Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Aydın Mirzəzadə: “Rusiya keçmiş SSRİ-nin törətdiklərinin varisi deyil”
    “Hesab etmirəm Dağlıq Qarabağ problemin yaranmasında birbaşa cavabdeh indiki Rusiyadır. Əlbəttə, Rusiya keçmiş SSRİ-nin varisidir, amma onun törətdiklərinin varisi deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, hakim partiyadan olan deputat Aydın Mirzəzadə bildirib.
    13.04.12 Məqaləni oxumaq
     
    Prezident şimal-qərb bölgəsində səfərdədir
    Prezident İlham Əliyev bu gün respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Qazax rayon İcra Hakimiyyətinin başcısı Ayaz Əsgərov prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılıb. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənmiş və asfalt örtük salınıb. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınıb, dekorativ ağac və gül kolları əkilib. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirib. Parkda yol və səkilərin kənarları, girişi qranit və dekorativ daşlarla bəzədilib. Ərazidə müasir işıqlandırma sistemi quraşdırılıb və oturacaqlar qoyulub. Görülmüş işləri yüksək qiymətləndirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.
    13.04.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: “Rusiya islam adı altında yaradılan müxtəlif təriqətlərdən təsir vasitəsi kimi istifadə edir”
    “Bu gün Rusiya islam adı ilə yaradılan müxtəlif təriqətlərdən istifadə edərək Cənubi Qafqazda, xüsusilə Azərbaycana qarşı onlardan təsir vasitəsi kimi istifadə edir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O qeyd edib ki, belə təriqətlərə istinad edən Rusiya nə vaxt bu regionda öz maraqlarına zidd nəsə görürsə dərhal onları işə salır - partlayışlar törədir, gah sərhədlərdə desant toplayır və sair. “Fikir verin, son günlər belə bir xəbər yayılır ki, Rusiya Ermənistanda yeni RLS tikmək qərarına gəlib, yaxud Ermənistan bu təkliflə çıxış edir. Bu ondan irəli gəlir ki, Azərbaycan Rusiyanın burda Voronej tipli RLS tikməsinə razılıq verməyib. Eyni zamanda, Qəbələ RLS haqqında da hələ ki ümumi razılıq olmayıb. Rusiyanın Qəbələyə verdiyi icarə pulu çox azdır. Azərbaycan Rusiyadan 300 mln. dollar tələb etsə, bu, hətta az olar. Çünki gözəl kurort ərazilərinin hamısı Rusiya RLS-nin nəticəsində heçə döndərilir” - deyə V.Quluzadə vurğulayıb.
    12.04.12 Məqaləni oxumaq
     
    Prezident Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib
    Prezident İlham Əliyev bu gün şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsib. Azərbaycan Prezidentinə məlumat verilib ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılıb, apreldə sona çatdırılıb. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
    12.04.12 Məqaləni oxumaq
     
    İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub
    Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, məlumat verilib ki, dövlət başçısının imzaladığı “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir Bildirilib ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılıb. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaq. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaq.
    12.04.12 Məqaləni oxumaq
     
    Qazaxıstanın xarici işlər və baş naziri Azərbaycana səfər edəcək
    Qazaxıstanın baş naziri Kərim Məsimov və xarici işlər naziri Erjan Kazıxanov Azərbaycana səfər edəcək. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında məlumat verib. Səfir deyib ki, Erjan Kazıxanovun Azərbaycana səfəri ölkəmizin xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə reallaşacaq: “Səfər 27 avqustda baş tutacaq və iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunacaq” - deyə Serik Primbetov əlavə edib. O, həmçinin vurğulayıb ki, Qazaxıstan hökumətinin rəhbərinin səfəri bu il Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirakı ilə bağlıdır. Serik Primbetov bu ilin ikitərəfli münasibətlərin inkişafı üçün uğurlu bir il olacağını vurğulayıb.
    12.04.12 Məqaləni oxumaq
     
    Prezident Braziliyanın səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul edib
    Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sergio de Souza Fontes Arrudanın etimadnaməsini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, səfir Sergio de Souza Fontes Arrudan fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib və sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Braziliya arasında ikitərəfli münasibətləri genişləndirmək və tərəfdaşlıq əlaqələrini inkişaf etdirmək üçün qarşılıqlı marağın olduğunu deyib. Ölkələrimiz arasında əməkdaşlığın yeni mərhələyə daxil olduğunu vurğulayan Prezident İlham Əliyev siyasi əlaqələri genişləndirməyin, iqtisadi sahədə əməkdaşlığı gücləndirməyin əhəmiyyətini qeyd edib.
    11.04.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edirik”
    “Biz “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliklərə əsasən partiyaların maliyyələşdirilməsi prinsipini ədalətsiz hesab edirik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında qeyd olunan qanuna dəyişikliklərin müzakirəsi zamanı hakim yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov bildirib. O qeyd edib ki, qanuna təklif olunan dövlət maliyyələşməsinin mexanizmi məsələsi YAP-ın maraqlarına uyğun deyil. “Hansı ki, nəticə etibarı ilə Milli Məclisdə 11 partiyanın 84 deputatı təmsil olunur və onların da 71-i YAP-ın, 13-ü digər partiyaların üzvüdür. Bu gün Milli Məclisdə deputatların 56 faizi YAP üzvləridir. Dünyada tətbiq olunan təcrübəyə əsasən, YAP-a dövlət tərəfindən ayrılan maliyyə vəsaitinin 80-84 faizi verilməli idi. Lakin hazırkı mexanizmlə YAP-a 45,6 faiz çatacaq” - deyə Ə.Əhmədov vurğulayıb.
    11.04.12 Məqaləni oxumaq
     
    “Siyasi partiyalar haqqında” qanun layihəsi parlamentə tövsiyə olunub
    Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində “Siyasi partiyalar haqqında” qanun layihəsi müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə məlumat verən komitə sədri Əli Hüseynli qanunun Azərbaycanın siyasi islahatlar sistemində əsas amil olduğunu deyib. Müzakirələrdə çıxış edən Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirilib ki, yeni qanunda siyasi partiyaların qeydiyyatı sadələşdirilməlidir. O, həmçinin dəyişikliklərdə göstərilən siyasi partiyaların proqramının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmasına öz etirazını bildirib. İ.Ağazadə deyib ki, hər partiyanın seçkilərdə müəyyən taktikası olur ki, onu da açıqlamaq məcburiyyətində qalmalı deyil. O, partiyaların dövlət tərəfindən maliyyələşmə mexanizminə də öz iradını bildirib. “Seçkilərdə cəmi 2 dairədən namizəd irəli sürən və təsadüfən 1 deputat yeri qazanan partiya ilə 125 dairədən namizəd irəli sürüb 1 deputat yeri qazanan partiyalara eyni həə dövlət vəsaitinin ayrılması ədalətsizlikdir. Buna ciddi diqqət yetirilməlidir” - deyə o əlavə edib.
    10.04.12 Məqaləni oxumaq
     
    Valentina Matviyenko: “RLS ilə bağlı Azərbaycana nativ məkan düşünmürük”
    “Mən əminəm ki, Azərbaycan və Rusiya arasında Qəbələ RLS ilə bağlı danışıqlar uğurla nəticələnəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Məclisdə keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, hazırda bununla bağlı tərəflər arasında ciddi danışıqlar prosesi gedir və danışıqlarda qeyri-normal heç bir şey yoxdur. “Biz əminik ki, bu RLS-in işləməsində Rusiya kimi Azərbaycan tərəfi də maraqlıdır və biz RLS ilə bağlı Azərbaycana nativ məkan düşünmürük” - deyə V.Matviyenko vurğulayıb. Konfransda Ermənistan baş nazirinin ölkəsinin RLS ilə bağlı nativ məkan olması ilə bağlı bəyanatına toxunan spiker Oqtay Əsədov isə deyib ki, Ermənistan tərəfi özünə aidiyyəti olmayan danışıqlarla bağlı belə bəyanatlar verməklə çox tələsir. “RLS ilə bağlı Azərbaycanla Rusiya arasında danışıqlar hələ davam edir” - deyə o əlavə edib.
    10.04.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 64 65 66 67 68 69 70 71 72 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30