Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 47 48 49 50 51 52 53 54 55 » #
    Bu gün AŞPA-nın yay sessiyası başlayır
    Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası işə başlayır. Sessiyada Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Azərbaycan nümayəndə heyətinin tərkibinə deputatlardan Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər. Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Avropada demokratiyanın cari vəziyyəti, miqrantlar, demokratiya və sosial hüquqlar üçün təhlükə, iqtisadi böhranın Avropada yerli və regional idarəçiliyə təsiri, Avropa Şurasına üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, Tunisdə siyasi keçid dövrü, Assambleyanın monitorinq prosesinin təkmilləşdirilməsi, Avropada müsəlman qadınlara qarşı ayrıseçkilik və digər mövzularda fikir mübadiləsi aparılacaq.
    26.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Gürcüstan prezidentləri görüşəcək
    Azərbaycan və Gürcüstan prezidentləri - İlham Əliyev və Mixail Saakaşvili Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iyunun 26-27-də İstanbulda keçiriləcək sammitində iştirak edəcəklər. “KƏLAMİNFO” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, sammit çərçivəsində Mixail Sakaşvilinin bir sıra ölkələrin – Azərbaycan, Türkiyə, Moldova prezidentləri ilə təkbətək görüşü olacaq.
    26.06.12 Məqaləni oxumaq
     
    Azay Quliyev Antonella Valmorbida ilə görüşüb
    Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Yerli Demokratiya Agentlikləri Assosiasiyasının (ALDA) direktoru Antonella Valmorbida ilə görüşüb. Məlumatı “KƏLAMİNFO”ya Şuradan veriblər. Görüşdə A.Quliyev A.Valmorbidaya Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf mərhələləri, eləcə də rəhbərlik etdiyi Şuranın fəaliyyəti, məqsəd və vəzifələri haqqında məlumat verib. A.Quliyev qeyd edib ki, ölkəmizdə demokratik proseslərin dərinləşdirilməsi istiqamətində həyata keçirilən QHT layihələrinin səmərə əmsalı ildən-ilə artır, ölkənin vətəndaş cəmiyyəti institutları arasında qarşılıqlı əməkdaşlıq daha da güclənir. Görüşdə Şura ilə ALDA arasında əməkdaşlığın möhkəmləndirilməsi barədə geniş fikir mübadiləsi aparılıb. Qeyd edək ki, baş ofisi Fransada yerləşən ALDA beynəlxalq təşkilatı dünyanın əksər ölkələrində öz nümayəndəlikləri vasitəsilə təmsil olunur.
    25.06.12 Məqaləni oxumaq
     
    Azərbaycan Suriya tərəfindən Türkiyəyə məxsus təyyarənin vurulmasını pisləyir
    “Azərbaycan Suriya tərəfindən Türkiyəyə məxsus təyyarənin vurulmasını pisləyir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayeva bildirib. XİN rəsmisi bildirir ki, bu hal heç də gərginliyin azaldılmasına səbəb olmur. “Bu məsələ müfəssəl şəkildə araşdırılmalıdır. Biz daim qardaş Türkiyənin yanındayıq və daim yanında da olacağıq. Türkiyənin mövqeyini daim dəstəkləyəcəyik. Biz dünya ictimaiyyətini bu məsələni birgə araşdırmağa çağırırıq” - deyə E.Abdullayev vurğulayıb. XİN rəsmisi deyib ki, bu, Suriya- NATO yox, Suriya-Türkiyə arasında yaranmış gərginlikdir. Qeyd edək ki, ötən gün Türkiyəyə məxsus təyyarə Suriya tərəfindən vurulub.
    25.06.12 Məqaləni oxumaq
     
    Prezident uşaq bağçaları ilə bağlı xüsusi tapşırıqlar verib
    Uşaq bağçaları ilə bağlı görüləsi işlər hələ çoxdur. “KƏLAMİNFO”nun məlumatına görə, bu barədə prezident İlham Əliyev “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı bildirib. Ölkə başçısı qeyd edib ki, uşaq bağçalarının, burada olan uşaqların sayı qaneedici deyil: “Məndə olan məlumata görə bu, Bakı şəhərinin tələbatının təqribən 20 faizini təşkil edir. Yəni, əgər biz indi bərbad vəziyyətdə olan mövcud uşaq bağçalarını bərpa etsək belə, yenə də bu, problemin həlli deyil. Problemin həlli ondadır ki, yeni uşaq bağçaları tikilsin. Yaxşı ki, vaxtilə tikilmiş uşaq bağçaları böyük ərazini əhatə edir. İndi həmin ərazidə yeni korpuslar tikilə bilər. Bu da bir yoldur.
    22.06.12 Məqaləni oxumaq
     
    Prezident: “Metro stansiyalarının tikintisi sürətləndirilməlidir”
    “Nəqliyyat sahəsində müsbət meyillər müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Bu da dünya miqyasında nadir, bir sistemdir. Yeni avtobuslar, yeni taksilər gətirilir. Bütün bunlar insanların rahatlığı üçün edilir”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. “Metronun Uzunmüddətli İnkişaf Planı”nın qəbul edildiyini deyən dövlət başçısı qeyd edib ki, 2030-cu ilə qədər Bakıda metro stansiyalarının sayı 70-ə çatdırılacaq: “Nəzərə alsaq ki, bizim indi 23 stansiyamız var, onlardan üçü son illər ərzində tikilib.
    22.06.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: “Bakıda bütün rayon mərkəzlərinin və ətraf böyük kəndlərin su-kanalizasiya problemləri həll edilməlidir”
    “Su və kanalizasiya məsələlərinin həlli əsas diqqəti cəlb etməlidir. Çünki bu problem bütün dövrlərdə aktual idi. Biz isə bu problemi köklü şəkildə həll etmək əzmindəyik”. “KƏLAMİNFO” xəbər verir ki, bunu prezident İlham Əliyev 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışı zamanı deyib. Prezident bildirib ki, Bakı şəhərinin kanalizasiya layihəsi icra edilir: “Müəyyən işlər görülüb, daha da böyük işlər görülməlidir ki, ən müasir standartlara cavab verən sistem yaradılsın. Bakını içməli su ilə təchiz etmək üçün böyük işlər görülür. Oğuz-Qəbələ-Bakı su kəmərinin istismara verilməsi bu sahədə atılmış böyük addımdır. Əlavə tədbirlərin görülməsi və “Azərsu” şirkətinin yeni təklifləri imkan verəcək ki, biz Bakının su problemlərini köklü şəkildə həll edək”.
    22.06.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev keçmiş prezidentin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununu təsdiqləyib
    Prezident İlham Əliyev Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya Qanununun təsdiqlənməsi haqqında sərəncam imzalayıb. “KƏLAMİNFO” xəbər verir ki, bu qanun əvvəllər Azərbaycan prezidenti seçilmiş şəxsin və onun ailə üzvlərinin təminatı qaydalarını müəyyən edir. Qanun Konstitusiyanın 107-ci maddəsi ilə vəzifəsindən azad edilmiş prezidentlər istisna olmaqla, əvvəllər prezident olmuş şəxslərə şamil ediləcək. Azərbaycanda belə hal olmadığından, bu qanun əvvəllər prezident olmuş bütün şəxslərə şamil olunacaq. Qanunla sabiq prezidentlərə və onun ailə üzvlərinə bir sıra imtiyazlar verilib. Qanun 12 maddədən ibarətdir. Keçmiş prezident adının kimlərə şamil olunması ilə bağlı maddəyə əsasən “keçmiş prezident” Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutmuş, prezident vəzifəsini tutmuş və vəfat etmiş, həmçinin Konstitusiyanın 104-cü maddəsinə uyğun olaraq səlahiyyətlərinə xitam verilmiş şəxslər hesab olunur. Qanunda keçmiş prezidentin həyat yoldaşı və öhdəsində olan uşaq anlayışları da verilib.
    22.06.12 Məqaləni oxumaq
     
    PA rəsmisi: “Azərbaycan və Türkmənistan ortaq nöqtələr tapacaqlar”
    “Düşünürəm ki, Azərbaycan və Türkmənistanın müvafiq qurumları iki ölkə arasında yaşanan anlaşılmazlığı aradan qaldıracaqlar”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son günlər Türkmənistan və Azərbaycan arasında Xəzər dənizində yaşanmış gərginliyə münasibət bildirərkən söyləyib. PA rəsmisi qeyd edib ki, Türkmənistan və Azərbaycan dost və tərəfdaş dövlətdirlər: “Hər iki ölkəni bir-biri ilə bağlayan iqtisadi, siyasi, sosial dəyərlər və birgə maraqlar var. Xəzər dənizi üzrə və MDB çərçivəsində hər iki ölkənin əməkdaşlıq müstəvisi var. Hesab edirəm ki, bu son anlaşılmazlıq da aradan qalxacaq və tərəflər ortaq nöqtələr tapacaqlar”. Ə.Həsənovun sözlərinə görə, mövcud diplomatik notalar, təqdimatlar beynəlxalq hüququn normalarına uyğundur: “Ona görə də düşünürəm ki, bu məsələdə ciddi qarşıdurma yaşanmayacaq. Həm Azərbaycan, həm də Türkmənistan tərəfinin mütəxəssisləri masa arxasında oturaraq bu məsələnin nöqtəsini qoyacaqlar”.
    22.06.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İlk növbədə həmsədr ölkələr ortaya qəti iradə qoymalıdırlar”
    “Biz ATƏT-in həmsədr ölkələrindən qəti addımların atılmasını tələb edirik. İlk növbədə onlar ortaya qəti iradə qoymalıdırlar və tərəfləri bu iradəyə sövq etməlidirlər. O iradə beynəlxalq hüquq normalarına söykənməlidir. Beynəlxalq hüquq normalarının da beynəlxalq aləmdə Azərbaycana və Ermənistana ayırdığı bəlli hüquq və səlahiyyətlər, öhdəliklər var”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri - ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatına münasibət bildirərkən söyləyib.
    22.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 47 48 49 50 51 52 53 54 55 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30