Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Əli Əhmədov Yaponiya səfirini qəbul edib
    Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şusuke Vatanabeni partiyanın mənzil qərargahında qəbul edib.YAP-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin 20 illiyindən, bu illər ərzində iki ölkə arasındakı əməkdaşlıq istiqamətləri və onların uğurlu nəticələri haqqında danışılıb. Səfir qeyd edib ki, iki ölkə arasındakı mövcud münasibətləri daha da inkişaf etdirmək və qarşılıqlı əməkdaşlığı intensivləşdirmək üçün əlindən gələni əsirgəməyəcək. Daha sonra görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər haqqında fikir mübadiləsi aparıblar.
    14.06.12 Məqaləni oxumaq
     
    “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər qəbul edilib
    Milli Məclisin bu gün keçirilən iclasında “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. “KƏLAMİNFO” xəbər verir ki, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Müzakirələr zamanı deputat Aqil Abbas bildirib ki, qeyd olunan dəyişikliklərin müzakirəsi gözlənilən “Diffamasiya haqqında” qanunla tərs mütənasiblik təşkil edəcək. “Mən dəyişikliklərin əleyhinə deyiləm, amma bunun “Diffamasiya haqqnda” qanunla uyğunluğu necə olacaq?” - deyə o əlavə edib.
    13.06.12 Məqaləni oxumaq
     
    TÜRKPA-nın III plenar sessiyasının proqramı təsdiqlənib
    Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Qırğızıstanın Bişkek şəhərində 14-15 iyunda keçiriləcək III plenar sessiyasının proqramı təsdiq olunub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. İyunun 14-də baş tutacaq Assambleya Şurasının III iclasında dörd daimi komissiyanın katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcək. İyunun 15-də keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasında isə üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son bir illik fəaliyyətinin təqdimatı olacaq, bundan başqa, Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələlər, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Həmçinin iclasda komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaq.
    13.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı ekspertlər Avropa Birliyi Regional Komitəsinin illik iclasında iştirak ediblər
    Brusseldə Avropa Birliyinin Regional Komitəsində “Şərq Tərəfdaşlığı”nın yerli və regional hakimiyyətlərinin illik konfransı (CORLEAP) keçirilib. Tədbirdə iştirak edən Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansının (BİNA) eksperti Samir Əliyevin “KƏLAMİNFO”ya verdiyi məlumata görə, konfransda Avropa Birliyinin rəsmiləri, o cümlədən tərəfdaş ölkələrin dövlət rəsmiləri, diplomatları və vətəndaş cəmiyyəti nümayəndələri iştirak edib. Görüşün məqsədi Şərq Tərəfdaşlığı (ŞT) siyasətinin genişləndirilməsi, CORLEAP gələcək fəaliyyətini və tərəfdaş ölkələrin milli səviyyələrində ŞT siyasətinin tətbiqi olub.
    12.06.12 Məqaləni oxumaq
     
    Əfqanıstan Azərbaycanın dövlət qulluğu təcrübəsini öyrənir
    Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Əfqanıstan İslam Respublikasının İnzibati İslahatlar Katibliyinin baş direktoru Sayed Zabiullah Savayzininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. DQMK-nin mətbuat katibliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibində Əfqanıstan Dövlət İdarəçiliyi İslahatlarının direktoru Əhməd Məsud Toxi, Əyalət üzrə əlaqələndirici Favad Karmand, Əməliyyatlar üzrə direktor Ansarullah Foşanji, Media əlaqələri və kommunikasiya üzrə direktor Əzizullah Ariafar, Yerli təlimlər üzrə direktor Qulam Faroq Qani, Aparat rəhbəri Mamun Rəşid və məsləhətçi Xeyrulla Tac olub.
    12.06.12 Məqaləni oxumaq
     
    ATƏT sədri: “Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll edilə bilməz”
    ATƏT Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə yardım edə bilər, lakin tərəflərin yerinə həll və yaxud onları buna məcbur edə bilməz. “KƏLAMİNFO” “News.am”a istinadən xəbər verir ki, bu sözləri ATƏT-in hazırkı sədri Eymon Qilmor Yerevanda keçirdiyi mətbuat konfransında bildirib. O bildirib ki, erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edib. Onun sözlərinə görə, Yerevanda və sonra Bakıda keçirəcəyi görüşdə onun bir çağırışı olacaq - tərəflər qoşunların təmas xətində bir daha son insidentlərin təkrarlanmasına yol verməsinlər: “Mən tərəfləri güc tətbiq etmək və hədələyici bəyanatlar verməkdən, cavab addımları atmaqdan çəkindirməyə çağırıram. Dağlıq Qarabağ münaqişəsi güc yolu ilə həll edilə bilməz. Sülh yolu ilə həll variantı üçün tərəflərə iradə və bağlılıq gərəkdir. ATƏT körpülərin qurulmasına kömək edə və dialoq üçün meydança ola bilər. Lakin tərəflərə zor gücü ilə qərar qəbul etməyə məcbur edə bilməz”. O bildirib ki, regionda insanlar kövrək status-kvo şəraitində yox, sülh və sabitlik şəraitində yaşamağa layiqdirlər.
    12.06.12 Məqaləni oxumaq
     
    Argentina Deputatlar Palatasındakı Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib
    Argentina Milli Konqresinin Deputatlar Palatasında fəaliyyət göstərən Azərbaycanla Dostluq Qrupunun yeni tərkibi təsdiq edilib. XİN-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, dostluq qrupunun sədri vəzifəsində “ Peronsita” siyasi blokunun deputatı Roberto Mario Mouilleron, sədr müavini vəzifəsində isə “Movimiento de Neuqen” siyasi blokunun prezidenti deputat Alicia Comelli yenidən təsdiq olunub və “Justicialista La Pampa” siyasi blokun deputatı Cristina Regazzoli dostluq qrupunun yeni katibi seçilib.
    12.06.12 Məqaləni oxumaq
     
    Elxan Süleymanov: Avropanın səmimiliyinə Azərbaycanın inamı azalıb
    Avronest PA-da Azərbaycan nümayəndə heyətinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov Avropanın tanınmış müstəqil siyasət jurnalı “Europe’s World”ə müsahibə verib. “KƏLAMİNFO” xəbər verir ki, millət vəkili müsahibədə Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti, ötən ay Bakıda keçirilən Avronest Parlament Assambleyası sessiyasının işi, nativ enerji mənbəyi kimi ölkəmizin rolu, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktına Avropa ölkələrinin biganə münasibətindən danışıb. E.Süleymanov Avronest PA-nın Avropa İttifaqı sərhədlərindən kənarda ilk iclasının Bakıda keçirilməsini təsadüfi hesab etmədiyini bildirib, məkanın seçilməsinə Azərbaycan iqtisadiyyatının sürətli inkişafının təsir göstərdiyini qeyd edib. E.Süleymanov, həmçinin Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu və hazırda BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzv kimi fəaliyyət göstərdiyini söyləyib. O, Azərbaycanın Avropa dəyərlərini bölüşən, etnik zənginliyə sahib, dini tolerantlığın hökm sürdüyü siyasi cəhətdən sabit ölkə olduğunu vurğulayıb. Millət vəkili Azərbaycanın Aİ-nin enerji təhlükəsizliyi məsələsində önəmli rol oynaya biləcəyinə diqqət çəkərək, ölkəmizin zəngin neft və qaz ehtiyatları və strateji mövqeyi ilə Avropa üçün həm nativ enerji təchizatçısı, həm də tranzit ölkəsi olduğunu bildirib.
    12.06.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “İranın “Səhər” telekanalına adekvat telekanal açmalıyıq”
    “Əgər BMT Təhlükəsizlik Şurasının İrana qarşı hansısa müvafiq qətnaməsi səsverməyə çıxarılarsa, Azərbaycan Qərbin yanında yer almalıdır”. Bu barədə “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid oruc bildirib. Deputat baş verənlərə istinad edərək deyib ki, İran-Azərbaycan münasibətlərində gərginliyi azalmayacaq. “Bu fonda Qərb və Türkiyə ilə hərbi ittifaqın gücləndirilməsini zəruri hesab edirəm. İranın Azərbaycana qarşı artan təzyiqlərinin qarşısında Türkiyənin dəstəyinə ehtiyacımız var. Azərbaycan bölgənin açar ölkəsidir və mən inanıram ki, Türkiyə Azərbaycana gərəkli hər cür yardımı verəcək”-deyə Z.Oruc vurğulayıb. O qeyd edib ki, eyni zamanda Bakı özü də İranın siyasətinə qarşı adekvat addımlar atmalıdır. “Onların Azərbaycan əleyhinə işləyən “Səhər” kanalı varsa, biz də İranın siyasətini, Güney Azərbaycan problemini işıqlandıran bir başqa adekvat telekanal açmalıyıq, güney amilinə diqqəti artırmalıyıq. Qərb təbliğat məkanında hər il İran əleyhinə külli miqdarda maliyyə xərcləyir. Azərbaycan bu maliyyələşmənin mərkəzlərindən birinə çevrilməlidir. İran əleyhinə bu kanalların işləməsində biz də rol almalıyıq, çünki bizi buna məcbur edir İran”-deyə o əlavə edib.
    11.06.12 Məqaləni oxumaq
     
    Türkiyə Jandarma Qüvvələrinin baş komandanı Azərbaycanda səfərdədir
    Türkiyə Jandarma Qüvvələrinin baş komandanı, ordu generalı Bəkir Kalyoncu Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, B.Kalyoncunun başçılıq etdiyi nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edib. Səfər çərçivəsində B. Kalyoncunun daxili işlər naziri, general-polkovnik Ramil Usubov, daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-leytenant Zakir Həsənovla görüşü planlaşdırılır. B. Kalyoncunun, həmçinin, müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Azərbaycan prezidenti İlham Əliyevlə ilə görüşləri gözlənilir. Səfər iyunun 13-dək davam edəcək.
    11.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 50 51 52 53 54 55 56 57 58 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30