Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  55 56 57 58 59 60 61 62 63  #
    Oqtay Əsədov: “Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”
    Azərbaycan Milli Məclisi Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etirazını bildirib. “Belə bir təcili qətnamənin qəbul edilməsinin qərəzli olması ilə bağlı Avropa Parlamentinin rəhbərliyinə məktub ünvanlanıb. Bir il öncə Avropa Parlamentinin yaratdığı AVRONEST-in əsas məqsədlərindən biri də odur ki, üzv ölkələrdə olan məsələlər müzakirə edilsin. Azərbaycana qarşı qəbul olunan qərarın əsas səbəbi Azərbaycanın inkişafı və ona qarşı olan qısqanclıqdır. Bütün müşahidəçilərin rəyi ilə Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın inkişafı bəzi qüvvələrdə çox böyük narahatlıq yaradıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.
    Spiker bildirib ki, bu qərar erməni lobbisinin təsiri altına düşmüş bəzi qüvvələr tərəfindən qəbul olunub: “Bir sıra təşkilatlar anti-Azərbaycan kampaniyasına başlayıb, lakin Azərbaycanı öz dövlət quruculuğu yolundan heç kim döndərə bilməz”.
    29.05.12 Məqaləni oxumaq
     
    Zakir Qaralov Ukraynanın baş prokuroruna müraciət edib
    Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukraynanın baş prokuroru Viktor Pşonkaya müraciət edib. Baş Prokurorluqdan “KƏLAMİNFO”ya verilən məlumata görə, müraciət "Ukrayna Azərbaycanlıları Konqresi"nin Donetsk vilayəti ictimai təşkilatının sədri İqbal Mahmudovun 9 may 2012-ci il tarixdə Makeyevka kəndində qətlə yetirilməsi ilə əlaqədar olub. Müraciətdə cinayətin ictimai yerdə, insanların gözü qarşısında törədilməsi, habelə cinayətkarın hadisə yerindən qaçması və hazırkı vaxtadək saxlanılmamasının respublikada ictimai əks-səda yaratmasının narahatçılıq doğurması qeyd olunmaqla Ukrayna hüquq-mühafizə orqanlarının yüksək peşəkarlıq göstərərək cinayətin qısa müddətdə açılması istiqamətində zəruri tədbirlər görəcəyinə əminlik ifadə olunub.
    26.05.12 Məqaləni oxumaq
     
    Abdulla Gül: “Yaxşı lider hərdən riskə də getməlidir”
    Türkiyə prezidenti Abdulla Gül Stenford universitetinin tələbələri qarşısında çıxışında Ermənistana səfərinə toxunub. «KƏLAMİNFO» «Armenpress»ə istinadən xəbər verir ki, Gül bildirib ki, yaxşı lider hərdən riskə də getməlidir və buna misal kimi Serj Sarksiyanın dəvəti ilə Ermənistana səfərini və futbol oyununa baxmasını göstərib. «Son 20 ildə bizim demək olar ki, Ermənistanla diplomatik münasibətlərimiz mövcud olmayıb. Ümumi tarixlə bağlı fikir ayrılıqları olan qonşu xalqların rəhbərləri üçün bu görüşün əhəmiyyətini qiymət vermək çox çətindir. Daxili plan siyasəti baxımından bu, riskli addım ola bilərdi. Bu, xarici siyasət məsələlərində də mübahisələr doğura bilərdi. Türkiyə prezidentinin Yerevana səfərinin məqsədi iki xalq arasında münasibətləri yaxşılaşdırmaq olub. Mənim hələ ki, buna ümidim var. Bizim səfər mübadiləsi erməni-türk münasibətlərinin normallaşmasına yönəlmiş simvol oldu. Bu, riskli addım olsa idi belə, düzgün addım idi» - deyə Gül vurğulayıb.
    25.05.12 Məqaləni oxumaq
     
    “Məqsəd toqquşma yaradıb xarici efirlərə çıxmaqdır”
    “İctimai Palata deyilən bir qrup müxalifət ancaq cəhd edir ki, qanunsuz aksiyalar keçirsin, toqquşmalar olsun və bununla beynəlxalq təşkilatların diqqətini cəlb eləsinlər. Hətta ümumxalq prinsipləri üçün vacib olan “Eurovision” ərəfəsində belə bu metoddan istifadə edib beynəlxalq aləmi hakimiyyətin üstünə salmaq istəyirlər. Məncə, bu cür planlar dünyanın heç bir yerində mövcud deyil ki, bu da Azərbaycan müxalifətində mövcuddur”.
    25.05.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Bolqarıstandakı səfirliyi rəsmi qəbul təşkil edib
    Mayın 23-də “28 may - Respublika günü” münasibəti ilə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Sofiyanm ən nüfuzlu “Şeraton” mehmanxanasında rəsmi qəbul təşkil edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya səfirlikdən veriblər. Tədbirdə 300 nəfər qonaq iştirak edib. İştirak edən qonaqlar arasında Bolqarıstan Prezident Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin, Xalq Məclisinin məsul işçiləri, Azərbaycan-Bolqarıstan Parlamentlərarası dostluq qrupunun üzvləri, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış iş adamları, icra hakimiyyəti və yerli özünü idarə orqanlarının rəhbərləri, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, professor və müəllim heyətləri, ziyalılar, Bolqarıstanda akkreditə olunan diplomatik korpusun və beynəlxalq təşkilatların rəhbərləri, həmvətənlilərimiz, Bolqarıstanda təhsil alan tələbələrimiz, bolqar və türk cəmiyyətlərinin üzvləri və s. şəxslər olublar.
    25.05.12 Məqaləni oxumaq
     
    Prezident üç əkiz uşağın doğulduğu ailəyə mənzil verib
    Sabirabad şəhər sakinləri Əliyev Elşən Tağı oğlu və Əliyeva Səmayə Zəka qızının ailəsində 3 əkiz uşaq dünyaya gəlib.

    Bu münasibətlə və evsiz olması səbəbindən kirayədə yaşadığı nəzərə alınaraq, həmin ailəyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən Sabirabad şəhəri, Heydər Əliyev prospekti, bina 15, mənzil 6 ünvanında yerləşən, müasir tələblərə uyğun yaşayış şəraiti olan 3 otaqlı mənzil, eləcə də zəruri məişət avadanlıqları hədiyyə edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nazir Fizuli Ələkbərov Sabirabad şəhərinə gələrək, yeni mənzili, habelə zəruri məişət avadanlıqlarını gənc ailəyə təqdim edib.   
    Nazir bildirib ki, bu ailə ünvanlı dövlət sosial yardımı ilə də təmin olunur: “Bundan sonra da bu əkiz uşaqlar daim qayğı əhatəsində olacaq, onların sağlam və firavan böyüməsi üçün bütün lazımi işlər görüləcək”. 
    25.05.12 Məqaləni oxumaq
     
    Prezident Bakı Funikulyorunun əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib
    Bu gün Bakı Funikulyoru əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.

    Bakı Funikulyoru müxtəlif vaxtlarda bir neçə dəfə təmir edilib. Prezident İlham Əliyevin göstərişinə əsasən ötən il Bakı Funikulyorunun əsaslı şəkildə təmiri və yenidən qurulması işlərinə başlanılıb. Funikulyorun yeni layihəsi ən müasir standartlar əsasında işlənib hazırlanıb. Təmir və yenidənqurma işləri yüksək keyfiyyətlə həyata keçirilib.
    Dövlət başçısı Bakı Funikulyorunun açılışını bildirən lenti kəsib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Funikulyorunun əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə yaxından tanış olublar.
    Görülən işlərlə bağlı dövlət başçısına məlumat verilib. Funikulyor mayın 29-dək paytaxt sakinlərinə və şəhərimizin qonaqlarına pulsuz xidmət göstərəcək.
    25.05.12 Məqaləni oxumaq
     
    Prezident Albaniya prezidenti Bamir Topiyə başsağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev Albaniya Respublikasının prezidenti Bamir topiyə başsağlığı verib. ‘KƏLAMİNFO” xəbər verir ki, başsağlığından deyilir: "Ölkənizdə baş vermiş ağır avtomobil qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Albaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".
    24.05.12 Məqaləni oxumaq
     
    Səməd Seyidov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb
    Bu gün ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov İsveçrənin Azərbaycandakı səfiri Sabin Ulman Şaban ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya ADU-nun  mətbuat xidmətindən veriblər.
    Görüşdə Avropa Şurası-Azərbaycan əlaqələri müzakirə olunub, Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı, həmçinin beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ADU ilə İsveçrə universitetləri arasında əlaqələrin qurulması, gələcək əməkdaşlığın inkişaf perspektivləri haqqında müzakirələr aparılıb. Əlaqələrin qurulması və genişləndirilməsi sahəsində görülən işlərin Azərbaycanın ali təhsil müəssisələrinin Avropaya inteqrasiyasında və ölkəmizin ali təhsil sisteminin dünyaya çıxmasında öz töhfəsini verəcəyinə inam ifadə olunub.
    Tərəflər gələcək əməkdaşlıq perspektivləri haqda da fikir mübadiləsi aparıblar.
    24.05.12 Məqaləni oxumaq
     
    Prezident İtaliyalı həmkarına başsağlığı verib
    Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın prezidenti Ciorcio Napolitanoya başsağlığı verib. “KƏLAMİNFO” xəbər verir ki, başsağlığında deyilir: "Hörmətli cənab Prezident, Ölkənizin şimalında baş vermiş zəlzələnin doğurduğu insan tələfatı və ciddi dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram" İlham Əliyev başsağlığı məktubunda deyib.
    24.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  55 56 57 58 59 60 61 62 63  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30