Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : #  44 45 46 47 48 49 50 51 52  #
    Azərbaycan prezidenti və Avropa İttifaqı Şurasının prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
    Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər.
    05.07.12 Məqaləni oxumaq
     
    Prezident Neft Fondunun 2011-ci il büdcəsinin icrasını təsdiqləyib
    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2011-ci il büdcəsinin icrası təsdiq edilib.

    Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, sərəncama uyğun olaraq, Neft Fondunun 2011-ci il büdcəsinin icrası gəlirləri 15 628 352,8 min manat, xərcləri 9 606 595,4 min manat səviyyəsində olmaqla təsdiqlənib.
    05.07.12 Məqaləni oxumaq
     
    Səfər Əbiyev Rusiyanın Kalininqrad şəhərinə yola düşüb
    Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev bu gün Rusiyanın Kalininqrad şəhərinə yola düşüb.

    Müdafiə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, S.Əbiyev Kalininqradda MDB iştirakçısı dövlətlərin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək.
    04.07.12 Məqaləni oxumaq
     
    Sergey Narışkin Azərbaycana gəlir
    İyulun 8-də Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Bakıya gələcək. “KƏLAMİNFO” xəbər verir ki. bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin məlumat verib.
    O, qeyd edib ki, 2 gün davam edəcək səfər çərçivəsində S.Narışkin Azərbaycanda bir sıra rəsmi şəxslərlə görüşəcək, tərəflər arasında qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə ediləcək.
    04.07.12 Məqaləni oxumaq
     
    İlham Əliyev: Bakıda böyük olimpiya infrastrukturu yaradılır
    “Bu gün Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir. Dövlət idmanın inkişafı üçün konkret addımlar atır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində London Yay Olimpiadasına yola salınan Azərbaycan idmançıları ilə görüşdə bildirib. Prezident vurğulayıb ki, bu gün idman cəmiyyətimizin ayrılmaz hissəsidir, idmançılara olan hörmət yüksək səviyyədədir: “İdmançıların məişət problemlərinin həlli yüksək səviyyədə həyata keçirilir. Bütün bu amillər idmanın daha da inkişafına təkan verir, gənclərdə və yeniyetmələrdə idmana olan marağı daha da artırır”. Prezident qeyd edib ki, bu gün dünyada Azərbaycan idman ölkəsi kimi tanınır: “Beynəlxalq idman aləmində layiqlin yerimiz var. İndi Azərbaycan idmançıları hər bir rəqib üçün ciddi sınaqdır”.
    04.07.12 Məqaləni oxumaq
     
    SAM-ın əməkdaşı Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Sammitində iştirak edəcək
    İyulun 3-10-u tarixlərində Strateji Araşdırmalar Mərkəzinin xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri dos. dr. Rövşən İbrahimov Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sayca 2-ci Beynəlxalq Model Qlobal Sammitində iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazan şəhərinə gedəcək. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Tədbirin məqsədi gənclər arasında İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin münasibətlərinin necə formalaşdığını müzakirə etmək və öyrənməkdir. Tədbirdə foruma 57 üzv dövlətdən 190-a yaxın tələbə, media nümayəndələrinin iştirakı gözlənilir. R.İbrahimovun Yüksək Səviyyəli Məsləhətçi Şurasının üzvü kimi iştirakı və eyni zamanda forum iştirakçıları qarşısında məruzə ilə çıxış edəcəyi nəzərdə tutulub.
    03.07.12 Məqaləni oxumaq
     
    London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib
    Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Prezidenti İlham Əliyev, ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Leyla Əliyevanın iştirakı ilə 2012-ci il XXX London Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yola salınma mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, tədbiri giriş nitqi ilə prezident İlham Əliyev açıb. Daha sonra gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Olimpiya Oyunlarına hazırlıq barədə məlumat verib. A.Rəhimov qeyd edib ki, Azərbaycan bayrağı iyulun 25-də Londonda qaldırılacaq, iyulun 28-də isə bir sıra ölkələrin iştirakı ilə Azərbaycan Günü keçiriləcək. Tədbirdə, həmçinin sərbəst güləş yığmasının böyük məşqçisi Firdovsi Umudov, atletika idman növü üzrə paralimpiya yığmasının üzvü Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış ediblər. Tədbirdə olimpiadaçılar and içiblər. Nazir deyib ki, XXX London Yay Olimpiya oyunlarında Azərbaycanı 53 idmançı təmsil edəcək: “Azərbaycan idmançıları olimpiya oyunlarına tam olaraq hazırdır”.
    03.07.12 Məqaləni oxumaq
     
    Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır
    Bu gün Avropa Birliyinin prezidenti Herman van Rompeyin Cənubi Qafqaz bölgəsinə səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, Herman van Rompey bu gün İrəvana gələcək. AB prezidentinin səfər proqramına prezident Serj Sərkisyan, parlamentin spikeri Xovik Abramyanla görüş daxildir. Herman van Rompey daha sonra Ermənistan parlamentində çıxış edəcək. Ermənistandan sonra Gürcüstana səfər edəcək AB prezidenti Gürcüstan prezidenti Mixail Saakaşvili və parlamentin sədri David Bakradze ilə görüşəcək.
    03.07.12 Məqaləni oxumaq
     
    SAM direktoru Türkiyəyə rəsmi səfərə gedib
    Bu gün Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Ankaraya rəsmi səfərə gediblər. Məlumatı “KƏLAMİNFO”ya SAM-dan veriblər. Səfər müddətində F.Məmmədov Türkiyənin TRT-1 kanalının canlı proqramının qonağı olacaq. O, 3 iyulda Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri ilə görüşəcək.
    03.07.12 Məqaləni oxumaq
     
    TÜRKPA nümayəndə heyəti ATƏT PA-nın İllik Sessiyasında iştirak edəcək
    TÜRKPA nümayəndə heyəti 4-10 iyul tarixlərində ATƏT PA-nın Monakoda keçiriləcək 21-ci İllik Sessiyasında iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfərdə TÜRKPA nümayəndə heyətinə Qazaxıstan Respublikası Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Kuanış Sultanov rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə TÜRKPA baş katibi Ramil Həsənov da daxildir. Sessiya çərçivəsində bir çox ölkənin nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. Həmçinin səfər müddətində qarşılıqlı münasibətləri müzakirə etmək məqsədi ilə TÜRKPA-ya üzv dövlətlərinin ATƏT PA-dakı daimi nümayəndə heyətlərinin 2-ci görüşünün keçirilməsi də planlaşdırılır.
    02.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : #  44 45 46 47 48 49 50 51 52  #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30