Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Mübariz Əhmədoğlu: “Ukrayna rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilər”
    “Ukraynanın Ermənistana silah satması xəbəri ermənilərin və ermənipərəst qüvvələrin növbəti araqarışdırma üsulu idi”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirdiyi “Qarabağ saatı”nda politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, burada məqsəd tərəfdaş ölkə olan Azərbaycanla Ukraynanın münasibətlərinə zərər gətirməkdir: “Bu, həqiqətə uyğun deyil. Əvvəla, Ermənistanda Rusiya hərbi bazası var və ermənilərin başqa yerdən silah almağa ehtiyacı yoxdur. İkincisi də necə olur ki, mütəmadi olaraq Ermənistanın Azərbaycanla tərəfdaş olan ölkələrdən - Moldovadan, Rumıniyadan, Litvadan, indi də Ukraynadan silah alması xəbəri dövriyyəyə buraxılır?! Çünki Azərbaycanın tərəfdaş olduğu, silah aldığı bu ölkələrlə güclü münasibəti Ermənistana sərf eləmir”. M.Əhmədoğlu deyir ki, bu xəbər Ukrayna-Azərbaycan münasibətlərinə bir zərbə idi və təəssüflər olsun ki, Kiyev rəsmiləri bu sınaqdan uğurla çıxa bilmədilər.
    16.08.12 Məqaləni oxumaq
     
    DAK-da yeni təyinatlar olub
    Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniya yeni sərəncamlar imzalayıblar. Sərəncamlara əsasən, DAK-ın tərkibində Qarabağ Departamenti yaradılıb və Namiq Rəhimli DAK-ın Qarabağ Departamentinin rəhbəri təyin edilib. Məlumatı “KƏLAMİNFO”ya DAK-ın mətbuat xidmətindən veriblər. Bundan başqa, digər sərəncamla Rüstəm Şəbiyev DAK Gənclər Təşkilatının yeni sədri təyin olunub.
    15.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanovla görüşüb
    Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak etmək məqsədilə bu ölkənin Məkkə şəhərinə səfər edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov qazaxıstanlı həmkarı Yerjan Kazikanov ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-in mətbuat xidmətindən veriblər. Görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu və mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi yolları müzakirə edilib. Elmar Məmmədyarov Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti, eləcə də ölkəmizin Qoşulmama hərəkatı ilə əməkdaşlığı və fəaliyyəti barədə məlumat verib. Yerjan Kazikanov Azərbaycanın BMT TŞ-də müvəffəqiyyətli fəaliyyəti ilə əlaqədar Elmar Məmmədyarovu təbrik edib. Nazirlər görüşdə həmçinin, İslam Əməkdaşlıq Təşkilatının Məkkə Zirvə Görüşünün gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Prezident Koreya səfirini qəbul edib
    Prezident İlham Əliyev avqustun 13-də Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lee Ci Hanı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, Azərbaycan ilə Koreya arasında ikitərəfli münasibətlərin bir çox sahəni əhatə etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin uğurlu inkişafından məmnunluğunu bildirib. Koreyaya son səfərini xatırlayan prezident İlham Əliyev Koreyada gedən sürətli inkişafın şahidi olduğunu deyib və ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə geniş əməkdaşlıq əlaqələrinin önəmini qeyd edib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyətinə toxunan dövlət başçısı ölkəmizdə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğuladı və bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev Azərbaycandakı diplomatik fəaliyyətinə və ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirdi, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
    14.08.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov Konrad Adenauer Fondunun proqram rəhbərini qəbul edib
    Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Almaniya Federativ Respublikasının Konrad Adenauer Fondunun Cənubi Qafqazda siyasi dialoq üzrə Proqram rəhbəri xanım Canan Atılqanı qəbul edib. Partiyanın mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Konrad Adenauer Fondu ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq münasibətlərinin mövcud durumu, eləcə də birgə layihələrin reallaşdırılması barədə fikir mübadiləsi aparılıb.
    14.08.12 Məqaləni oxumaq
     
    TÜRKPA CICA-ya üzv qəbul olunub
    TÜRKPA-nın dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılıb və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda TÜRKPA-nın müraciəti müsbət qəbul edilib. Bu barədə məlumatı “Azadinform”a TÜRKPA-dan veriblər. CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində, BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Təşəbbüsün arxasında duran əsas məqsəd Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olub. CICA-nın təsis edilməsi haqqında iki əsas sənəddən biri olan CICA Üzv Dövlətləri Arasında Münasibətlərin Əsas Prinsipləri haqqında Bəyannamə 14 oktyabr 1999-cu il tarixində Almatıda keçirilən Xarici İşlər Nazirlərinin İlk Görüşündə qəbul edilib.
    13.08.12 Məqaləni oxumaq
     
    Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin görüşü keçiriləcək
    Avqustun 14-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçiriləcək. İqtisadi İnkişaf Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, tədbirdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər. Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq. Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir. Avqustun 13-14-də İqtisadiyyat Nazirlərinin 2-ci görüşünə hazırlıq məqsədilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının işçi qruplarının 2-ci iclası keçiriləcək. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında sərmayə mühitinin yaxşılaşdırılması, iqtisadiyyatın diversifikasiyası, nəqliyyatın inkişafı və sahibkarlıq üzrə 4 işçi qrupu fəaliyyət göstərir. İşçi qruplarının 2-ci iclasında Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın dövlət və özəl sektoru təmsil edən nümayəndələri tərəfindən müvafiq sahələr üzrə müzakirələr aparılacaq.
    11.08.12 Məqaləni oxumaq
     
    Elman Nəsirov: “Suriya ermənilərinin işğal altında olan ərazilərdə yaşamaları uzunmüddətli ola bilməz”
    “Suriyadakı ermənilərin Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlara köçürülməsinin heç bir perspektivi yoxdur”. Bu barədə açıqlamanı “KƏLAMİNFO”ya politoloq Elman Nəsirov deyib. O hesab edir ki, ermənilərin Dağlıq Qarabağda məskunlaşdırılmaları qısamüddətli ola bilər: “Onlar daimi bura gələ bilməzlər. Ona görə ki, ermənilər üçün heç bir infrastruktur, sabahkı günə inam yoxdur”. E.Nəsirov qeyd edib ki, yalnız az bir qrup erməni işğal altında olan ərazilərə gətirilə bilər, ancaq onlar həmin yerlərdə uzunmüddətli qala bilməzlər. Onun sözlərinə görə, Suriyada vəziyyət normallaşan kimi ermənilərin geri qayıtmaları ehtimalı kifayət qədər böyükdür. E.Nəsirov həmçinin bildirib ki, ermənilərin Suriyadan çıxarılması özlərinin yeritdiyi siyasət ucundan baş verib. Keçən ilin mart ayından - Suriyada baş verən hadisələrdən bəri 19 mindən artıq dinc insanın öldüyünün qeydə alındığını diqqətə çatdıran E.Nəsirov əlavə edib ki, ermənilər bu qətliamlarda Bəşər Əsəd rejimini müdafiə edir. Onun sözlərinə görə, Suriya və ərəb cəmiyyətində ermənilərlə Bəşər Əsəd eyni tərəf kimi qəbul olunurlar. Suriyada yaşamağın qeyri-mümkün təsiri bağışladığını vurğulayan E.Nəsirov bildirib ki, ermənilərin Avropa, xüsusilə Livana və digər ölkələrə axını proqnozlaşdırılandır və bəzi məlumatlara görə, 3 mindən artıq suriyalı erməni Ermənistana gəlib: “Ermənistan hökuməti bununla bağlı qapalı toplantı keçirib.
    10.08.12 Məqaləni oxumaq
     
    Azərbaycan Gənclər Fondu Dağıstanda keçirilən görüşdə təmsil olunub
    Azərbaycan və Dağıstan Respublikalarının qeyri-hökümət təşkilatları, gənclər parlamentləri, gənclər təşkilatları və digər strukturları arasında əməkdaşlığın və partnyor əlaqələrin yaradılması məqsədilə 6-7 avqust 2012-ci il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Azərbaycandan olan aktiv gənclər təşkilatlarının təşəbbüsü ilə görüş baş tutub. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Azərbaycan Gənclər Fondundan veriblər. Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsinin sədri Zaur Kaxrimanov, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Təsərrüfatı İnstitutunun rektoru Yəhya Buçayev, Dağıstanın Sahibkarlığın İnkişafı Mərkəzinin direktoru Vahab Vahabov, Mahaçqala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Parlamentinin sədri və deputatları və gənclər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirib.
    09.08.12 Məqaləni oxumaq
     
    Qriqori Karasin: Rusiya 2012-2013-cü illərdə Qarabağ nizamlanmasında irəliləyişlərə ümid edir
    Rusiya 2012-2013-cü illərdə Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlərə ümid edir. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin “Qolos Rossii” radiosuna bildirib. O bildirib ki, Ermənistan və Azərbaycan Rusiyanın MDB üzrə yaxın tərəfdaşlardır: “Biz Yerevan və Bakı ilə münasibətlərə böyük önəm veririk və hər iki tərəfin Dağlıq Qarabağ mövzusunda mövqelərinin yaxınlaşması üçün hər şeyi edirik. Bu, öz tarixi, kökü olan həddən artıq mürəkkəb, qarışıq mövzudur. Hesab edirəm ki, bütün diqqət Minsk qrupuna yönəlməlidir”.
    08.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 38 39 40 41 42 43 44 45 46 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30