Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  59 60 61 62 63 64 65 66 67  #
    Novruz Məmmədov: Qərb Ermənistandakı parlament seçkilərinə demokratik don geyindirmək istəyir
    “İnanmıram ki, Ermənistanda keçirilən parlament seçkilərinin Dağlıq Qarabağ münaqişəsinə hansısa bir təsiri olsun. Bu seçkilərin Dağlıq Qarabağ probleminə heç bir təsiri ola bilməz”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
    O qeyd edib ki, həmin seçkilər özlərinin təşkil etdiyi bir şoudur: ” Təəssüflər olsun ki, Avropa, Qərb həmin dəqiqə təəssübkeşlik göstərərək bu seçkilərə demokratik don geyindirmək istəyir” deyən N.Məmmədov əlavə edib ki, Ermənistan hakimiyyətinin apardığı indiki siyasət bir şoudur və parlament seçkiləri də həmin şounun tərkib hissəsidir.
    10.05.12 Məqaləni oxumaq
     
    Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinə dair sənəd qəbul edib
    Qoşulmama Hərəkatının Misirdə keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyini bir daha təsdiqləyən yekun sənəd qəbul edilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bildirib.
    10.05.12 Məqaləni oxumaq
     
    Bu gün Şuşanın Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür
    Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan tərəfindən işğal olunmasından 20 il ötür.

    “KƏLAMİNFO” xəbər verir ki, Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firudin bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi kimi tanınır.
    09.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar Palanqaya gedirlər
    Milli Məclisin deputatı, GUAM PA-nın sədri, eyni zamanda qurumdakı  Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və deputat Əli Məsimli mayın 9-dan 13-dək Litvanın Palanqa şəhərində səfərdə olacaqlar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.

    Deputatlar Baltik Assambleyasının təşkil etdiyi Avropa İttifaqı ilə əməkdaşlığa dair Beynəlxalq Parlament Konfransına qatılacaqlar. Tədbirin açılışında Litva, Latviya və Estoniya parlamentlərinin sədrləri, həmçinin Baltik Assambleyasının prezidenti Paulius Saudarqas çıxış edəcəklər. Konfransda Baltikyanı ölkələrin Avropa İttifaqı ilə qarşılıqlı əməkdaşlığı, milli və regional maraqlar barədə söhbət açılacaq. Parlamentlər, icra hakimiyyətləri və biznes dairələri səviyyəsində əlaqələrin inkişafına nəzər yetiriləcək. Müzakirə olunan məsələlərə münasibətdə Baltik ölkələrinin, GUAM PA-nın, Benilüks İttifaqının və Parlamentinin, Şimal Şurasının (Danimarka, Finlandiya və İsveç) baxışları öyrəniləcək.
    08.05.12 Məqaləni oxumaq
     
    Millət vəkilləri Əlcəzairdə seçkiləri izləyəcək
    Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləmək üçün sabah Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    Deputatlar ölkə parlamentinin aşağı palatasına - Milli Xalq Assambleyasına mayın 12-də keçiriləcək seçkilərin gedişini Əlcəzair şəhərində izləyəcəklər. Onlar müxtəlif seçki məntəqələrində müşahidə aparacaq, seçicilərin fəallığına, seçki prosesində demokratiyanın tələblərinə riayət edilməsinə diqqət yetirəcəklər.
    Səfər mayın 14-də başa çatacaq.
    08.05.12 Məqaləni oxumaq
     
    Vəfa Quluzadə: Rusiya təzyiqləri artıra bilər
    “Danışıqlar zamanı Rusiya Qəbələ RLS-i ilə bağlı Azərbaycandan özünü qane edəcək cavab almasa, təzyiqləri artıra bilər. Amma inanmıram ki, Azərbaycan da bu vəziyyətin yaranmasına şərait yaratsın”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Vəfa Quluzadə bildirib. O bu təzyiqlər sırasına bir neçə amilləri daxil edir.

    “Məsələn, əgər razılıq əldə olunmasa Rusiya Azərbaycanı hədələyə bilər ki, İranla müharibə başlasa, Ermənistan Azərbaycan əleyhinə müharibəni davam etdirə bilər, yeni Azərbaycan torpaqlarını işğal edə bilər. Ona görə də Moskva Azərbaycanı dəvət edə bilər ki, Rusiyanın havadan müdafiə sisteminə razı olsun. Amma təbii ki, bunlar hamısı hələ versiyalardır”-deyə V.Quluzadə vurğulayıb.
    Politoloq bu gün tez-tez “İran Azərbaycana zərbələr endirə bilər” ifadəsinin gündəmə gəlməsini xatırladaraq deyib ki, bu, Azərbaycan üçün, Azərbaycanın müstəqilliyi üçün təhlükəlidir. “Rusiyada bu təhlükədən Azərbaycanın sığortalanması amilindən istifadə etmək istəyi”-deyə o əlavə edib.
    08.05.12 Məqaləni oxumaq
     
    İlham Əliyev ABŞ-ın nəqliyyat komandanı ilə görüşüb
    Prezident İlham Əliyev Nyu-Yorkda ABŞ-ın nəqliyyat komandanı general Uilyam Freyzer ilə görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, general Uilyam Freyzer Azərbaycan ilə ABŞ arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib. Terrorizmə qarşı mübarizədə və Əfqanıstanda həyata keçirilən sülhyaratma əməliyyatlarında Azərbaycanın rolunu vurğulayan komandan bu sahədə əməkdaşlığın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu deyib. Əməkdaşlığımızın uğurlu və səmərəli olduğunu qeyd edən prezident İlham Əliyev antiterror koalisiyası çərçivəsində əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.
    05.05.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “İctimaiyyət müxalifətin imkanının nəyə çatdığının şahidi oldu”
    «Azərbaycanda hər bir vətəndaş sərbəst toplaşmaq hüququndan istifadə edə bilər. Bu, qanunun onlara verdiyi hüquqdur. Sadəcə, bu hüquq qanun çərçivəsində reallaşdırılmalıdır». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, müxalifət partiyalarının son vaxtlar keçirdiyi mitinqlər də bu hüququn reallaşmasıdır. Onun sözlərinə görə, əgər qarşı tərəf qanun çərçivəsində addımlar atacaqsa, bundan sonra da sərbəst toplaşmaq məsələsində heç bir problem olmayacaq. «Hökumət qanunun icrası istiqamətində öz üzərinə düşən vəzifələri bundan sonra da yerinə yetirəcək. Amma müxalifətin bu mitinqlərinə ictimai dəstəyin olub-olmaması isə başqa məsələdir. Bütün ictimaiyyət onların imkanının nəyə çatdığının şahidi oldu» - deyə vitse-spiker vurğulayıb.
    04.05.12 Məqaləni oxumaq
     
    Prezident Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb
    ABŞ-da işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Nyu-Yorkda Argentinanın xarici işlər naziri Hektor Timerman ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Argentina arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu vurğulanıb. Argenitinanın iş adamlarının yaxın zamanlarda Azərbaycana həyata keçirəcəkləri səfərin iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinin qeyd olunduğu görüşdə əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilib.
    04.05.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Nyu-Yorkda işgüzar səfərdədir
    Prezident İlham Əliyev Nyu-York şəhərinə işgüzar səfərə gəlib. ”KƏLAMİNFO” xəbər verir ki, səfərdə məqsəd Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 20-ci ildönümü ilə bağlı tədbirdə və BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclasında iştirak etməkdir.
    04.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  59 60 61 62 63 64 65 66 67  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30