Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Azərbaycanda “Diffamasiya haqqında” qanun müzakirə olunmaya bilər
    “Bu günə qədər Milli Məclisə “Diffamasiya haqqında” qanun layihəsi daxil olmayıb”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə vitse-spiker Bahar Muradova bildirib. O qeyd edib ki, ATƏT-ə üzv ölkələrin bir çoxunda, o cümlədən Qərbi Avropa ölkələrində bu qanun hələ də qəbul edilməyib: “Tövsiyə etmək o demək deyil ki, bu qanunun qəbul edilməsi vacibdir. Buna baxmayaraq biz bu məsələyə baxa bilərik” - deyə B.Muradova vurğulayıb.
    18.07.12 Məqaləni oxumaq
     
    İcazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır
    Bakı və ətraf bölgələrdəki icazəsiz tikililərlə bağlı xüsusi qanun layihəsi hazırlanır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. O qeyd edib ki, qanunda tikililərə ayrıca yanaşmalar olacaq: “Ümumi fikir ondan ibarətdir ki insanlara maksimum kömək etmək lazımdır. Bu binalar təhlükəsizliyə, başqa insanların həyatına maneə törətmirsə, o binalara amnistiya verilməlidir”.
    18.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Tacikistan perzidentlərinin təkbətək görüşü olub
    Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq bildirilib. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edilib. Tacikistan Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfərinin iki ölkə arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulanıb. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
    13.07.12 Məqaləni oxumaq
     
    Zahid Oruc: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir”
    “ABŞ Riçard Morninqstarı Azərbaycana səfir təyin etməklə doru seçib edib, çünki bu şəxs Cənubi Qafqaz regionuna kifayət bələd bir insandır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. O qeyd edib ki, bu amil ona ümid yaradır ki, onun namizədliyi bütövlükdə təsdiqləndikdən sonra Amerikanın bölgədə maraqları daha aktiv şəkildə həyata keçəcək: “ABŞ-ın bölgədəki maraqları da bir sıra parametrlər üzrə Azərbaycanla əlaqəlidir. Bir sıra hallarda üst-üstə düşən planlar mövcuddur, əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur”. Z.Oruc deyir ki, indiyə qədər müəyyən ara fasilələrilə Azərbaycanda ABŞ səfirinin olmaması fonunda sanki Vaşinqtonun maraqları bölgədə geri çəkilmiş kimi görünürdü. Deputat onu da əlavə edir ki, Riçard Morninqstarın Azərbaycana səfir gəlməsi 2013-cü ildən başlayaraq müəyyən mənada daha fəal siyasətə yol aça bilər.
    13.07.12 Məqaləni oxumaq
     
    Emoməli Rəhmon Dövlət Bayrağı Meydanında olub
    Bakıda səfərdə olan Tacikistan prezidenti Emoməli Rəhmon Dövlət Bayrağı Meydanı ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, qonağa Dövlət Bayrağı Meydanı haqqında ətraflı məlumat verilib. E.Rəhmon Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz formasında yaradılan Dövlət Bayrağı Muzeyi ilə də tanış olub. Tacikistan prezidenti muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. E.Rəhmona xatirə hədiyyəsi təqdim olunub. Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb.
    12.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Bu, ermənilərin fərziyyəsidir...”
    “Ermənilərin yenidən qondarma erməni soyqırımı cəhdi onların növbəti siyasi oyunundan başqa bir şey deyil”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bu məsələnin sırf tarixçilərin işi olmasına baxmayaraq Ermənistan tərəf yenə də ictimaiyyəti siyasi fırıldaqları ilə aldatmağa çalışırlar: “Mütəmadi olaraq bu məsələni ortaya atmaqla tərəflər arasında gərginlik yaradırlar”. Fransa prezidenti Fransua Ollandın qondarma erməni soyqırımı ilə bağlı hansısa sənəd hazırlayacağı haqqında yayılan söhbətə toxunan E.Abdullayev bildirib ki, bu da ermənilərin növbəti oyunu, fərziyyəsidir. Onun sözlərinə görə rəsmi Paris bununla bağlı nə rəsmi açıqlama, nə də bəyanat verib.
    12.07.12 Məqaləni oxumaq
     
    MSK sədri Vyanada beynəlxalq tədbirə qatılacaq
    Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sabahdan etibarən Avstriyada səfərdə olacaq. MSK-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, səfərin məqsədi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) “Demokratik seçkilər və seçkilərin müşahidəsi” mövzusunda Avstriyanın paytaxtı Vyanada ATƏT-in “Əlavə İnsan Ölçüsü Görüşü” ilə əlaqədar təşkil etdiyi tədbirdə iştirak etməkdir. Qeyd edək ki, Məzahir Pənahovu MSK Katibliyinin müdiri Rövzət Qasımov müşayiət edəcək. Səfər çərçivəsində MSK sədrinin bir sıra rəsmi görüşləri də nəzərdə tutulub. Səfər iyulun 13-də yekunlaşacaq.
    12.07.12 Məqaləni oxumaq
     
    “Meksika Azərbaycanın Latın Amerikası regionunda maraqlarını təmsil edən dövlətdir”
    “Meksika Azərbaycanın Latın Amerikası regionunda maraqlarını təmsil edən dövlətdir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Meksika Senatının vitse-spikeri Fransisko Arroyo Vieyra jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, Meksika Azərbaycan ilə bir çox istiqamətdə, o cümlədən mədəniyyət və neft- qaz sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır: “Meksika tələbələrinin Azərbaycanda təhsilinə və əksinə olaraq təhsilin təşkil olunmasına səylər var”. O həmçinin bildirib ki, Meksikanın paytaxtı Mexikonun mərkəzi küçələrindən birində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılacaq: “Bu abidənin qoyulması iki ölkə arasındakı münasibətlərin inkişafına stimul olacaq”.
    11.07.12 Məqaləni oxumaq
     
    Prezident “Kommersiya sirri haqqında” qanuna dəyişiklikləri təsdiqlədi
    Azərbaycan Prezidenti İlham Əliyev “Kommersiya sirri haqqında” qanuna dəyişiklikləri təsdiq edib. “KƏLAMİNFO” xəbər verir ki, qanuna görə Azərbaycanda kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfedensial saxlanılacaq. Qanunda qeyd olunur ki, həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər.
    11.07.12 Məqaləni oxumaq
     
    Azay Quliyev: ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir
    “Bu gün ATƏT-in effektivliyinin artırılması qurumun hal-hazırki gündəliyində olan ən vacib prioritetlərdəndir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev ATƏT regionunda təhlükəsizliyin gücləndirilməsinə dair qətnamənin müzakirəsindəki çıxışı zamanı deyib. ATƏT PA-nın Monakodakı tədbirində çıxış edən A.Quliyev bildirib ki, ATƏT-in başlıca missiyası bu təşkilat ərazisində onun sahib olduğu norma və prinsiplərin riayət olunmasının məcburiliyini, ikili standart və coğrafi üstünlüklər olmadan, hərtərəfli təhlükəsizliyi qorumaqdır: “Bu bir həqiqətdir ki, ATƏT öz norma və prinsiplərinin həyata keçirilməsində heç də həmişə effektli fəaliyyət göstərə bilmir, xüsusilə onun ərazisində onilliklərlə sürən münaqişələrin həlli kimi məsələlərdə indiyə kimi ciddi uğur qazana bilməyib. Buna görə də biz parlament üzvləri olaraq, ATƏT-in sahib olduğu mexanizmlərə, xüsusilə onun qərarlarının və qətnamələrinin icra olunma vəziyyətinə nəzər salmalıyıq, həmçinin, baxmalıyıq ki, biz harada əlavə səy göstərə bilərik və əsil sülhə və təhlükəsizliyə necə nail ola bilərik”.
    10.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 42 43 44 45 46 47 48 49 50 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30