Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Bahar Muradova: “Minsk Qrupunun əlində böyük imkanlar var”
    “İndiyə qədər, elə bu gün də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun əlində böyük imkanlar var. Amma təəssüf ki, onlar bu imkanlardan istifadə etmirlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin vitse-spikeri, ölkəmizin ATƏT PA-dan nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. O qeyd edib ki, son vaxtlar, ümumiyyətlə, Minsk Qrupu həmsədrləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini vacib amil kimi ortaya qoyurlar. Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli barədə yaranmış intensivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratmamalıdır: “Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır. Hər halda Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı, onları dəstəkləyən dairələri də narahat edir. Bu, problemin həll olunmasında gücdən daha çox sülh imkanlarından səmimi şəkildə istifadə etmək istəyən və nəticə əldə olunmasında maraqlı olan qüvvələri də narahat edir”.
    26.07.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri ilə görüşüb
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiya Respublikasında olub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Cuellar ilə görüş keçirib. Xanım Maria Angela Holguin Cuellar Azərbaycan Xarici İşlər Nazirinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən xanım Maria Cuellar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib və siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib.
    25.07.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Ermənilərin Dağlıq Qarabağda keçirmək istədikləri şou əks-effekt verdi”
    “Dağlıq Qarabağda 19 iyul 2012-ci ildə keçirilmiş “prezident seçkisi” Azərbaycanın işğal altındakı ərazilərindəki siyasi durumu başa düşmək üçün mühüm mənbəyə çevrildi və ortalığa vacib məsələlər çıxdı”. “KƏLAMİNFO” xəbər verir ki, belə bir nəticəyə gəldiyini Beynəlxalq Mətbuat Mərkəzində bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bildirib.

    Onun sözlərinə görə, ATƏT-in bir sıra mühüm qurumları bu “seçki”yə münasibət bildirməyə məcbur olublar. “Onlar bir daha xatırlatdılar ki, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımırlar” deyən politoloq hesab edir ki, Rusiya da bu məsələyə eyn mövqe nümayiş etdirib. “Ermənistan əvvəlki illərdən fərqli olaraq müşahidəçilərin dəvət olunma prosesini gizli saxlamağa çalışsa da, buna nail olmadı.
    25.07.12 Məqaləni oxumaq
     
    ATƏT qoşunların təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Azərbaycanın Tovuz rayonu Əlibəyli kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

    Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle keçirəcəklər.
    25.07.12 Məqaləni oxumaq
     
    Strateji Araşdırmalar Mərkəzi yarım illik hesabatını açıqlayıb
    Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2012-ci ilin ilk altı ayı ərzindəki fəaliyyətinə dair hesabatını açıqlayıb. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, ilin ilk 6 ayı ərzində bir neçə kitab layihələri üzərində iş yekunlaşıb. Yanvar-iyun aylarında SAM tərəfindən Azərbaycanda və xaricdə 18 müxtəlif tədbir təşkil edilib. Hesabat dövründə həyata keçirilən bir neçə elmi-tədqiqat layihəsi başa çatdırılıb. Bunlar “Azərbaycanda orta sinif: sosial-iqtisadi və siyasi aspektlər” və "Azərbaycanda siyasi partiya və hərəkatlarda gənclərin ictimai-siyasi fəallığı və təşkilatlanma səviyyəsi" mövzularında keçirilən sosioloji sorğular olub. Bu ilin ilk altı ayı ərzində SAM əməkdaşları tərəfindən 55 qapalı xarakter daşıyan arayış və eləcə də hesabatlar hazırlanıb, xarici ölkələrin və Azərbaycanın elmi jurnallarında, mətbuatında və elektron mediasında 127 məqalə çap edilib və 10 müsahibə verilib.
    25.07.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: “YAP-ın növbəti prezident seçkilərində namizədi İlham Əliyev olacaq”
    “Yeni Azərbaycan Partiyasının (YAP) növbəti prezident seçkilərində namizədi birmənalı olaraq partiya sədri İlham Əliyev olacaq. Bu, birmənalıdır”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov bildirib.
    Ə.Əhmədov təəssüflə deyib ki, bəzi mətbu orqanlar bu məsələdə təxribatla məşğul olur. O qeyd edib ki, YAP-ın namizədi Azərbaycan xalqının istədiyi namizəddir: “İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan özünün çiçəklənən dövrünü yaşayır və Azərbaycan xalqı da bunu dəyərləndirir”. Ə.Əhmədov YAP-ın qurultayının 2013-cü ildə keçiriləcəyini, İlham Əliyevin namizədliyinin məhz həmin qurultayda irəli sürüləcəyini vurğulayıb.
    24.07.12 Məqaləni oxumaq
     
    YAP-ın sədr müavini: “Müxalifət ilə iqtidar arasında dialoq mütəmadi davam etdirilir”
    “Azərbaycanda siyasi müxalifət ilə iqtidar arasında dialoq mütəmadi olaraq davam etdirilir. Onu da deyim ki, mən dialoqu bir stolun ətrafında oturub deyişmə kimi başa düşmürəm”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, deputat Əli Əhmədov bildirib.
    24.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan ilə Macarıstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
    Macarıstanın dövlət katibi, Azərbaycan ilə Macarıstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Piter Siyarto bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə görüşüb. “KƏLAMİNFO” xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib, bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    24.07.12 Məqaləni oxumaq
     
    Mahmud Məmməd-Quliyev Brüsseldə səfər edəcək
    Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə keçiriləcək Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri Xarici İşlər Nazirlərinin 3-cü iclasında iştirak etmək məqsədi ilə 24-28 iyul tarixlərində Belçikaya səfər edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Səfər müddətində Aİ-Azərbaycan münasibətlərinin cari vəziyyəti, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsindəki məsələlər müzakirə ediləcək.
    24.07.12 Məqaləni oxumaq
     
    Prezident Meksika Deputatlar Palatasının prezidentini qəbul edib.
    Prezident İlham Əliyev bu gün Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Meksika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin son illər uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı bu əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin önəmini qeyd edən prezident İlham Əliyev bu sahədə əməkdaşlığı fəal şəkildə genişləndirməyin vacibliyini vurğulayıb. Dövlət başçısı iqtisadi sahədə də qarşılıqlı ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün əlavə imkanların araşdırılmasının zəruriliyini qeyd edib. Prezident İlham Əliyev Latın Amerikası ölkələrindən ilk dəfə olaraq Meksikada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasının önəmini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən dövlət başçısı Meksika Birləşmiş Ştatlarının Deputatlar Palatasının prezidenti Oskar Martin Arse Paniaquanın Azərbaycana səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirib.
    19.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 41 42 43 44 45 46 47 48 49 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30