Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  52 53 54 55 56 57 58 59 60  #
    Kayrat Mami: Azərbaycanla Qazaxıstan əsas tərəfdaş ölkələrdir
    Azərbaycanla Qazaxıstan Xəzər regionunda əsas tərəfdaş ölkələrdir. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri jurnalistlərə Qazaxıstan parlamenti yuxarı palatasının – Senatının sədri Kayrat Mami bildirib. İki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran K.Mami bildirib ki, hər iki dövlət rəsmilərinin qarşılqlı səfərləri əlaqələrin inkişafında əsas rol oynayır. Əlaqlərin inkişafında parlamentlərararsı münasibətlərin də rolundan danışan K.Mami əlavə edib ki, hər iki ölkənin parlamentləri əlaqələrin genişləndirilməsi üçün qanunlar qəbul etməli və ya mövcud qanunları təkmilləşdirməlidir. Bununla da münasibətlərə yeni uğurlara nail olunmalıdır.
    08.06.12 Məqaləni oxumaq
     
    Prezident Hillari Klintonu qəbul edib
    Prezident İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, ABŞ dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlət başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirib. Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirib.
    08.06.12 Məqaləni oxumaq
     
    Prezident Niderlandın Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfirini qəbul edib
    Prezident İlham Əliyev Niderlandın Xarici İşlər Nazirliyinin Xəzər regionunun enerji məsələlərinə dair xüsusi tapşırıqlar üzrə səfiri Rene van der Lindeni qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayıb. Niderland şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyətinə toxunan prezident İlham Əliyev bu əməkdaşlığı daha da genişləndirməyin önəmini qeyd edib. Səfir Rene van der Linden ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafını yüksək qiymətləndirib. Əlaqələrimizin genişləndirilməsində qarşılıqlı işgüzar səfərlərin əhəmiyyətini qeyd edən niderlandlı qonaq Bakıda keçirilən XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransında ölkəsinin geniş şəkildə təmsil olunduğunu məmnunluqla vurğulayıb.
    07.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov sabah Trabzona işgüzar səfər edəcək
    Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli məsləhətləşmələrində iştirak etmək məqsədi ilə sabah Türkiyənin Trabzon şəhərinə işgüzar səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
    07.06.12 Məqaləni oxumaq
     
    Qazaxıstan Senatının sədrinin Azərbaycana səfəri başlayıb
    Qazaxıstan parlamenti yuxarı palatasının – Senatının sədri Kayrat Maminin Azərbaycana səfəri başlayıb. “KƏLAMİNFO”nun məlumatına görə, K.Mami jurnalistlərə bildirib ki, səfərinin məqsədi iki ölkə arasında əlaqələrin daha da inkişafı və parlamaentlərarası əlaqələrin möhkəmlənməsi ilə bağlıdır. O, Milli Məclisin spikeri Oqtay Əsədovun dəvəti ilə Azərbaycana səfərə gəldiyini xatırladıb. K.Maminin səfər çərçivəsində O.Əsədov və digər rəsmilərlə görüşü planlaşdırlır.
    07.06.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədrini qəbul edib
    Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstan-Azərbaycan Parlamentlərarası dostluq qrupunun sədri Marton Dyöndöşinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, E.Məmmədyarov iki ölkə arasında münasibətlərin siyasi nöqteyi-nəzərdən yüksək səviyyədə olduğunu bildirib və bu səfərin parlament diplomatiyasının daha da inkişafına təkan verəcəyini diqqətə çatdırıb. Azərbaycanla Macarıstan arasında strateji və enerji tərəfdaşlığı üçün bütün imkanların mövcud olduğunu bildirən nazir bu imkanlardan maksimum dərəcədə istifadə edilməsinin vacibliyini vurğulayıb. Bununla yanaşı, E.Məmmədyarov macar parlamentarilərinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin son durumu barədə məlumat verib.
    07.06.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Məqsədimiz iqtisadiyyatın şaxələndirilməsidir və biz buna nail olmuşuq”
    “Azərbaycanda son 8 ildə iqtisadiyyat 3 dəfə artıb”. “KƏLAMİNFO” xəbət verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən XIX beynəlxalq neft-qaz sərgisinin açılışında bildirib.

    Prezident həmçinin deyib ki, son 8 ildə yoxsulluq 5 dəfə azalıb. “Əminəm ki, tezliklə Azərbaycanda yoxsulluq tamamilə aradan qalxacaq” - deyə prezident vurğulayıb. Onun sözlərinə görə, təkcə qeyri-neft sektorunda son 8 ildə 1 milyon iş yeri açılıb. İqtisadiyyatın artımında neft sektorunun payına da toxunan prezident deyib ki, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalandıqdan sonra keçən müddətdə Azərbaycanda neft-qaz sahəsinə 50 milyard dollar həcmində sərmayə qoyulub. “Ümumilikdə isə Azərbaycan iqtisadiyyatına 120 milyard dollar həcmində investisiya yatırılıb.
    06.06.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb
    Müdafiə Nazirliyi cəbhədə şəhid olan əsgərlərin adlarını açıqlayıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, şəhid olan əsgərlərimiz bunlardır: Əliyev Amil Novruz oğlu (1988, Neftçala ), Əzizov Xalid Mətləb oğlu (1993, Şəki), Bağırov Vahid İntiqam oğlu (1993, Ağsu), Ataşlı Zülfüqar Vəli oğlu (1993, Cəlilabad), İsmayılov Elçin Əlövsət oğlu (1993, Yevlax).

    Qeyd edək ki, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib.
    Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.
    06.06.12 Məqaləni oxumaq
     
    Prezident: “Neft ehtiyatlarımız 50, qaz ehtiyatlarımız isə 100 ildən çox istifadə oluna bilər”
    “Bizim neft ehtiyatlarımız 50 ildən çox, qaz ehtiyatlarımız isə 100 ildən çox hələ bizə xidmət edəcək”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda açılışı olan XIX beynəlxalq neft-qaz sərgisində bildirib.
    Neft-qaz siyasətinin Azərbaycan üçün məqsəd yox, vasitə olduğunu deyən ölkə başçısı qeyd edib ki, hazırda Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. “Azərbaycanın böyük qaz ehtiyatları var və bu ehtiyatlar bundan sonra hələ 100 il istifadə oluna bilər.
    05.06.12 Məqaləni oxumaq
     
    Obama təbrik məktubu göndərib
    ABŞ Prezidenti Barak Obama Bakıda keçirilən XIX beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası-2012” sərgisi iştirakçılarına və Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. “KƏLAMİNFO” xəbər verir ki, məktubu sərginin bugünkü açılışında ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq oxuyub.
    Məktubda Barak Obama bildirir ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. ABŞ Prezidenti məktubunda Azərbaycan ilə ABŞ-ın diplomatik münasibətlərinin qurulmasının 20 illiyini vurğulayıb, ötən illər ərzində Azərbaycanın bu münasibətlərdə vacib rol oynadığını bildirib.
    05.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  52 53 54 55 56 57 58 59 60  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30