Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    İlham Əliyev Serbiyanın prezidentini təbrik edib
    Azərbaycan prezidenti İlham Əliyev Serbiyanın prezidenti Tomislav Nikoliçə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Hörmətli cənab Prezident, Serbiya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Əminəm ki, Azərbaycan-Serbiya dövlətlərarası münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Serbiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm" İlham Əliyev təbrik məktubunda deyib.
    24.05.12 Məqaləni oxumaq
     
    Elman Abdullayev: Səfirin geri çağırılması ilə bağlı təzadlı məqamlar var
    “İranın Azərbaycandakı səfirinin geri çağırılması məsləhətləşmələr xarakterli olduğu bildirilir. Bu barədə Azərbaycanın İrandakı səfirinə də məlumat verilib”. “KƏLAMİNFO”nun məlumatına görə, bu fikirləri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. O, həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı təzadlı məqamlar var. Çünki İranın bir çox dairələrində səfirin geri çağırılması nəyəsə reaksiya kimi dəyərləndirilir: “Bu da onu göstərir ki, İranda bu məsələ ilə bağlı fikir ayrılığı, təzadlı fikirlər mövcuddur. Bir çoxları Azərbaycanın inkişafı, buraya çoxlu sayda xarici qonaqların gəlməsini həzm edə bilmir. İranın özündən də kifayət qədər azərbaycanlı turistlər gəlib”. E.Abdullayev bildirib ki, Azərbaycana heç nəyi diktə etmək mümkün deyil və ölkəmiz müstəqil siyasət yürüdür: “Azərbaycan dünyaya açıq qapı siyasətini davam etdirəcək”.
    23.05.12 Məqaləni oxumaq
     
    Rumıniya-Azərbaycan diasporları arasında əlaqələrin möhkəmləndirilməsi müzakirə edilib
    Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının üzvləri ilə Dünya Rumıniya Assosiasiyaları Federasiyasının sədri Daniel Teku arasında görüş keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə iki ölkə diasporlarının fəaliyyəti, Rumıniya və Azərbaycan arasında olan sıx münasibətlər və xalqların dostluğu haqqında söhbət açılıb. Rumıniya-Azərbaycan Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev son dövrlərdə Azərbaycan diasporunun qazandığı təcrübə, əməkdaşlıq etdiyi qurumlar və xarici diaspor təşkilatları barədə məlumat verib. İ.Hacıyev Azərbaycan və Rumıniya diasporlarının yaxınlığı, bu diasporların birgə fəaliyyəti istiqamətləri üçün təklif olunan layihələrdən danışıb, bu əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.
    23.05.12 Məqaləni oxumaq
     
    Prezidentin Çikaqoya işgüzar səfəri başa çatıb
    Prezidenti İlham Əliyevin ABŞ-ın Çikaqo şəhərinə işgüzar səfəri başa çatıb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Çikaqonun “O Hare” Beynəlxalq Aeroportunda ABŞ-ın rəsmi şəxsləri yola salıblar. Azərbaycan Prezidentini Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.
    23.05.12 Məqaləni oxumaq
     
    Səməd Seyidov: “Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar”
    “AŞ PA-da ümumi hesabat yaz sessiyasında Avropa Şurası tərəfindən dəyişdirilib və Azərbaycanda siyasi məhbus məsələsi adı altında təqdim olunub”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. O qeyd edib ki, insan hüquqları ilə bağlı problem tək Azərbaycanda yox, qonşu ölkələrdə də mövcuddur. “Əgər insan hüquqları araşdırılırsa, tək Azərbaycanda yox, bütün ölkələrdə araşdırılmalıdır. Bir şəxsin mövqeyini əsas götürüb Azərbaycana qarşı kampaniya aparırlar” - deyə S.Seyidov vurğulayıb. Onun sözlərinə görə, Avropada bəzi media orqanları da buna əsasən Azərbaycana qarşı kampaniya aparır. “Azərbaycan öhdəliklərini yerinə yetirir. Ancaq Azərbaycanı hədəf kimi seçən hansısa insanları qəbul edə bilməz” - deyə o əlavə edib.
    22.05.12 Məqaləni oxumaq
     
    Bir sıra qanunlara dəyişikliklər qəbul olunub
    Milli Məclisin bu gün keçirilən iclasında “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişiklik müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, layihəni qanunvericilik təşəbbüsü ilə prezident göndərib. “Dəyişikliyə əsasən Konstitusiya Məhkəməsi hakimlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi halları müəyyənləşdirilir. Birincisi, Konstitusiya Məhkəməsi hakimləri yaşı 70-ə çatanda onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilə bilər. İkincisi, Konstitusiya Məhkəməsi hakimləri hakim şərəf və ləyaqətinə xələl gətirən hərəkətlərə yol verəndə” - deyə Ə.Hüseynli vurğulayıb.
    22.05.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Çikaqoda bir sıra rəsmi görüşlər keçirib
    ABŞ-ın Çikaqo şəhərində işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Monteneqronun Baş naziri İqor Lukşiç ilə görüşüb.

    “KƏLAMİNFO” xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.
    Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib.
    Prezident İlham Əliyev Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirilib və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
    22.05.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”
    “Bakı artıq “Eurovision 2012”-yə yüksək səviyyədə hazırdır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

    O qeyd edib ki, müsabiqənin keçirilməsi ilə bağlı Azərbaycanın bütün dövlət qurumları yüksək səviyyədə hazırlıq görüb. “Aidiyyəti qurumlar üzərinə düşən vəzifələrdə, istər nəqliyyat, istərsə də digər sahələrdə hazır vəziyyətdədirlər. Bir sözlə, bütün sahələr üzrə hazırlıq yüksək səviyyədədir. Bakı müsabiqəyə tam hazır vəziyyətdədir” - deyə o əlavə edib.
    22.05.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Fransa arasında əməkdaşlıq üzrə protokol imzalanıb
    Azərbaycan və Fransanın regionları arasında sosial, iqtisadi, mədəni əlaqələrin inkişafı məqsədilə tərkibinə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə, Göygöl, Balakən, Şəmkir şəhərlərinin İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Aqrar Universitetinin, Azərbaycan İnvestisiya və İxracatın Təşviqi Fondunun rəhbərliyinin, Azərbaycan Futbol Federasiyası Assosiasiyasının baş katibi Elxan Məmmədovun, Milli Məclisin deputatı, Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin və digər rəsmi şəxslərin daxil olduğu Azərbaycan nümayəndə heyəti Fransanın Burqundiya əyalətinin Yon bölgəsində səfərdədir. Səfər proqramı çərçivəsində sosial, iqtisadi, mədəni əlaqələrin inkişafını özündə ehtiva edən 4 sənəd imzalanıb. AFFA-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədovun və Gəncə Futbol Federasiyasının sədri Xanlar Fətiyevin iştirakı ilə «Kəpəz» və «Oser» klubları arasında Əməkdaşlıq üzrə Protokola imza atılıb.
    21.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat Fransada sosial problemlərin müzakirəsinə qatılacaq
    Bu gün Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü  Sevinc Fətəliyeva Fransaya gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər.
    Deputat AŞPA-nın Sosial işlər, sağlamlıq  və davamlı  inkişaf  komitəsinin Parisdə  keçiriləcək  iclasında iştirak edəcək. Tədbirdə uşaqlara qarşı zorakılıqla mübarizə, dünyada baş verən maliyyə böhranının nəticələri, sağlamlığın təminatı üçün bərabər imkanların yaradılması,  ətraf  mühitin mühafizəsi və digər  məsələlər  müzakirə  ediləcək. Səfər mayın 23-də başa çatacaq.
    21.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 56 57 58 59 60 61 62 63 64 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30