Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Azərbaycan BMT TŞ-yə rəhbərlik edərək Dağlıq Qarabağ məsələsini qaldıra bilməz
    “Azərbaycanın BMT-nin Təhlükəsiz Şurasına qeyri-daimi üzv olması tarixi bir qələbədir. Bu, Azərbaycanın dünya birliyində kifayət qədər böyük bir mövqeyə sahib olmasından xəbər verir”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Azərbaycanın indi bu quruma rəhbərlik etməsi də Azərbaycanın dünya birliyində rolunun və mövqeyinin artmasından xəbər verir. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan birbaşa bu quruma rəhbərlik edərək Dağlıq Qarabağla bağlı məsələni qaldıra bilməz. Buna baxmayaraq, Azərbaycanın dünya birliyində mövqeyinin artması bütövlükdə Dağlıq Qarabağ məsələnin ədalətli şəkildə həll olunmasında öz müsbət təsirini göstərir.
    04.05.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Almaniya səfirinin bəyanatında ədalət mövcud deyil”
    “Almaniya səfirinin bəyanatında hər hansı ədalət mövcud deyil”. “KƏLAMİNFO”nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov deyib Onun fikrincə, Almaniyanın bır sıra mətbuat orqanları Azərbaycana qarşı qərəzli mövqelərini gizlətmirlər. Bu və ya digər bəhanələrlə Azərbaycandakı prosesləri ciddi şəkildə təhrif edir, bu təhriflər əsasında kampaniya aparırlar. “Azərbaycanın da bır sıra mətbuat orqanları alman mediasına Azərbaycana qarşı apardıqları kampaniyaya cavab verirlər. Hesab edirəm ki, iki ölkənin müstəqil mətbuatı arasında gedən bu mübarizəyə Almaniya səfirinin müdaxiləsinə ehtiyac yox idi. Açığını deyim, düşünürdüm ki, Almaniya səfirliyi bu məsələlərin fövqündə dayanan bir mövqe nümayiş etdirəcək. Amma təəssüf hissi ilə bildirirəm ki, Almaniya səfirliyi tərəflərinin birinin mövqeyini tutub və bununla da həmin ölkənin mediasının apardığı qeyri-obyektiv kampaniyaya qoşulmuş oldu” - deyə Ə.Əhmədov əlavə edib. YAP sədr müavini bu məsələyə Almaniyanın rəsmi hökumət mövqeyini əks etdirən bir insanın qatılmasını yersiz hesab edir.
    04.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Serbiyada parlament seçkilərini izləyəcəklər
    Azərbaycan Milli Məclisinin bir qrup deputatı Serbiyada mayın 6-da keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Belqrad şəhərinə səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Azay Quliyev ATƏT Parlament Assambleyasının müşahidəçilər missiyasının tərkibində, millət vəkili Fazil Mustafa isə Avropa Şurası Parlament Assambleyasının xətti ilə prosesin gedişini izləyəcəklər. Deputatlarımız bir sıra seçki məntəqələrində olacaq, təşkilatı məsələlər, elektoratın fəallığı ilə maraqlanacaqlar. Səfər mayın 7-də başa çatacaq.
    04.05.12 Məqaləni oxumaq
     
    Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib
    San Luis şəhərinin Corc Vaşinqton Universitetində Cənubi Qafqazda münaqişələrin həlli yolları müzakirə edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-dakı səfirliyimizdən veriblər. ABŞ-ın Missuri ştatının San Luis şəhərində yerləşən Corc Vaşinqton Universitetində Cənubi Qafqaz regionundakı münaqişələr və onların həlli yolları mövzusunda konfrans keçirilib. Konfrans Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşəbbüsü və dəstəyi ilə Corc Vaşinqton Universitetinin Yeni Sosial Elmlər Mərkəzi, Beynəlxalq və Regional Araşdırmalar Proqramı, Avrasiya Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub. Professor Ceyms Vertşin moderatorluq etdiyi konfransda SAM-ın araşdırmaçısı Rauf Qaragözov, Gürcüstanın İvan Çavaxişvili adına Tbilisi Dövlət Universitetinin Humanitar məsələlər fakültəsinin professoru, UNESCO-nun Mədəniyyətlərarası Dialoq Komitəsinin sədri Nino Çikovani və Yerevandakı Qloballaşma və Regional Əməkdaşlıq Analitik Mərkəzinin sədri Stepan Qriqoryan çıxış edib. Konfransda Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov da iştirak edib.
    03.05.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Belarus XİN-ləri siyasi məsləhətləşmələr aparacaq
    Azərbaycan və Belarusun Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məqsədi ilə cari ilin 3-5 may tarixlərində xarici işlər nazirinin müavini Xələf Xələfovun Minskə səfəri nəzərdə tutulub. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində nazir müavini X.Xələfovun Belarus baş nazirinin birinci müavini Vladimir Semaşko, Belarusun xarici işlər naziri Sergey Martınov və xarici işlər nazirinin müavini İqor Petreşenko ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
    03.05.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Dünyanın ikili standartlarına dözmək olmur”
    “Artıq 20 ildir biz Şuşasızıq, Qarabağsızıq, bu məsələyə münasibətdə dünyanın ikili standartlarına dözmək olmur və bu standartlar təəssüf ki dəyişmir”. “KƏLAMİNFO” xəbər verir ki, bunları Milli Məclisin bu gün keçirilən iclasında Şuşanın işğalının 20 illiyi ilə bağlı müzakirələr zamanı vitse-spiker Bahar Muradova bildirib. B.Muradova deyir ki, Azərbaycan və Ermənistana bu məsələdə fərqli münasibətlər mövcuddur. “Azərbaycan xalqının pozulmuş haqları beynəlxalq qurumlar tərəfindən görməzliyə alınır. Bu gün dünya görmək istəmir ki, Ermənistanda uşaq və qadın qatilləri hakimiyyətə gəliblər. Mən bütün bunları rəsmi şəxs kimi yox, köçkün kimi deyirəm” - deyə B.Muradova vurğulayıb. O deyib ki, bölgədə sabitliyi təmin etmək üçün beynəlxalq təşkilatlar işğalçılığa hüquqi qiymət verməlidir. “Azərbaycan öz problemlərini öz iqtidarı ilə həll edir və bu, bir sıra qüvvələri qane etmir. Bu gün Azərbaycanın hərbi sahədə güclənməsi öz torpaqlarını qaytarmağa yönəlir.
    02.05.12 Məqaləni oxumaq
     
    Ziyafət Əsgərov: Ştrasserin Azərbaycan əleyhinə dediyi fikirlər cəfəngdir
    “AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Kristofer Ştrasser adi bir fərddir, vətəndaşdır. O, nə Almaniyanın maraqlarını ifadə edir, nə də alman xalqının və nə də Avropa Şurasının”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib. O qeyd edib ki, K.Ştrasserin Azərbaycan əleyhinə, Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsinin əleyhinə dediyi fikirlər cəfəngdir. “Hamı əmin olsun ki, bu mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçiriləcək və buna heç kimin şübhəsi olmasın” - deyə Z.Əsgərov vurğulayıb. Vitse-spiker deyir ki, kimlərsə istəyir bəzi şəxsi məsələlərini gətirib Azərbaycanda şou yaratsın və yaxud özlərini digər dövlətlərin diqqətinə çatdırsın. “Bütün bunlar tamamilə mənasızdır, onların bu yersiz cəhdləri baş tutmayacaq” - deyə o əlavə edib.
    02.05.12 Məqaləni oxumaq
     
    Oqtay Əsədov: “İnsan hüquqları adı altında Azərbaycana təzyiq göstərmək istəyirlər”
    Bu gün Milli Məclisin növbəti plenar iclası işə başlayıb. “KƏLAMİNFO” xəbər verir ki, iclası açıq elan edən spiker Oqtay Əsədov AŞPA-nın yaz sessiyası barədə məlumat vermək üçün Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidova söz verib. S.Seyidov qeyd edib ki, qurumun Azərbaycan üzrə məruzəçisi Kristofor Ştrasserin hesabatı dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub. “Bu gün insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur.
    01.05.12 Məqaləni oxumaq
     
    Adil Qəribov: Şiferlərin dəyişdirilməsi həm elmi, həm də daha çox siyasi məsələdir
    “Dam örtükləri üçün istifadə edilən şifer materiallarının tərkibində fezantil asbeslərindən istifadə edilir. Onların antiqnol asbestlərinə nisbətən tozları az olur. O tozların insan orqanizmində qalma müddəti azdır, amma hər ikisi insan orqanizminə düşür və ən az 3 həftə qalır. Antiqnol isə 400-500 günə qədər insan orqanizmində qalır. Nəticədə hamısı bir xəstəlik verir və bu da ağciyər xərçəngidir. Ola bilsin ki, bu toz başqa xəstəliklər də törədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri AMEA Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov son vaxtlar yaşayış binalarının dam örtüklərinin dəyişdirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən söyləyib.
    01.05.12 Məqaləni oxumaq
     
    “İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olmağa hazırdır”
    «İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi olmağa hazırdır». Bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında İranın XİN rəhbəri Əli Əkbər Salehi bildirib. «KƏLAMİNFO» «Mehr» agentliyinə istinadən xəbər verir ki, iranlı nazir bildirib ki, «rəsmi Tehran Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllini görür və bu istiqamətdə nailiyyətlər əldə olunmasına səy göstərməyə hazırdır». İran XİN rəhbəri bildirib ki, bu onun ölkəsinin Cənubi Qafqazdakı maraqlarından irəli gəlir.
    01.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 60 61 62 63 64 65 66 67 68 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30