Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Xarici İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər
    Bu gün Azərbaycanın diplomatik xidmət orqanlarının peşə bayramı günüdür. “KƏLAMİNFO” xəbər verir ki, bu münasibətlə Xarici İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər. Azərbaycan xarici işlər nazirinin müavinləri Xələf Xələfov və Nadir Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarı önünə əklil qoyublar. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 2007-ci il 24 avqust tarixli sərəncamı ilə 9 iyul tarixi Azərbaycanda diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Məhz 1919-cu il 9 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimat qəbul edilib.
    10.07.12 Məqaləni oxumaq
     
    ATƏT baş katibi Azərbaycana seçkilərlə bağlı yeni təkliflər verib
    Bakıda səfərdə olan ATƏT-in baş katibi Lamberto Zannieri ilə xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, görüşdən sonra keçirilən brifinqdə E.Məmmədyarov bildirib ki, görüş zamanı müxtəlif danışıqlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Nazir qeyd edib ki, görüş əsnasında Azərbaycanın münaqişə ilə bağlı mövqeyi bir daha ATƏT baş katibinin diqqətinə çatdırılıb: “Biz istəyirik ki, ATƏT-in bu məsələdə fəaliyyəti daha da güclənsin ki, artıq irəliləyiş əldə olunsun. 20 ildir ATƏT-in Minsk Qrupunun fəaliyyətinə baxmayaraq, heç bir nəticə yoxdur”. XİN rəhbəri bildirib ki, görüşdə, həmçinin ikitərəfli məsələlər, qarşılıqlı əməkdaşlıq da müzakirə olunub: “ATƏT baş katibinin Azərbaycanda keçiriləcək seçkilərlə bağlı xüsusi təklifləri oldu. Biz bu təkliflərə baxacağıq. Bundan başqa layihələr ilə bağlı da ATƏT baş katibindən təkliflər də oldu ki, biz bunun üzərində işləyəcəyik”.
    09.07.12 Məqaləni oxumaq
     
    Xələf Xələfov: “Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib”
    Sentyabra qədər Aşqabadda Xəzərin statusu ilə bağlı beştərəfli formatda növbəti danışıqlar keçiriləcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib. O qeyd edib ki, Xəzərin statusu ilə bağlı danışıqların potensialı hələ tükənməyib: “Bu məsələnin həll edilməsi üçün bu potensialdan istifadə ediləcək”. Onun sözlərinə görə, beştərəfli formatda Xəzərin statusuna dair ümumi məsələlər müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi üzərində iş aparılır: “Eyni zamanda həm Türkmənistan, həm də İranla ikitərəfli formatlarda müzakirələr qüvvədə qalır. Bu sahədə nümayəndə heyətlərinin fəaliyyəti davam etdirilir”.
    09.07.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov: “Türkmənistan Azərbaycana “Kəpəz” yatağı ilə bağlı rəsmi olaraq heç bir təklif göndərməyib”
    “Türkmənistan Azərbaycana Xəzərdəki “Kəpəz” yatağı ilə bağlı rəsmi olaraq heç bir təklif və yaxud nota göndərməyib”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. O qeyd edib ki, rəsmi Bakı hər dəfə təklif verir ki, Rusiya və Qazaxıstanla əldə oluna razılıq mexanizmini Türkmənistan ilə də əldə eləsin: “Bu mexanizm, həmçinin İrana da təklif olunub. İnanırıq ki, Xəzər sahilində yerləşən 3 dövlətin (Azərbaycan-Rusiya-Qazaxıstan) gəldiyi razılığa digər 2 dövlət də (İran və Türkmənistan) gələcək”.
    09.07.12 Məqaləni oxumaq
     
    ATƏT baş katibi: “Münaqişənin həllini zorla sırımaq olmaz”
    Bakıda səfərdə olan ATƏT baş katibi Lamberto Zannier Ermənistana səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini gündəmə gətirəcəyini bəyan edib. “KƏLAMİNFO” xəbər verir ki, baş katib bu barədə Azərbaycan Xarici İşlər Nazirliyində keçirdiyi mətbuat konfransında bildirib. O qeyd edib ki, iyulun 10-da Minsk Qrupunun həmsədrləri bölgəyə növbəti səfər edəcəklər: “Cəbhə xəttində və Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər ciddi narahatlıq doğurur. İnsanların ölümü ilə nəticələnən bu cür insidentlər yolverilməzdir və belə hadisələrin qarşısını almaq üçün lazımi tədbirlər görülməlidir. Mövcud status-kvo qəbuledilməzdir”. Baş katib snayperlərin geri çəkilməsi, insidentlərin araşdırılması və etimadın qurulması istiqamətində ATƏT-in bir sıra tədbirlər təklif etdiyini bildirib. Onun sözlərinə görə danışıqlar prosesinin nativi yoxdur: “Münaqişənin həllini tapmaq lazımdır, lakin bu həlli zorla sırımaq olmaz. Tərəflər özləri razılığa gəlməlidir. ATƏT buna öz töhfəsini verməyə hazırdır”.
    09.07.12 Məqaləni oxumaq
     
    Musa Qasımlı: “Bu, Özbəkistan-Azərbaycan münasibətlərinə sarsıdıcı zərbə olardı”
    “Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması onun üzərinə öhdəlik qoyurdu ki, Qarabağ münaqişəsində Ermənistanın yanında olsun. Bu da Özbəkistan-Azərbaycan, eləcədə Özbəkistanın Türkdilli ölkələr arasındakı nüfuzuna sarsıdıcı zərbə olardı. Ona görə də Özbəkistanın KTMT-ni tərk etməsi başadüşüləndir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında millət vəkili, ekspert Musa Qasımlı bildirib. O qeyd edir ki, Rusiyanın KTMT çərçivəsində Mərkəzi Asiya üzərindən apardığı Əfqanıstan siyasəti bu ölkələrə heç nə vəd etmir: “Rusiya Əfqanıstanda yalnız öz maraqlarını güdür, digər KTMT ölkələrini öz maraqları üçün istifadə edir”. Ekspert deyir ki, ümumilikdə Özbəkistanı hər hansısa bir Təhlükəsizlik Şurasının üzvü olmağa heç nə məcbur etmir: “Ermənistan başadüşüləndir ki, KTMT onun üçün çox əhəmiyyətlidir. Çünki o, bir ölkənin - Azərbaycanın ərazisini işğal edib və indi özünü qorumalıdır. Amma kim Mərkəzi Asiya ölkələrinə hücum eləmək istəyir? Belə bir hal yoxdur”.
    07.07.12 Məqaləni oxumaq
     
    ATƏT-in baş katibinin Bakıya səfər proqramı açıqlanıb
    Azərbaycana səfəri nəzərdə tutulan ATƏT-in baş katibi Lamberto Zannierin səfər proqramı açıqlanıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ATƏT-in Bakı ofisindən veriblər. Baş katib iyulun 8-də Bakıya gələcək və həmin gün Vətəndaş cəmiyyətinin təmsilçiləri ilə “Dəyirmi masa” ətrafında görüşü olacaq. Görüşdə əsasən ATƏT-in Bakı ofsinin partnyor təşkilatları və əlavə olaraq daha iki QHT təmsilçisi qatılacaq. L.Zannierin Azərbaycanda hər hansi siyasi partiya təmsilçisi ilə görüşü nəzərdə tutulmayıb. Rəsmi görüşlər isə iyulun 9-da olacaq. L.Zannier Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşəcək.
    06.07.12 Məqaləni oxumaq
     
    ATƏT-in Baş katibi Cənubi Qafqaz ölkələrinə səfərə gəlir
    ATƏT-in Baş katibi Lamberto Zanyer gələn həftə Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcək. “KƏLAMİNFO” ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Zanyer dövlət rəsmləri, siyasi təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Baş katib 8-9 iyulda Bakıda, 10-11 iyulda Tbilisi və Batumidə, İrəvanda isə 11-12 iyulda olacaq. O, görüşlərdə siyasi, iqtisadi, ekoloji və humanitar sahədə əməkdaşlığa dair məsələləri müzakirə edəcək. Bakıda, Tbilisidə və İrəvanda ATƏT baş katibinin mətbuat konfransı da nəzərdə tutulub.
    06.07.12 Məqaləni oxumaq
     
    İlham Əliyevin Aİ-nin prezidenti ilə geniş tərkibdə görüşü olub
    Azərbaycana rəsmi səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun rəsmi qarşılanma mərasimi olub. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycanın və Avropa İttifaqının bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Avropa İttifaqı Şurasının prezidentinə raport verib. Avropa İttifaqının və Azərbaycanın himnləri səslənib. Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Herman Van Rompuya, Avropa İttifaqı nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olunub.
    06.07.12 Məqaləni oxumaq
     
    NATO Baş katibinin xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir
    NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Azərbaycana səfərə gəlib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün Ceyms Appaturay Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-NATO tərəfdaşlığının inkişafına dair məsələlər müzakirə olunacaq. NATO rəsmisi Azərbaycanda NATO Günləri çərçivəsində tədbirlərdə iştirak edəcək, ANAMA-nın Çeyrançöldə gerçəkləşdirdiyi yeni layihənin açılış mərasiminə qatılacaq, NİSA Yay Məktəbinin “Böhrana cavab: Beynəlxalq ictimaiyyətin yanaşmaları, imkanları və resursları” mövzusunda tədbirinin iştirakçıları ilə görüşəcək. C.Appaturayın Azərbaycana səfəri iyulun 6-də yekunlaşacaq.
    06.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 43 44 45 46 47 48 49 50 51 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30