Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Azərbaycanlı deputatlar Ermənistana getdilər
    Bu gün Milli Məclisin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva və Musa Quliyev qurumun 39-cu plenar iclasında iştirak etmək üçün İrəvan şəhərinə yola düşüblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    21.05.12 Məqaləni oxumaq
     
    Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən monoqrafiya çap olunub
    AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Emin Arifin (Şıxəliyevin) “Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində” adlı monoqrafiyası  çap edilib.  “KƏLAMİNFO” xəbər verir ki, əsərdə Ermənistan-Azərbaycan münaqişəsi sivilizasiyalararası münasibətlər kontekstində araşdırılıb.
    Kitabda milli, dini və siyasi amillər əsas götürülərək sivilizasiyaların toqquşmasının münaqişəyə təsirinə toxunulub, ABŞ, Rusiya, eləcə də Avropanın və regionun digər aparıcı dövlətlərinin münaqişəyə dair mövqeyi, konfliktin bitməməsinin əsas səbəbləri və onun həllinə mane olan amillər və s. məsələlər geniş şəkildə təhlil edilib.
    21.05.12 Məqaləni oxumaq
     
    “Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar”
    “Bu gün bəzi dairələr Cənubi Qafqazda Gürcüstan və Azərbaycan arasında mövcud tərəfdaşlıq münasibətlərini pozmağa çalışırlar. Onlar bu münasibətlərdən narahatdırlar”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    21.05.12 Məqaləni oxumaq
     
    PA rəsmisi: “İran tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq”
    “Bu gün elə bir situasiyada yaşayırıq ki, hər bir qüvvə Azərbaycanı öz dini düşərgəsinə çəkmək istəyir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    O qeyd edib ki, Azərbaycan müsəlmanları “Quran”ın təlqin etdiyi kimi islamı qəbul edir. “Bizim əzəldən öz dini modelimiz var. Buna baxmayaraq, xüsusilə İran həm də tələb edir ki, onun istədiyi dövlətlərlə düşmən olaq. Tələb edirlər ki, İsraillə və digər dövlətlərlə əlaqəni kəsək. Biz İsraillə də, ABŞ-la da, Rusiyayla da, İranla da dost münasibət qurmuşuq. Xarici siyasətimiz belədir ki, Azərbaycanın ərazisindən İrana, o cümlədən İsrailə qarşı istifadə edilməsin. Biz dünyəviliyi davam etdiririk, bu isə İranın xoşuna gəlmir” - deyə PA rəsmisi əlavə edib.
    21.05.12 Məqaləni oxumaq
     
    “Təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir”
    “Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində paytaxtda gey-paradın keçirilməsi və başqa bəhanələrlə ölkəmizə qarşı təbliğat aparılır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    Bu məsələdə xüsusilə İranın aktivliyini qeyd edən Ə.Həsənov deyib ki, bununla bağlı İrana səfər edib və onlara izah edib ki, bizim dünyəvi quruluşumuza müdaxilə etməsinlər, necə ki, biz onların dini quruluşlarına müdaxilə etmirik. “Ancaq təəssüf ki, İranda Azərbaycanın əleyhinə bu təbliğat davam edir. Hər cümə namazından sonra soruşurlar ki, sizdə gey-parad, yoxsa “Eurovision” mahnı müsabiqəsi keçirilir. Mən bilmirəm ki, gey-parad məsələsi onlarda var, yoxsa yox, haradan ağıllarına düşüb” - deyə o əlavə edib.
    21.05.12 Məqaləni oxumaq
     
    “NATO Cənubi Qafqazdakı münaqişələrə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”
    “NATO Cənubi Qafqazda - həm Dağlıq Qarabağ, həm də Gürcüstan-Abxaziya münaqişəsinə fəal şəkildə müdaxilə etmək iradəsi nümayiş etdirmir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
    21.05.12 Məqaləni oxumaq
     
    Avropa Birliyi ilə Türkiyə danışıqları canlandırmaq istəyir
    Avropa komissiyası ilə Ankara Türkiyənin Avropa Birliyinə qoşulması cəhdlərilə bağlı birgə təşəbbüslə çıxış ediblər. “KƏLAMİNFO” TRT-yə istinadən xəbər verir ki, Türkiyə qanunvericiliyinin Avropa Birliyinin qanunvericiliyi və siyasi islahatlar tələbinə uyğunlaşdırılması üçün birgə işçi qrup yaratmaq qərara alınıb. Ankarada Avropa Komissiyası və Türkiyə hökumət nümayəndələrinin iclası da keçirilib. Türkiyənin Avropa Birliyinə qoşulmasıyla bağlı danışıqlar 7 il bundan əvvəl başlanıb. Son illər Kiprin statusu ətrafında fikir ayrılığı, habelə Fransa və Almaniyanın narazılığına görə proses ləngiyib.
    18.05.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
    “Azərbaycan həm Rusiyanın himayə etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), həm də NATO-ya daxil olmağa çalışmadığını göstərərək, balanslı gediş edərək Qoşulmama Hərəkatına üzv oldu”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat qeyd edib ki, hazırda Latın Amerikası ölkələrində, Pakistanda Ermənistanın işğalı, Xocalı soyqırımının tanınması prosesi gedir və bu digər yerlərdə də davam edəcək. “Bu baxımdan Azərbaycan bu məsələdə müəyyən dəstəyi Qoşulmama Hərəkatı çərçivəsində də səfərbər edə bilər. Ona görə də Azərbaycan bu hərəkatda iştirakda nəinki heç nə itirmir, əksinə, əlavə siyasi dəstək əldə edir. Bu baxımdan hesab edirəm bəzi qüvvələrin bizim bu hərəkata qoşulmamız barədə mənfi rəy formalaşdırması yersizdir”-deyə Z.Oruc vurğulayıb.
    17.05.12 Məqaləni oxumaq
     
    ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
    Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərində ATƏT PA-nın tədbiri çərçivəsində Belarus nümayəndə heyətinin rəhbəri Antonina Morova ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.

    Görüşdə ATƏT PA-nın gələcək tədbirlərində qarşılıqlı maraq doğuran məsələlərdə nümayəndə heyətləri arasında əməkdaşlığın vacibliyi qeyd olunub. Eyni zamanda Beynəlxalq katibliyin təşəbbüsü ilə B.Muradovanın ATƏT PA-nın Baş katibi Spenser Oliver, Baş katibin müavini Qustavo Pallares və Beynəlxalq katibliyin baş müşaviri Semyon Dzakayev ilə görüşü baş tutub.
    17.05.12 Məqaləni oxumaq
     
    Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
    Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova Gürcüstanın Batumi şəhərinə səfəri çərçivəsində İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, İsveçrə - Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristin Yeqerzeqi-Obristlə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.

    Görüşdə ötən ilki seçkilərdən sonra İsveçrə parlamentinin yeni dostluq qrupu ilə Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-İsveçrə qrupu arasında gələcəkdə əməkdaşlığın dərinləşməsi, ATƏT PA-dakı Azərbaycan və İsveçrə nümayəndə heyətlərinin qarşılıqlı dəstəyi məsələləri müzakirə olunub.
    17.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 57 58 59 60 61 62 63 64 65 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30