səy göstərir”. “KƏLAMİNFO” “Zaman” qəzetinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. “Türkiyə də TAP layihəsinin reallaşdırılması üçün bütün potensialından istifadə etməyə hazırdır" - deyə Ərdoğan vurğulayıb. Baş nazirin sözlərinə görə, layihənin Türkiyə ərazisində həyata keçirilməsindən sonra növbəti addım onun İtaliya ərazisində reallaşdırılması olacaq. Qazın İtaliyaya qədər nəqlindən sonra onun Türkiyədən Albaniyayadək daşınması növbəti addım ola bilər.
    07.04.12 Məqaləni oxumaq
     
    Rəhim Hüseynov: “Azərbaycanda hər 100 nəfərin 68-i internet istifadəçisidir”
    Azərbaycan Marketinq Cəmiyyəti (AMC) ölkədə informasiya-texnologiyalarından istifadə sahəsində faktiki vəziyyətin qiymətləndirilməsi ilə bağlı araşdırma aparıb. “KƏLAMİNFO” xəbər verir ki, bu gün araşdırmanın nəticələrinin təqdimatı keçirilib. Tədbirdə dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, o cümlədən İKT şirkətlərinin nümayəndələri iştirak edib. Təqdimatla çıxış edən AMC İdarə Heyətinin sədri Rəhim Hüseynovun sözlərinə görə, araşdırmanın nəticələri göstərir ki, 2011-ci ildə ölkə ərazisində ev təsərrüfatlarının 56 faizində ən azı 1 kompyuter var və ölkədə hər 100 nəfərə düşən kompyuterlərin orta hesabla sayı 22-dir: “Hər 100 nəfərə düşən internet istifadəçisinin sayı 68-dir. Bu isə dünya üzrə orta göstəricidən təqribən 2 dəfə çox deməkdir.
    07.04.12 Məqaləni oxumaq
     
    “Qərbin İrana tətbiq etdiyi sanksiyalarda Bakının tutduğu mövqe ən doğru mövqedir”
    “Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda istənilən sahədə - iqtisadi, siyasi və geostrateji baxımdan önəmli ölkədir. Ona görə də regiondakı istənilən gərginlik üçün Azərbaycanın mövqeyi Avropa üçün əhəmiyyətlidir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Avronest PA-nın həmsədri Kristian Vigenin bildirib. O qeyd edib ki, bu gün Qərbin Azərbaycanla qonşu olan İrana tətbiq etdiyi sanksiyalardan Bakının tutduğu mövqe ən doğru mövqedir. Azərbaycanın istər tarixi baxımdan, istərsə də hazırkı strateji mövqeyi baxımından durumu, regionda baş verə biləcək hansısa münaqişənin buradan yan keçməməsi başa düşüləndir. Bu baxımdan Avropa arzu edər ki, İrana qarşı sanksiyalarda, baş verə biləcək hər hansı toqquşmalarda Azərbaycan zərər görməsin”-deyə K.Vigenin vurğulayıb. Həmsədr deyib ki, rəsmi Bakının da bu yöndə tutduğu mövqe və verdiyi bəyanatlar bu istiqamətdə ümidvericidir.
    05.04.12 Məqaləni oxumaq
     
    Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında protokol imzalanıb
    Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 1-dən etibarən Səudiyyə Ərəbistanında səfərdədir. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən xəbərə görə, səfər Azərbaycanın həcc missiyası tərəfindən builki həcc mövsümü ilə əlaqədar təşkilati məsələləri həll etmək məqsədilə həyata keçirilir. Aprelin 2-də A.Paşazadə Səudiyyə krallığı həcc nazirinin həcc məsələləri üzrə müavini Hatim Qadi ilə görüşüb. Görüşdə azərbaycanlı zəvvarların builki həcc səfəri zamanı yerləşdirilmə məkanları, nəqliyyat vasitələri ilə təmin edilmə məsələsi və ziyarətlərini daha mükəmməl şəkildə həyata keçirə bilmələri ilə bağlı digər məsələlər müzakirə edilib. Növbəti həcc mövsümünə dair Azərbaycan həcc missiyasını həyata keçirən Qafqaz Müsəlmanları İdarəsi ilə Səudiyyə Ərəbistanının Həcc Nazirliyi arasında müvafiq protokol imzalanıb. Dünən A.Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Ciddə şəhərində Səudiyyə Ərəbistanının həcc naziri, doktor Bəndər bin Məhəmməd tərəfindən qəbul edilib.
    05.04.12 Məqaləni oxumaq
     
    Avronest PA-nın komitə iclası Qəbələdə keçirilə bilər
    Avronest PA-nın İqtisadiyyat komitəsinin iclası bu il Azərbaycanın Qəbələ şəhərində keçirilə bilər. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qurumun bu gün Bakıda keçirilən plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, deputat Elxan Süleymanov bildirib. O qeyd edib ki, artıq Azərbaycan bununla bağlı Assambleyaya rəsmi təklif də ünvanlayıb. Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Avronest PA-nın Sosial məsələlər komitəsinin iclasının da 2013-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təklif irəli sürüb.
    05.04.12 Məqaləni oxumaq
     
    Avronest PA-nın növbəti sessiyası Brüsseldə keçiriləcək
    Avronest PA-nın növbəti III sessiyası 2013-cü ilin 28-29 may tarixlərində Brüsseldə keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə qərar qurumun bu gün Bakıda keçirilən II sessiyasında qəbul olunub. Eyni zamanda qərara alınıb ki, Avronestin daimi komitələrinin iclasları 2013-cü ilin plenar sessiyasından əvvəl keçirilsin. Daha sonra iclasda qurumun növbəti il üçün təklif olunan tədbirləri müzakirə olunub. Azərbaycanlı deputat Fuad Muradov enerji komitəsində müzakirə və təklif olunan tədbirləri açıqlayıb. Onun sözlərinə görə, enerji təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə olunacağı konfransın bu il keçirilməsi planlaşdırılır. O, həmçinin deyib ki, Brüsseldə sentyabrda ekspert komissiyasının iclası keçiriləcək. Enerji komitəsindən olan Ukrayna nümayəndə heyətinin enerji məsələlərini müzakirə etmək üçün debatlar keçirilməsi təşəbbüsü də açıqlanıb və qeyd edilib ki, bu seminar yeni ideyalar gətirəcək.
    04.04.12 Məqaləni oxumaq
     
    “Avronest PA-nın iclası göstərdi ki, Azərbaycan beynəlxalq aləmdə öz rolunu artırır”
    Avronest PA-nın Bakıda keçirilən ikinci sessiyası bu gün işini başa çatdırıb. “KƏLAMİNFO” xəbər verir ki, sessiyanın yekunları ilə bağlı qurumun həmsədrləri bu gün Milli Məclisdə mətbuat konfransı keçiriblər. Konfransda Assambleyanın həmsədri Kristian Vigenin bildirib ki, sessiya Avronest PA-nın Aİ ölkələrindən kənarda keçirilmiş ilk iclas olub və ilk dəfə olaraq çox geniş tərkibli nümayəndə heyəti iştirak edib. “Bu, dinamik inkişafda olan Azərbaycana beynəlxalq aləmdə marağın göstəricisidir.
    04.04.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Məqsədimiz inkişaf etmiş ölkəyə çevrilməkdir və biz bunu edəcəyik”
    Avronest PA-nın toplantısının Avropa İttifaqının hüdudlarından kənarda keçirilməsi böyük cəsarətli qərardır. “KƏLAMİNFO” xəbər verir ki, bunu Bakıda keçirilən Avronest PA-nın iclasında çıxışı zamanı prezident İlham Əliyev deyib. “Bu sessiya bizim tərəfdaşlıq ruhumuzu göstərir” deyən prezident İlham Əliyev bildirib ki, tədbir Avropa təsisatları ilə Azərbaycan arasında tərəfdaşlıq əlaqələrini daha da gücləndirəcək. Azərbaycanda müstəqillik illərində qazanılan nailiyyətlərdən, həyata keçirilən islahatlardan danışan prezident İlham Əliyev əldə olunan hüquq və azadlıqların artıq müasir Azərbaycanın reallıqlarına çevrildiyini söyləyib.
    04.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 65 66 67 68 69 70 71 72 73 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30