Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
    Avropa Birliyinin prezidenti Herman van Rompey Azərbaycana gəlir
    Avropa Birliyinin (AB) prezidenti Herman van Rompey iyulun 5-də Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rolan Kobia bildirib. R.Kobia deyib ki, səfər zamanı AB prezidenti Azərbaycanda bir sıra məsələlər, o cümlədən Azərbaycanla qurum arasında əlaqələr, Dağlıq Qarabağ münaqişənin həlli barədə müzakirələr aparacaq.
    01.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanda sahə inzibati ərazi dairələri yaradılır
    Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, iclasda “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub. Layihə barədə komitə sədri Arif Rəhimzadə məlumat verib. Qanuna təklif olunan əlavələrə əsasən sahə inzibati ərazi dairəsi – rayon bölgüsü olmayan şəhər inzibati ərazi vahidinin inzibati mərkəzi olan ərazi vahidinin ərazisində və şəhər rayonu inzibati ərazi vahidinin ərazisinin inzibati ərazi dairəsi ilə əhatə olunmayan hissəsində yerli dövlət hakimiyyəti orqanlarının yaradıldığı ərazidir.
    01.06.12 Məqaləni oxumaq
     
    Prezident Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib
    Prezident İlham Əliyev Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Konstantin Kosaçov Rusiya prezidenti Vladimir Putinin və baş nazir Dmitri Medvedevin salamlarını dövlət başçısına çatdırıb, Respublika Günü münasibətilə prezident İlham Əliyevi təbrik edib. O, bu yaxınlarda Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimdə iştirakını məmnunluqla xatırlayıb. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Konstantin Kosaçov humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun önəmini qeyd edib.
    01.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov məşhur alman jurnalisti Stefan Austa müsahibə verib
    Xarici işlər naziri Elmar Məmmədyarov məşhur alman jurnalisti Stefan Austa müsahibə verib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, müsahibə XİN-in “Youtube” kanalında yerləşdirilib. Müsahibəyə XİN-in “Youtube” kanalına daxil olmaqla baxmaq olar.
    31.05.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Müxalifət hələ də hesab edir ki, Qərbdən kimsə onları hakimiyyətə gətirəcək”
    “Anti-Azərbaycan platformasında birləşən müxalifət hələ də hesab edir ki Qərbdən kimsə onları hakimiyyətə gətirəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, Azərbaycanda yalnız xalqın iradəsinə cavab verənlər hakimiyyətdə ola bilər və mövcud hakimiyyət də buna qadirdir. “Lakin müxalifət bundan kənardır. Öz xalqı qarşısında hesabat verməyən insanlar hakimiyyətə gəlmək istəyirlər” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi deyir ki, xalqın etimadına söykənməyən heç bir qurum möhkəm ola bilməz. “Müxalifət isə heç vaxt xalqın etimadını qazanmayıb. Onlar heç bir xarici təşkilat qarşısında Dağlıq Qarabağ problemini, qaçqın-köçkün problemini qaldırmadılar. Onlar yalnız çığır-bağırla məşğuldurlar. Hansı müxalifət yürüş zamanı xarici jurnalist görən kimi özünü yerə ataraq çığırıb? Amma bizdəki müxalifətin təşkil etdiyi yürüşündə məhz belə oldu” - deyə o əlavə edib.
    31.05.12 Məqaləni oxumaq
     
    “Bəzi QHT-lər Azərbaycanı hansısa geridə qalmış Afrika ölkəsi hesab edirlər”
    “Bəzi yerli və beynəlxalq QHT-lər Azərbaycanı hansısa geridə qalmış Afrika ölkəsi hesab edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib. O qeyd edib ki, bu fikirdə olan QHT-lər arasında xüsusən beynəlxalq QHT-lər – Amnesty International, Human Rights Watchs və Norveç İnsan Haqları Təşkilatı Azərbaycanı sanki hansısa geridə qalmış ucqar bir Afrika ölkəsi hesab edir. “Onlar düşünür ki Azərbaycan KİV-ləri, QHT-ləri onların qulluqlarında durmalıdırlar. Lakin bilmirlər ki, Azərbaycan xalqı hələ Avropa dövlətlərinin çoxundan qabaq demokratik dövlət qurub, qadınlara səsvermə hüququ verilib” - deyə o əlavə edib.
    31.05.12 Məqaləni oxumaq
     
    Prezident Qətər Əmirinə başsağlığı verib
    Azərbaycan Prezidenti İlham Əliyev Qətər dövlətinin Əmiri Əlahəzrət şeyx Həməd bin Xəlifə Al Taniyə başsağlığı məktubu ünvanlayıb.

    “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: "Əlahəzrət, Doha şəhərindəki ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın, xüsusən də uşaqların həlak olması xəbəri məni olduqca sarsıtdı. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Qətər xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
    30.05.12 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə Astanada dini liderlərin qurultayında iştirak edəcək
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Qazaxıstana səfərə yola düşüb. QMİ-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə,  səfərdə əsas məqsəd 30-31 may tarixlərində Astanada keçiriləcək Dünya dinləri və ənənəvi dinlərin liderlərinin IV qurultayında iştirak etməkdir.

    Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə hər üç ildən bir keçirilmə ənənəsi qoyulmuş bu qurultayların əvvəlkilərinin də iştirakçısı olmuş QMİ sədri Şeyxülislam A.Paşazadəyə növbəti qurultayda iştirak üçün dəvət məktubunu Qazaxıstan parlamenti sədrinin xüsusi nümayəndəsi şəxsən təqdim edib.
    30.05.12 Məqaləni oxumaq
     
    Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub
    Gürcüstan-Azərbaycan sərhədinin 66 faizi delimitasiya olunub. «KƏLAMİNFO» «Qruziya-onlayn»a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin müavini Nino Kalandadze bildirib. O ki qaldı David Qareci məbədinə, onun sözlərinə görə, hazırkı mərhələdə konkret hansısa bir bəyanat vermək tələsiklik ola bilər: «Sərhədlərin 66 faizi delimitasiya olunub». Yerdə qalan hissə ilə bağlı diskussiyalar aparılır. Bəlli olduğu kimi, prezidentlər arasında telefon danışığı olub, eləcə də iki ölkənin xarici işlər idarələri arasında əlavə məsləhətləşmələr aparılıb» - deyə nazir müavini vurğulayıb. O, ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə sərhədlərin qurulması üzrə komissiyanın iclası keçiriləcək və bu, əlavə məsələlər üzrə müzakirələri yeniləməyə imkan verəcək. «Lakin hansısa bir qərar barədə danışmaq tələskənlik olardı. Hansısa bir konkretlik yaranarsa, ictimaiyyət bundan məlumatlandırılacaq» - deyə Kalandadze bildirib.
    29.05.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə Avropa Parlamentinin qətnaməsinə etiraz sənədi hazırlanır
    Milli Məclisdə Avropa Parlamentinin Azərbaycanda insan hüquqları və demokratiya ilə bağlı imzaladığı qətnaməyə etiraz sənədi hazırlanır.
    “KƏLAMİNFO” xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, sənədin hazırlanması üçün Bahar Muradovanın rəhbərliyi ilə yaradılan komissiyaya Rəbiyyət Aslanova, Azay Quliyev, Sahibə Qafarova, Fəzail İbrahimli, Fərəc Quliyev daxildir.
    29.05.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 54 55 56 57 58 59 60 61 62 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30