Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Prezident Moskvaya işgüzar səfərə gedib
    Prezident İlham Əliyev MDB üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya işgüzar səfərə yola düşüb.

    “KƏLAMİNFO”nun məlumatına görə, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    16.05.12 Məqaləni oxumaq
     
    “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər edilir
    Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda əvvəlcə “Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında” qanun layihəsi müzakirə olunub.

    Qanuna görə “Nətavan” qəsəbəsinin adının “Natəvan” adlandırılması plenar iclasa tövsiyə olunub.
    Komitədə, həmçinin “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişikliklər müzakirə edilib. Qanun layihəsində təklif olunub ki, sözügedən qanunvericilik aktının 18-ci maddəsinə və 25-ci maddəsinə dəyişikliklər edilsin. Qeyd olunan qanunun 18-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən bələdiyyənin icra aparatı bələdiyyənin, habelə, bələdiyyənin daimi və başqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Həmçinin bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimi və başqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumatlar verirlər.
    15.05.12 Məqaləni oxumaq
     
    DAK Brüssel qurultayı sonrası mətbuat konfransı keçirib
    Dünya Azərbaycanlıları Konqresi Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brüssel şəhərində qurultay sonrası mətbuat konfransı keçirib. “KƏLAMİNFO”nun məlumatına görə, çıxış edən DAK İdarə Heyətinin üzvü Səftər Rəhimli xatırladıb ki, aprelin 26-27-si tarixlərində Brüsseldə Birlik Qurultayı keçirilib. Onun sözlərinə görə, yüksək səviyyədə və uğurlu keçən qurultayda İdarə Heyəti seçilib, İcraiyyə Komitəsi yaradılıb. Mirəşrəf Fətiyev DAK-a sədr seçilib.
    15.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputatlar MDB PA-nın toplantısına yollanıblar
    Bu gün Milli Məclisin bir qrup deputatı MDB Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə yollanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər.
    Sankt-Peterburqun Tavriya sarayında MDB PA-nın 37-ci plenar iclası, qurumun daimi komissiyalarının toplantıları, V Neva Konqresinin keçirilməsi nəzərdə tutulub.
    15.05.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı müzakirə olunub
    Bu gün Milli Məclisdə “Şəffaflıq Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə birgə USAİD-in dəstəyi ilə “Azərbaycanda korrupsiyaya qarşı mübarizə üzrə normativ-hüquqi bazanın inkişafı sahəsində müzakirələr” adlı Dəyirmi masa keçirib. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda indiyədək bu sahədə qəbul olunan qanunlar barədə qısa məlumat verib.

    Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əskərov bildirib ki, Azərbaycan tarixində ümumiyyətlə korrupsiya virusu olmayıb. Onun sözlərinə görə bu virus Azərbaycana xaricdən idxal olunub. “Xüsusilə Çar Rusiyasının Azərbaycanda istilası başlayandan sonra bu hal yaşadığımız ərazidə genişlənib”-deyə o əlavə edib. E.Əskərov həmçinin korrupsiyanın zərərləri barədə danışaraq Azərbaycanda korrupsiyaya qarşı mövcud qanunvericilik aktları haqda məlumat verib.
    15.05.12 Məqaləni oxumaq
     
    “Dövlət qulluğu haqqında” qanunda ciddi dəyişiklik etməyə ehtiyac var”
    “Bu gün Azərbaycanda “Dövlət qulluğu haqqında” qanunda ciddi dəyişiklik etməyə ehtiyac var”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisdə keçirilən Dəyirmi masada Konstitusiya Araşdırmalara Fondunun sədri Əliməmməd Nuriyev deyib.
    Ə.Nuriyev bunu onunla izah edib ki, indi dövlət qulluğunda çalışan məmurların imtiyazları o qədər də yetərli deyil. “Bundan başqa, bu qanunla bağlı ictimai dinləmələri genişləndirmək, həmçinin qanun layihəsinə ediləcək dəyişikliklərin hazırlanması prosesinə vətəndaş cəmiyyətinin nümayəndələrini cəlb etmək lazımdır” - deyə Ə.Nuriyev vurğulayıb.
    15.05.12 Məqaləni oxumaq
     
    Bolqarıstan Xalq Məclisinin sədri: “Azərbaycanın Avropa İttifaqına inteqrasiyasında daha çox yardımçı ola bilərik”
    “Azərbaycanın Avropa İttifaqına daha çox inteqrasiyası məsələsində Bolqarıstan bələdçi ola bilər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva jurnalistlərə açıqlamasında bildirib.
    O qeyd edib ki, Azərbaycanla Bolqarıstan arasında bir çox sahədə əlaqələrin inkişafı üçün kifayət qədər potensial var. “Xüsusilə Azərbaycanın Avropaya inteqrasiyası məsələsində biz daha çox yardımçı ola bilərik” - deyə T.Tseaçeva vurğulayıb.
    14.05.12 Məqaləni oxumaq
     
    ABŞ-dakı səfirliyimizdə ümummilli liderin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib
    Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilib. Mərasimdə səfirlik əməkdaşları ilə yanaşı, ABŞ-dakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə çıxış edən səfir Elin Süleymanov ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu, dövlət müstəqilliyinin qazanılmasında və möhkəmləndirilməsində zəhmətləri və ümumiyyətlə dahi liderin parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib. O, müstəqil Azərbaycanın bu gün dünya siyasətində artan rolunun, qazanılan uğurların, o cümlədən cari ay ərzində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etməsinin Heydər Əliyev tərəfindən təməlləri qoyulan uğurlu xarici siyasətin və bu siyasətin bu gün müvəffəqiyyətlə davam etdirilməsinin nəticəsi olduğunu deyib. Səfir Heydər Əliyev kimi dahi şəxsiyyəti yetişdirdiyinə görə Azərbaycan xalqının şanslı olduğunu vurğulayıb.
    12.05.12 Məqaləni oxumaq
     
    Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
    Azərbaycan Prezidenti İlham Əliyev Fəxri Xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. “KƏLAMİNFO” xəbər verir ki, prezident ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

    Qeyd edək ki, mayın 10-u müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümüdür.
    11.05.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “Müxalifət mitinqlər keçirməklə heç nə əldə edə bilmir”
    “Son zamanlar istirahət günləri mitinq keçirmək istəyənlərə üzümü tutub demək istəyirəm ki, bununla nə əldə etmək istəyirlər?!” “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini, millət vəkili Əli Əhmədov bildirib.

    Ə.Əhmədov eyni zamanda qeyd edib ki, Azərbaycan Konstitusiyasında sərbəst toplaşmaq azadlığı, söz azadlığı mövcuddur, amma az qala hər həftənin istirahət günləri bir qrup müxalifət belə mitinqlər keçirməklə demək olar ki, heç nə əldə edə bilmir. Ə.Əhmıədov vurğulayıb ki, mitinqin mahiyyəti bundan ibarətdir ki, hansısa bir qrup insan, hansısa partiyalar nədənsə narazıdırlarsa bunu sivil qaydada yığışıb bir dəfə, iki dəfə ifadə edirlər. Amma təəssüf ki, hər həftənin sonu küçələrə yığışan bir qrup müxalifətçi təkrar-təkrar mitinq keçirməklə heç nə əldə edə bilmirlər.
    11.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 58 59 60 61 62 63 64 65 66 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30