Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini və gündəlik duaları açıqladı
    Qafqaz Müsəlmanlar İdarəsi qarşıdan gələn Ramazan ayının təqvimini və gündəlik duaları açıqlayıb. “Azadinform” xəbər verir ki, hicri təqvimi ilə 1434-cü il Ramazan ayının ilk günü miladi tarixlə iyulun 10-a təsadüf edir. İyulun 9-u niyyət axşamıdır.  
    Qeyd edək ki, Ramazan ayı 30 gün olacaq. Ramazan – Fitrə bayramı miladi təqvimi ilə avqustun 9 və ya 10-nə düşür. Əhya gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.
    04.07.13 Məqaləni oxumaq
     
    Hərbi parad ordumuzun gücünün nümayişidir
    Silahlı Qüvvələrimizin 95 illiyi münasibətilə Bakının Azadlıq meydanında təntənəli hərbi parad keçirilib. Hərbi paradda Silahlı Qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik və birləşmələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulan başqa silahlı birləşmələrin 5 min nəfərlik şəxsi heyəti, 300-dək hərbi texnika və silah sistemləri, 100-dən çox döyüş təyyarəsi və vertolyot, 40-dək gəmi iştirak edib.
    29.06.13 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə İranın yeni seçilmiş Prezidenti Həsən Ruhanini təbrik edib
    Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Həsən Ruhanini təbrik edib. Təbrikdə deyilir: “Sizi İran İslam Respublikasının Prezidenti məqamına seçilməyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Zati-alilərinizə Uca Allahdan ən xoş arzularımı diləyirəm. Dost və qardaş İran xalqının böyük əksəriyyətinin etimadını qazanmağınız bizi də ürəkdən sevindirir. Belə ki, Sizi İran İslam İnqilabının rəhbəri İmam Xomeyninin yaxın silahdaşı və İran dövlətçiliyinin inkişafı üçün böyük işlər görmüş, maraq və mənafelərinin müdafiəsi işinə töhfələr vermiş görkəmli dövlət xadimi, dini dəyərlərimizin ardıcıl təəssübkeşi olaraq tanıyırıq. Sizin Azərbaycana səfərinizi məmnunluqla xatırlayır, cənabınızla qardaş görüşümüzü yüksək dəyərləndirirəm. 
    21.06.13 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi Səudiyyə Ərəbistanı Kralına təşəkkür edib
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Musəid ibn İbrahim əs-Süleymi qəbul edib. Şeyxülislam ona bu yeni işində uğurlar arzulayıb. Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin qədim tarixə malik olduğunu deyən Qafqaz Müsəlmanları İdarəsinin sədri ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib. Şeyxülislam Allahşükür Paşazadə İslamın müqəddəs məkanlarına ziyarətlər zamanı Azərbaycanlı zəvvarlara yaradılan şəraitə görə Krallığın rəhbərliyinə minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.
    14.06.13 Məqaləni oxumaq
     
    Elşad İskəndərov: Azərbaycanda hicaba heç bir qadağa yoxdur
    Orta məktəblərdə hicab məsələsi ilə bağlı istər uyğun formulun tapılması, istərsə də bu sahədə aparılan maarifləndirmə işləri qız övladlarımızın müasir təhsildən kənarda qalmamasına yönəlib. Trend-in məlumatına görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar bır sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib. E.İskəndərov qeyd edib ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur. Orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi isə dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: "Dövlət məktəbi uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını da qoruyur. Hər uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda, az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır".
    14.06.13 Məqaləni oxumaq
     
    Gürcürstan QMİ-nin səlahiyyət dairəsindən çıxarılıb
    Gürcüstan artıq rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyət dairəsindən çıxarılıb. APA-nın məlumatına görə, bu barədə QMİ-nin saytında yerləşdirilmiş məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, QMİ-nin səlahiyyət dairəsi Azərbaycan, Dağıstan, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz, Kabarda-Balkar, Adıgey və Şimali Osetiya-Alaniyanı əhatə edir.
    08.06.13 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi daha bir ölkədə QMİ-nin nümayəndəliyini açır
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) daha bir ölkədə nümayəndəliyi açılır. QMİ-dən APA-ya verilən məlumata görə, yaxın günlərdə Ukraynada açılacaq nümayəndəlik bütöv bir regionu əhatə edəcək və bu coğrafiyada yaşayan müsəlmanların birləşməsinə xidmət edəcək. Ukraynanın Xarkov şəhərində yerləşəcək nümayəndəliyin açılması üzərində hazırda iş gedir və yaxın zamanlarda QMİ bunu rəsmən elan edəcək.
    Qeyd edək ki, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin 2009-cu ildə təsis olunmuş MDB Müsəlmanları Məşvərət Şurasının sədri vəzifəsinə seçilməsi QMİ rəhbərinin eyni zamanda postsovet məkanı müsəlmanlarının təmsilçisi qismində çıxış etməsini təmin edir. Bu isə ona daha çox ərazilərə nüfuz etməsinə imkan verir.
    07.06.13 Məqaləni oxumaq
     
    Prezident “İmamzadə” kompleksinin bərpasına 4 milyon manat ayırdı
    Prezident Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksinin bərpasının tamamlanması ilə əlaqədar əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.  Sənəddə deyilir: 1. Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən “İmamzadə” kompleksinin bərpası ilə əlaqədar işləri tamamlamaq məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılsın.
    06.06.13 Məqaləni oxumaq
     
    Elşad İskəndərovun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsindən 1 il ötür

    Elşad İskəndərovun Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə rəhbər təyin edilməsindən 1 il ötür. Bir il ərzində Dövlət Komitəsinin fəaliyyətində bir sıra yeniliklər baş verib. Bu istər kadr siyasətində, istərsə də dini icmalarla işdə özünü göstərdi. Həmçinin Prezident İlham Əliyevin bu təyinatında müəyyən gözləntilər də var idi. bu gözləntilər özünü doğrultdu. Bəs ictimaiyyət təmsilçiləri Elşad İskəndərovun bu vəzifədə fəaliyyətini necə dəyərləndirərdiniz? 
    Modern.az bu mövzuda sorğu keçirib.

    03.06.13 Məqaləni oxumaq
     
    Fuad Muradov: “Milli ayrı seçkilik cəhdləri heç kimə baş ucalığı gətirmir”
    “Dünyada müşahidə olunan  ksenofobiya cəhdləri heç kimə baş ucalığı gətirmir. İnterqasiyanın vüsət aldığı qloballaşma dövründə bu cəhdlər çox bəsit səbəblərdir”.  Bu sözləri Bakıda keçirilən Mədəniyyətlərarası dialoq üzrə II Beynəlxalq Forum çərçivəsində BMT-nin “Sivilizasiyalararası Alyans” Təşkilatı tərəfindən “Vətəndaş cəmiyyətlərinin gücləndirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə çıxış edən Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov bildirib. 
    Dünyada mədəni müxtəlifliyə toxunan deputat bunun mühüm olduğunu vurğulayıb və vətəndaş cəmiyyəti təşkilatlarının bu dəyərlərin təbliğində rolunun vacib olduğunu deyib.
     Azərbaycanın mədəniyyətlərarası  inteqrasiya prosesinə böyük töhfələr verdiyini  vurğulayan F.Muradovun  sözlərinə görə, ötən il Bakıda 25 ölkənin iştirakı ilə yaradılmış “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı müxtəlif mədəniyyətlərə malik gəncləri bir araya gətirib. “Rəhbərlik etdiyim gənclər təşkilatı bu mühüm missiyanı üzərinə götürərək tarixi “İpək yolu” üzərində yerləşmiş 27 ölkədə davam etdirir. 
    31.05.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 2 3 4 5 6 7 8 9 10 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30