Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Prezident İlham Əliyev Lənkəranda Bayraq Meydanı ilə tanış olub
    Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkərandakı Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki,  dövlət başçısının diqqətinə çatdırıldı ki, ölkəmizdə dövlət atributlarına hörmət və ehtiram ən yüksək səviyyədədir. Paytaxt Bakı ilə yanaşı, ölkəmizin bir çox bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Lənkəranda yaradılan Bayraq Meydanı da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
    Qeyd olunub ki, Bayraq Meydanının inşasına bu ilin mayında başlanılmışdır. Meydan şəhərin giriş hissəsində, Heydər Əliyev prospektində yerləşir.
    31.07.12 Məqaləni oxumaq
     
    Mübariz Qurbanlı: “Qarşıdan gələn seçkilərdə də onlar bu missiyadan istifadə edəcəklər…”
    “Hesab edirəm Azərbaycanın daxilindəki siyasi mübarizə qarşıdan gələn prezident seçkilərində də özünü göstərə bilər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, müxalifətçilik missiyası siyasi hakimiyyətlə mübarizədə özünü göstərə bilər və bu da seçki zamanı təbii ki, labüd olacaq: “Lakin kimsə üçüncü qüvvə ilə birləşib dövlətinin marağına qarşı çıxırsa, bu milli marağı tapdamaqdır. Müxalifətin radikal qanadı zaman-zaman xarici ölkələrə, beynəlxalq təşkilatlara şikayətlər edir və donos yazır. Əminəm ki, qarşıdan gələn seçkilərdə də onlar bu missiyadan istifadə edəcəklər”. M.Qurbanlı bildirir ki, Azərbaycandan kənarda dövlətin, Azərbaycan xalqının maraqlarına zidd fəaliyyət göstərən hər bir adam milli maraqları tapdamış sayılır.
    30.07.12 Məqaləni oxumaq
     
    Komitə sədri: “Ermənistanın Azərbaycana vurduğu zərər beynəlxalq ekspertlər tərəfindən hesablanmalıdır”
    Bakıda “Dövlətlərarası münaqişələr zəminində baş verən itki və tələfatların dəyərləndirilməsi” mövzusunda beynəlxalq simpozium keçirilib.

    “KƏLAMİNFO”nun məlumatına görə, tədbirin təşəbbüsçüsü Milli Məclisin üzvü Xanhüseyn Kazımlı simpoziumdakı çıxışı zamanı bildirib ki, istər ölkədaxili, istərsə də Azərbaycanın hüdudlarından kənarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş hər bir toplantıda Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması birmənalı şəkildə təsdiqlənir və qəbul olunur: “Münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycanın prezidenti İlham Əliyevin bütün səviyyələrdəki fəaliyyəti Azərbaycan xalqının iradəsinin tərənnümü olmaqla həm də beynəlxalq ictimaiyyət tərəfindən olduqca məqbul hesab olunur”.
    28.07.12 Məqaləni oxumaq
     
    İran xarici işlər nazirinin müavininin nə vaxt gələcəyi bilinmir
    Azərbaycana səfəri təxirə düşən İranın xarici işlər nazirinin müavini Səid Abbas Ərəqçinin Bakıya nə vaxt gələcəyi məlum deyil. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, səfərin təxirə salınması İran xarici işlər nazirinin müavininin gərgin iş qrafiki ilə bağlıdır: “Səfər qeyri-müəyyən tarixə qədər təxirə düşüb”.

    Qeyd edək ki, İran xarici işlər nazirinin müavininin səfəri bu günə planlaşdırılmışdı.
    28.07.12 Məqaləni oxumaq
     
    İsveçrə Ermənistan mətbuatının yazdıqlarını təkzib edib
    “İsveçrə Azərbaycanın ərazi bütövlüyünü tanıyır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    O qeyd edib ki, İsveçrə tərəfindən Qarabağda keçirilən qondarma seçkilərdən dərhal sonra Azərbaycana təqdim edilmiş notada belə qeyd olunub: “Ermənistan mətbuatının İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü tanımaması ilə bağlı yazdıqları məlumatlar əsassızdır və bu onların növbəti dezinformasiya səyləridir. Təəssüf ki, Ermənistanda bu, tendensiya halına çevrilib, Ermənistan rəhbərliyi bununla daxili ictimai rəyi aldatmağa çalışır”.
    27.07.12 Məqaləni oxumaq
     
    Azərbaycan Tanzaniyaya nota verib
    Azərbaycan Tanzaniyadan bu ölkənin Daxili İşlər Nazirliyinin rəsmi saytında Dağlıq Qarabağın ayrıca respublika kimi göstərilməsi məsələsinə aydınlıq gətirilməsini tələb edib.  “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    O qeyd edib ki, bununla bağlı Azərbaycan tərəfi Tanzaniyaya nota göndərib: “Azərbaycanın Cənubi Afrikadakı səfirliyi də məsələ ilə bağlı danışıqlar aparır. Rəsmi Bakının mövqeyi odur ki, bu problem dərhal həll olunsun”.
    Qeyd edək ki, Tanzaniya DİN-in saytında Qarabağ ayrıca respublika kimi qeyd olunub və bura səfər etmək istəyənlər üçün 50 dollar həddində viza haqqı göstərilib.
    27.07.12 Məqaləni oxumaq
     
    Argentina prezidenti Elmar Məmmədyarovu qəbul edib
    Argentina prezidenti Kristina Fernandez de Kirçner bu ölkədə rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətini qəbul edib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər.
    Argentina Prezidenti son illər iki ölkə arasında əməkdaşlığın dinamik inkişafından məmnun olduğunu qeyd edib və Azərbaycanla bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Həm Argentina, həm də Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyata malik olduğunu bildirən prezident Kirçner iki ölkə arasında əməkdaşlığın inkişafının qarşılıqlı səmərəli nəticələrə gətirib çıxaracağına əmin olduğunu söyləyib.
    27.07.12 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “AXCP və Müsavatdan seçkidə qalib gəlmək şansı olan namizəd görmürəm”
    “Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı bir qrup müxalif partiyasının ortaya atdığı “vahid namizəd” termininin özü yanlışdır. Çünki vahid namizəddən əvvəl bu məsələdə daha çox şanslı namizəd üzərində düşünmək lazımdır”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, hazırda şanslı namizəd termininin üzərində düşünmək həmin partiyalar, xüsusilə də AXCP və Müsavat partiyaları üçün daha vacib olardı: “Müxalifətdə ola bilsin ki, 5-6 ayrı-ayrı prezidentliyə namizəd ola bilər, amma hakimiyyət təmsilçiliyində qalib gəlmək üçün müəyyən parametrlərə ehtiyac var. Ona görə də o partiyalar əvvəlcə bu parametrlərə cavab verən namizəd haqqında düşünməlidirlər. Bunlar hazır odluqdan sonra ikinci tura keçid məsələsini nəzərdən keçirmək olar. Çünki bu halda ikinci tura keçilərsə, o zaman vahid namizəd öz-özünə formalaşacaq.
    27.07.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Kolumbiyanın mədən və enerji naziri ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər. Ölkəsinin enerji imkanları barədə geniş məlumat verən kolumbiyalı nazir zəngin karbohidrogen ehtiyatlara malik Azərbaycanla bu sahədə əməkdaşlığın yaradılması üçün səy göstərəcəklərini bəyan edib. Elmar Məmmədyarov Azərbaycanın zəngin neft tarixinə və təcrübəsinə malik olduğunu qeyd edib və bu sahədə güclü və ixtisaslı mütəxəssislər yetişdirən Azərbaycan Dövlət Neft Akademiyası haqqında məlumat verib. Bu sahədə mütəxəssislərin hazırlanması üçün kolumbiyalı tələbələrin akademiyada təhsil alması təklif irəli sürən Elmar Məmmədyarov Azərbaycanın bir sıra Latın Amerikası ölkələri ilə əməkdaşlıq etdiyini və Kolumbiya ilə də bu imkanların nəzərdən keçirildiyini diqqətə çatdırıb.
    27.07.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarova Kolumbiyanın “Ali komandor" ordeni təqdim olunub
    Kolumbiyaya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Senatının sədr müavini Edqar Espindola Ninonun başçılıq etdiyi senatorlardan ibarət qrupla görüş keçirib. XİN-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Edqar Nino Azərbaycana etdiyi səfəri xatırlayaraq, ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnun qaldığını qeyd edib. O, Elmar Məmmədyarovun bu rəsmi səfərinin iki ölkə arasında münasibətlərin dinamik inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.
    26.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 40 41 42 43 44 45 46 47 48 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30