Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunan regional direktoru ilə görüşüb
    Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Dünya Bankının Cənubi Qafqaz üzrə yeni təyin olunan regional direktoru Henri Kerali ilə görüşüb. “Dövlətqaçqınkomdan” “KƏLAMİNFO”a verilən məlumata görə, Ə.Həsənov H.Keralini yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib. Baş nazirin müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, ölkəmizdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb və Azərbaycanın Dünya Bankı ilə əməkdaşlıq etdiyi müddətdə kifayət qədər yaxşı təcrübənin toplandığını diqqətə çatdırıb. Bildirilib ki, təkcə qaçqın və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması istiqamətində Dünya Bankı ilə bir neçə uğurlu layihə həyata keçirilmiş və bu işlər davam etdirilməkdədir. Ə.Həsənov qeyd edib ki, dövlətin maliyyə imkanlarının getdikcə daha da artmasına baxmayaraq, etibarlı və təcrübəli beynəlxalq maliyyə təsisatları ilə kredit əməkdaşlığı davam edir.
    08.08.12 Məqaləni oxumaq
     
    Bodrumda Azərbaycan diaspor təşkilatlarının forumu keçirilir
    Avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumu öz işinə başlamışdır. Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzərTAc-a bildirmişlər ki, forumda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov, Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk, Türkiyənin Yalıkavak bələdiyyəsinin sədri Mustafa Saruhan iştirak etmişlər.
    07.08.12 Məqaləni oxumaq
     
    Türkiyədə Azərbaycan diasporu ilə bağlı forum keçiriləcək
    Türkiyənin Bodrum şəhərində “Xairici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda forum keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən “KƏLAMİNFO”ya verilən məlumata görə, forumda Azərbaycanın dövlət və hökumət nümayəndələri, millət vəkilləri, dünyanın müxtəlif ölkələrində yaşayan 200-dək soydaşımız iştirak edəcək. Formda baş tutacaq görüşlərdə və müxtəlif panellər üzrə müzakirələrdə Rusiyada, Türkiyədə, Ukraynada, Gürcüstanda, ABŞ-da və digər ölkələrdə yaşayan azərbaycanlıların yaşadıqları ölkələrin cəmiyyətinə inteqrasiyası problemləri, bu ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi yolları ətrafında fikir mübadiləsi aparılacaq.
    04.08.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır”
    “Artıq vaxt keçdikcə Rusiya Ermənistanın ikibaşlı oyunlarının antirusiya xarakterini daha çox anlayır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun fikrincə, Ermənistan Moskvanın əlində alət olsa da, buna baxmayaraq, son zamanlar Rusiya İrəvana qarşı təzyiqlərini bütün formalarda gücləndirir. M.Əhmədoğlu deyir ki, Rusiya Ermənistanı MDB məkanında təklif etdiyi inteqrativ layihələrə üzvlüyə açıq şəkildə təhrik edir, Ermənistan iqtisadiyyatının daha çox seqmentlərini öz təsiri altına almağa başlayır: “Bu gün Rusiya hərbiçiləri Ermənistanın daxilində xeyli aktivləşib. Moskva Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyindən uzaqlaşır. Ermənipərəst Rusiya politoloqları Qarabağ məsələsində Ermənistanın xeyrinə hər cür şərh verməklə yanaşı, indiki dövrdə Ermənistanın Rusiyadan uzaqlaşmasının onun üçün təhlükəli olacağını da bildirirlər”.
    03.08.12 Məqaləni oxumaq
     
    “Avropa İttifaqının Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişiklik var”
    “Əvvəlki illərdən fərqli olaraq indi Avropa İttifaqı Azərbaycanla münasibətlərə daha çox xüsusi önəm verir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Aİ prezidenti H.V.Pompeyin Bakıda olarkən verdiyi bəyanatlar İttifaqın Azərbaycan ilə bağlı mövqeyində kifayət qədər dəyişikliyin olduğunu göstərir və bu dəyişiklik müsbət tərəfədir: “Bu təkcə zaman faktoru ilə deyil, həm də Azərbaycan tərəfinin apardığı iş ilə bağlıdır. Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyindəki dəyişiklik də Azərbaycanın xeyrinədir”.
    02.08.12 Məqaləni oxumaq
     
    Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb
    Azərbaycanda bu ilin iyul ayı ərzində Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi artıb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən veriblər. Bu günə olan məlumata görə, Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin həcmi 29 278 873 AZN, 199 791 ABŞ dolları və 593 Avro təşkil edir. Artım manat hesabında qeydə alınıb. Dollar və avro hesabında rəqəm dəyişməz qalıb. Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.
    02.08.12 Məqaləni oxumaq
     
    Partiya sədrinin müavini: “…belə müxalifətin ittihamları da əsassız olur”
    “Faktiki olaraq Azərbaycan siyasi müstəvisində qarşıdan gələn seçkilərdə prezident İlham Əliyevə ciddi nativ ola biləcək siyasətçi yoxdur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc bildirib. Onun fikrincə, bu, artıq Azərbaycan siyasi səhnəsinin reallığıdır: “Ona görə də iqtidar son dərəcə maraqlıdır ki, qarşıdan gələn seçkilər azad və ədalətli keçsin. Bu, elə belə də olacaq”. Onun sözlərinə görə, İlham Əliyev həm Azərbaycan daxili siyasi mühitində, həm də beynəlxalq arenada özünü güclü siyasi lider kimi artıq təsdiq edib.
    01.08.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Lənkəran rayonunda səfərdədir
    Bu gün Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında xalqımızın ümummilli liderinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

    Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır. Ümumi sahəsi dörd hektar olan parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmış, fəvvarələr quraşdırılmışdır. Heydər Əliyev xatirə parkında asudə vaxtın səmərəli keçirilməsi və mənalı istirahət üçün hər cür şərait vardır.
    Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.
    Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənmişdir.
    01.08.12 Məqaləni oxumaq
     
    Prezident Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun yenidənqurmadan sonra açılışında iştirak edib
    Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsi qarnizonunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

    Dövlət başçısı qarnizonda yaradılmış şəraitlə yaxından tanış olub. Azərbaycan Prezidentinə Dövlət Sərhəd Xidmətinin digər hərbi hissələrində aparılan tikinti işlərinin layihələri barədə məlumat verilib.
    Prezident İlham Əliyev qarnizonun istifadəsində olan hərbi texnikaya da baxıb. Bildirilib ki, qarnizonun müasir hərbi texnika ilə təchiz olunması sərhəd mühafizəsinin yüksək səviyyədə həyata keçirilməsinə imkan verib.
    Dövlət başçısı qarnizonda yaradılmış şəraiti yüksək qiymətləndirib.
    01.08.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
    Prezident İlham Əliyev Lənkəranda Heydər Əliyev xatirə parkında inşa olunacaq Gənclər Mərkəzinin təməlqoyma mərasimində iştirak edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısına məlumat verilib ki, yeni yaradılacaq Gənclər Mərkəzinin ümumi sahəsi bir hektar, tikintialtı sahəsi isə 850 kvadratmetr olacaq. Burada geniş abadlıq-quruculuq işləri görüləcək. İkimərtəbəli binada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılacaq. Mərkəzin birinci mərtəbəsində kafe, diskoteka, tir və kino zalları fəaliyyət göstərəcək. Burada, həmçinin inzibati otaqlar da yaradılacaq. Binanın ikinci mərtəbəsində isə kompüter və oxu zalları, yaradıcılıq studiyaları üçün otaqlar yerləşəcək. Mərkəzdə müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı da inşa ediləcək.
    31.07.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 39 40 41 42 43 44 45 46 47 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30