Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    İlham Əliyevin prezidentliyə namizədliyi qeydə alınıb
    Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatın görə, iclasda prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması məsələsinə baxılıb. MSK sədri Məzahir Pənahov bildirib ki, cənab İlham Əliyevin namizədliyinin qeydə alınması ilə bağlı MSK-ya daxil olan sənədləri araşdırılıb və hüquqi əsasların olduğu müəyyən edilib.
    Sonra MSK açıq səsvermə yolu ilə İlham Əliyevin prezidentliyə namizədliyini qeydə alıb.
    27.08.13 Məqaləni oxumaq
     
    Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi
    Qroznıda Qafqaz xalqları Ali Dini Şurasının toplantısı keçirildi. ANS PRESS-in məlumatına görə, toplantı qürumun rəhbəri Şeyx Hacı Allahşükür Paşazadənin çıxışı ilə başladı. ANS PRESS-in məlumatına görə, H.A.Paşazadə Qafqazın nüfuzlu din xadimlərinə Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırdı. O, Çeçenistan Respublikasının milli lideri Ahmed Kadırovun ad günü ərəfəsində Qroznıya gəlişinin ələmatdar olduğunu vurğuladı. Qroznının bu günki durumunu, müharibənin vurduğu yaraların sağalmasını və Çeçenistanın çiçəklənməsini A.Kadırovun şəhid ruhu üçün hədiyyə olduğunu bildirən Şeyx, onun oğlunun - Çeçenistan prezidenti Ramzan Kadırovun atasının layiqli davamçısı olduğunu qeyd etdi. 
    27.08.13 Məqaləni oxumaq
     
    Allahşükür Paşazadə İordaniyaya səfər edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə “Əhl-əl-Beyt” Kral Fikir müəssisələri Akademiyasının təşkil etdiyi tədbirdə iştirak üçün İordaniyaya səfər edib. İordaniya Haşimilər dövlətinin kralı Əlahəzrət II Abdullahın himayəsi ilə fəaliyyət göstərən, şahzadə Əmir Ğazi bin Mühəmmədin rəhbərlik etdiyi Akademiya dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri ilə tanınır.
    19.08.13 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Təbrikdə deyilir: “Hörmətli həmvətənlər!  Sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir və ən səmimi arzularımı çatdırıram.
    Ramazan ayı müqəddəs kitabımız Qurani-Kərimin nazil olması ilə əlamətdardır. İnsanlar arasında birlik, bərabərlik və xeyirxahlığı, dini dəyərlərə bağlılığı təcəssüm etdirən bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borcunu daha dolğun ödəmək fürsəti qazanır, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
    09.08.13 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan bayramı münasibəti ilə təbriki
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik yayıb. QMİ-nin mətbuat xidmətindən  verilən məlumata görə, təbrikdə Ramazanın müqəddəsliyinin “Quran”ın məhz bu ayda nazil olması ilə bağlı olduğu vurğulanıb:
    Bismillahir-rəhmanir-rəhim!  Möhtərəm həmvətənlərim, əziz müsəlman qardaş və bacılarım! Dünya müsəlmanları üçün müqəddəs olan Ramazan bayramı münasibətilə hamınızı səmimi qəlbdən təbrik edir, Allahdan oruc və namazlarınızın qəbul, dualarınızın müstəcab olmasını diləyirəm.
    09.08.13 Məqaləni oxumaq
     
    Riçard Morninqstarın iqamətgahında iftar süfrəsi təşkil edilib
    ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın iqamətgahında iftar süfrəsi təşkil edilib. Tədbiri giriş sözü ilə açan səfir qonaqları salamlayaraq ABŞ Prezidenti Barak Obamanın bütün dünya müsəlmanlara təbrikini səsləndirib. Səfir qeyd edib ki, Azərbaycanla bağlı ən xoş və gözəl cəhətlərdənbiri budur ki, dini və etnik icmalar arasında tarixən qarşılıqlı hörmət mövcud olub. "Mən bir daha xatırlatmaq istəyirəm ki, Azərbaycan din və ictimayyət arasında biri birinə hörmət malikdir. Biz bunu qeyd edirik. Mən prezident Obamanın təbriklərinə qoşuluram", səfir deyib.


    04.08.13 Məqaləni oxumaq
     
    Şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil edib
    Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında iftar mərasimi təşkil etmişdir.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir. İftar mərasimi Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.
    Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasiminə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunun İslam dininə və milli mənəvi dəyərlərimizə yüksək ehtiramın əlaməti olduğunu söylədi. 
    25.07.13 Məqaləni oxumaq
     
    Hacı Mirəziz Seyidzadə Türkiyədəki Ramazan şənliklərinə qatılıb
    Azərbaycanın ilahiyyatçı alimlərindən olan Qazi Hacı Mirəziz Seyidzadə Türkiyədə keçirilən Zeynəbiyə Ramazan şənliklərinin qonağı olub. Türk mediası xəbər verir ki, iyulun 17-də baş tutan şənlikdə QMİ-nin Fətva şöbəsinin müdiri, Qazilər Şurasının üzvü Hacı Mirəziz Seyidzadə də çıxış edib. O, çıxışı zamanı gənclərə dəyərli tövsiyələr verib və Zeynəbiyə hərəkatının Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüzün səyləri ilə müxtəlif maneələrə baxmayaraq böyük işlər bacardığını vurğulayıb. 
    Türkiyənin tanınmış alimlərindən Ş.Həmid Turan, Ş. Şir Əli Bayat, Ş.Zəfər Kamacı, Ş.Əhəd Talan və Ş.Musa Ayaztəkinin də iştirak etdiyi məclisin sonunda Türkiyə Cəfəriləri lideri Səlahəddin Özgündüz Mirəziz Seyidzadəyə xatirə hədiyyəsi təqdim edib.

    19.07.13 Məqaləni oxumaq
     
    Həcc ziyarəti ilə bağlı xəbərdarlığa QMİ reaksiya verib
    Səudiyyə Ərəbistanının Həcc ziyarəti ilə bağlı müsəlman ölkələrinə göndərdiyi xəbərdarlığa Qafqaz Müsəlmanları İdarəsi (QMİ) reaksiya verib. QMİ-nin sədr müavini hacı Fuad Nurullayev Modern.az-a açıqlamasında səhhətinə ciddi problemlər olan azərbaycanlı zəvvarların ziyarətə getməsinin məsləhət görülmədiyini bildirib.Hacı Fuad Nurullayevin sözlərinə görə, QMİ Səudiyyə Ərəbistanının xəbərdarlığına hər il riayət edir. İdarə rəsmisi həmçinin qeyd edib ki, əlil və fiziki xəstəliyi olan şəxslərin ziyarətə getməsində problem yoxdur. 
    15.07.13 Məqaləni oxumaq
     
    Bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır
     “Bu il seçki ili olduğu üçün məscidlərdə çox ehtiyatlı olmaq lazımdır. Xüsusilə siyasi şəxslərin məscidlərə müdaxiləsi qəti qadağandır”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı bu gün keçirdiyi tədbirdə bildirib. 
    O qeyd edib ki, əgər hansısa məscid siyasi şəxslərin oradan seçki kampaniyası üçün istifadə etməsinə şərait yaradacaqsa, o məscid və onun axundu ciddi cəzalandırılacaq. Şeyx siyasi şəxslərin iftar verməsi məqsədilə məscidlərdə özləri üçün siyasi kampaniya yaratmasının da yolverilməz olduğunu bildirib: 
    09.07.13 Məqaləni oxumaq
     
    Səhifələr : #  1 2 3 4 5 6 7 8 9  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30