Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  45 46 47 48 49 50 51 52 53  #
    SAM direktorunun müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq
    İyulun 2-5-i tarixlərində Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva Moskvada səfərdə olacaq. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. G.Paşayeva Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Strateji və Siyasi Araşdırmalar Mərkəzinin Rusiya - ABŞ Dartmut Konfransı çərçivəsində təşkil edilən beynəlxalq müşavirədə iştirak edəcək. Toplantıda Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti və həlli yolları müzakirə olunacaq. Xatırladaq ki, Dartmut Konfransı keçən əsrin ortalarında fəaliyyətə başlayıb və məqsədi regional münaqişələrin həllində ümumi mövqelərin hazırlanmasıdır. Sovet İttifaqının süqutundan sonra bu konfransın həmsədrləri ABŞ və Rusiya olub.
    02.07.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “QHT-ləri özümüzə tərəfdaş görürük”
    Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirir. “KƏLAMİNFO” xəbər verir ki, tədbirdə Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir. Toplantıda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi məqsədilə dövlətin bilavasitə təşəbbüsü sayəsində bir sıra mühüm addımlar atılıb. “Bu işlər həm qanunvericilik, həm də struktur sahəsində görülüb. Hazırkı vəziyyət bizə bu görüşün, o cümlədən bundan sonrakı səmərəli əməkdaşlığın aparılmasına kömək edəcək” - deyə A.Quliyev vurğulayıb.
    02.07.12 Məqaləni oxumaq
     
    İran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır
    İranın yarırəsmi “Fars” agentliyinin verdiyi məlumata görə, Tehran Xəzər dənizində sualtı qayıqlar yerləşdirməyə hazırlaşır. “KƏLAMİNFO” “Qolos Amerika”ya istinadən xəbər verir ki, admiral Abbas Zamini bildirib ki, İran Rusiya, Qazaxıstan, Azərbaycan və Türkmənistanın da çıxışı olduğu Xəzər dənizində “yüngül” sualtı qayıqlar yerləşdirilməsini planlaşdırır. Admiral detallara varmayıb. İranın Xəzər dənizində hansı tipli sualtı qayıqlar yerləşdirməyi planlaşdırdığı hələlik aydın deyil. İranın arsenalında səkkiz sualtı qayığın mövcud olduğu məlumdur.
    02.07.12 Məqaləni oxumaq
     
    NATO baş katibinin xüsusi nümayəndəsi Azərbaycana gəlir
    İyulun 5-6-da NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycanda səfərdə olacaq. “KƏLAMİNFO” xəbər verir ki, səfər zamanı Ceyms Appaturay Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərə qatılacaq, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihəsinin açılış mərasiminə qatılacaq. Bundan başqa, NİSA Yay Məktəbinin 1-7 iyul tarixlində keçirəcəyi “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüş keçirəcək.
    30.06.12 Məqaləni oxumaq
     
    Qənirə Paşayeva işğal olunmuş ərazilərlə bağlı qanun layihəsinin qəbulunu təklif edib
    “Son illər ərzində Azərbaycanın işğal altında olan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa müxtəlif ölkələrdən istər parlamentarilər, istər siyasətçilər, istərsə də biznes dairələrinin nümayəndələri qeyri-qanuni səfərlər edir, orada qondarma seçkilərdə və müxtəlif tədbirlərdə iştirak edirlər. Həmin parlamentarilər, siyasətçilər və biznes adamları bilərəkdən və ya bilməyərəkdən beynəlxalq hüquq normalarını pozaraq, Azərbaycanın nəzarətindən kənarda olan həmin ərazilərdə əsassız açıqlamalar, bəyanatlar səsləndirirlər. Sonra isə Azərbaycan həmin şəxslərlə bağlı öz birmənalı mövqeyini ortaya qoyur və onları arzuolunmaz şəxslər elan edir. Bu da həmin insanların Azərbaycana qarşı haqsız etirazlarına səbəb olur. Onlar haqsız yerə etirazlarını bildirirlər ki, nə üçün Azərbaycan tərəfindən arzuolunmaz şəxslər elan ediliblər?!” “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
    30.06.12 Məqaləni oxumaq
     
    Səfir İlqar Muxtarov etimadnaməsini Panama prezidentinə təqdim edib
    Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Panama Respublikasında səfir təyin edilməsi ilə əlaqədar etimadnamələrini Panama prezidenti Rikardo Martinelli və xarici işlər naziri Roberto Enrikesə təqdim edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Meksikadakı səfirliyimizdən veriblər. Panama Prezidenti ilə görüş zamanı səfir İ.Muxtarov R.Martinelliyə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını çatdırıb.
    29.06.12 Məqaləni oxumaq
     
    Azərbaycanın Los-Ancelesdəki baş konsulu Amerika Yəhudi Komitəsinin gənc liderləri qarşısında çıxış edib
    Amerika Yəhudi Komitəsinin gənclər təşkilatı ACCESS-in dəvəti ilə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev təşkilatın gənc yəhudi liderləri qarşısında çıxış edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Konsulluqdan veriblər. Baş konsul çıxışında əsasən Azərbaycanın yaxın tarixi və hazırkı inkişafı, regionda oynadığı aparıcı rol, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı, Azərbaycanın ABŞ və İsraillə münasibətləri, xalqımızın qədim tolerantlıq ənənələri, Azərbaycandakı yəhudi icması və bu icmaya ölkə rəhbərliyinin göstərdiyi yüksək diqqət və digər məsələlər barədə danışıb. Çıxışdan sonra N.Ağayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb.
    29.06.12 Məqaləni oxumaq
     
    Parlamentdə hökumətlərarası sənədlər ratifikasiya edilib
    Milli Məclisin bu gün keçən növbədənkənar iclasında Qırğızıstan, Bolqarıstan, Hindistan, Makedoniya, Ukrayna ilə hökumətlərarası sənədlər ratifikasiya edilib.
    29.06.12 Məqaləni oxumaq
     
    Prezident Forum iştirakçılarına məktub ünvanlayıb
    Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Rusiya- Azərbaycan Regionlararası Forumun iştirakçılarına məktub ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, Forumda məktubu Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev oxuyub. Məktubda Prezident Forum iştirakçılarını təbrik edərək deyir ki, bu kimi Forum artıq xoş ənənəyə çevrilib. “İkitərəfli məsələlərin müzakirəsi üçün belə bir Forum əsl kürsüdür. İqtisadi, elmi texniki və humanitar sahədə münasibətlərin inkişafı tarixən formalaşan dost münasibətlərin möhkəmlənməsinə xidmət edir. Əminəm ki, bu münasibətlərin kontekstində Forum ərəfəsində işgüzar görüşlər münasibətlərə təkan verəcək” deyən İlham Əliyev Forum iştirakçılarına uğurlar arzulayıb.
    29.06.12 Məqaləni oxumaq
     
    Ramiz Mehdiyev: “Rusiya ilə bizim yüksək səviyyədə siyasi təmaslarımız var”
    “Bu gün Azərbaycan və Rusiya münasibətləri sabitdir, davamlı xətt üzrə inkişaf edir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən Rusiya- Azərbaycan Regionlararası Forumda Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O qeyd edib ki, iki ölkə arasında əlaqələr çoxtərəfli, çoxplanlı sahələri əhatə edir. “Əsas odur ki, bu gün bizim yüksək səviyyədə siyasi təmaslarımız var” - deyə R.Mehdiyev vurğulayıb. PA rəsmisi deyib ki, indi Rusiya və Azərbaycan arasında Hökumətlərarası komissiya fəaliyyət göstərir və komissiya müntəzəm olaraq öz iclaslarını keçirir. “Rusiya bizim əsas ticari tərəfdaşımız kimi qalır, 50 faizdən çox əmtəə dövriyyəsi Rusiyanın payına düşür. Son bir ildə iki ölkə arasında mal dövriyyəsi rekord həddə çatıb - 2 milyard 822 milyon milyard ABŞ dollarını ötüb” - deyə o əlavə edib. R.Mehdiyev bildirib ki, bu gün Azərbaycanda 120 mindən çox rus yaşayır ki, bu da Cənubi Qafqazda ən böyük rus diasporudur.
    29.06.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  45 46 47 48 49 50 51 52 53  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30