Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    Elmar Məmmədyarovun İrana səfəri başlayır
    Sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfəri başlayır. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

    O qeyd edib ki, E.Məmmədyarovun səfərinin məqsədi “Qoşulmama hərəkatı”na üzv ölkələrinin xarici işlər nazirlərinin zirvə toplantısında iştirak etməkdir: “Biz “Qoşulmama hərəkatı”na artıq 1 ildir ki, üzvük və bu, Azərbaycan üçün vacib təşkilatdır. Bu hərəkat Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanı təcavüzkar dövlət kimi tanıyır”.
    E.Abdullayev deyib ki, nazirin Tehrana səfəri zamanı ikitərəfli görüşlər nəzərdə tutulub və hazırda bu görüşlərə hazırlıq gedir: “Görüşlərin mahiyyəti barədə yaxın günlərdə açıqlama veriləcək”.
    O qeyd edib ki, səfər avqustun 31-i başa çatacaq.
    30.08.12 Məqaləni oxumaq
     
    Qazaxıstanın xarici işlər naziri ilin sonuna qədər Azərbaycana səfər edəcək
    Qazaxıstanın xarici işlər naziri Yercan Kazıxanov ilin sonuna qədər Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov keçirdiyi mətbuat konfransında bildirib.
    O qeyd edib ki, hazırda səfərin vaxtı və proqramı üzərində iş gedir. Səfir eyni zamanda bildirib ki, noyabrın 19-20-də Azərbaycanda Qazaxıstan Mədəniyyət Günləri keçiriləcək.
    29.08.12 Məqaləni oxumaq
     
    Prezident İlham Əliyev Belarusda rəsmi səfərdədir
    Prezident İlham Əliyev bu gün Belarusa rəsmi səfərə gəlib. “Azadinform” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqları ilə bəzədilmiş Minsk Milli Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan prezidenti İlham Əliyevi Belarus prezidenti Aleksandr Lukaşenko qarşılayıb. Belarus dövlətinin başçısı Azərbaycan prezidentini salamlayıb. Rəsmi qarşılanma mərasimindən sonra dövlət başçılarının qısa söhbəti olub.
    29.08.12 Məqaləni oxumaq
     
    “Daily Times” qəzetində “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib
    Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri və Pakistanda böyük oxucu kütləsinə malik olan nüfuzlu ingilis dilli “Daily Times” qəzetində Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında “Mehriban Əliyeva-humanizm simvolu” adlı məqalə dərc edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya XİN-dən veriblər.

    Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımların edildiyi, şikəst uşaqların cəmiyyətə inteqrasiya olunması üçün yay düşərgələrinin təşkil olunduğu, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi qeyd olunub.
    25.08.12 Məqaləni oxumaq
     
    Avropa Komissiyası Azərbaycana 19,5 milyon avro verəcək
    Avropa Komissiyası Azərbaycanda ədliyyə və miqrasiya sahəsində islahatlara dəstək məqsədilə maliyyə vəsaiti ayırıb. “KƏLAMİNFO”nun Avropa Birliyinə istinadən verdiyi məlumata görə, 2012-ci il üzrə İllik Proqram çərçivəsində Azərbaycana 19,5 milyon avro veriləcək. 

    Bu vəsait AB-Azərbaycan Fəaliyyət Planı kontekstində razılaşdırılmış tədbirlərin həyata keçirilməsinə, o cümlədən viza alınması prosesinin optimallaşdırılması məsələlərinə yönəlib.
    25.08.12 Məqaləni oxumaq
     
    Prezident Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
    Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. “KƏLAMİNFO” xəbər verir ki, təbrikdə deyilir: “Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm. Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olub, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlayıb. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilib, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılıb. Ramazan bayramını bütün müsəlman aləmi kimi bizim xalqımız da hər il böyük məmnunluq hissi ilə qeyd edir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir.
    17.08.12 Məqaləni oxumaq
     
    Partiya sədri: “Onlar tərəfindən seçilən taktika düzgün deyil...”
    “Son illər keçirdiyi bayağı aksiyalar Azərbaycanın radikal müxalifətinin ictimaiyyət arasındakı nüfuzunu prezident seçkiləri qabağı xeyli zəiflədib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa bildirib. Onun sözlərinə görə, aksiyalar, çağırışlar, hətta iqtidar əleyhinə çağırışlar müxalifətin hüququdur, lakin onlar tərəfindən seçilən taktika düzgün deyil, yanlışdır. F.Mustafa deyib ki, Azərbaycan gənc dövlətdir və demokratiya yolu ilə gedir: “Azərbaycan Avropa məkanında yerləşir, Avropa Şurasının üzvüyük, müəyyən öhdəliklər var, Avropa İttifaqı ilə yaxşı əlaqələr var. Bizim müharibə aparan ölkə olduğumuz da unudulmamalıdır. Bütün bu şərtləri nəzərə almaq vacib idi və mübarizə taktikası yerli şərtlərə uyğun olmalı idi”. Partiya sədri hesab edir ki, müxalifətin yanlış taktika seçməsi nəticəsində aparıcı müxalifət qüvvələrinin çoxu sıradan çıxıb: “Ona görə də seçki qabağı hələ də bir qərara gələ bilmirlər, fikrimcə bu gedişlə nə Müsavat, nə da AXCP heç bir nəticəyə gəlməyəcəklər”.
    17.08.12 Məqaləni oxumaq
     
    Politoloq: “Çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsin”
    “Bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Rusiya modelində işğal olunmuş ərazilərin müstəqil olması və ya Ermənistana birləşməsi mümkün deyil”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə politoloq Mübariz Əhmədoğlu bildirib. O qeyd edib ki, əks halda bu, Rusiyanın Cənubi Qafqazda mina hazırlayıb və bu minanı Şimali Qafqaza ötürməsi demək olardı: “Rusiya anlamında erməniləri qane edə biləcək yeganə variant Dnestryanı münaqişəni tənzimləmək üçün Rusiyanın təqdim etdiyi “xüsusi status modeli” ola bilər. Lakin çətin ki, Rusiya bu modeli Azərbaycana tətbiq etsin. Rusiyanın ortalığa qoyduğu variant Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin daha çox nəzərə alınması istiqamətində olacaq”. M.Əhmədoğlu deyib ki, Abxaziya və Cənubi Osetiyanın Dağlıq Qarabağdakı “prezident seçkiləri”nin nəticələrinə görə “qalib” elan edilən Bako Saakayanı təbrik etməmələri Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində mövqeyinin ermənilərin ziyanına dəyişdiyinin göstəricisidir: “Erməni ekspertlərin və ermənipərəst Rusiya siyasətçilərinin bu məsələyə münasibət bildirməmələri də vəziyyəti qətiyyən dəyişmir. Onlar susmaqla Rusiyanın Dağlıq Qarabağ məsələsində dəyişilmiş mövqeyini neytrallaşdıra bilməyəcəklər”.
    17.08.12 Məqaləni oxumaq
     
    Komitə Ramazan bayramı münasibəti ilə 377 məcburi köçkün ailəsinə yardım edib
    Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbərliyi Ramazan bayramı münasibəti ilə Ağsu rayonunda olub, həmin rayonda müvəqqəti məskunlaşan məcburi köçkün ailələrinə kollektivin yardımını çatdırıblar. Bu barədə məlumatı “KƏLAMİNFO”ya DTXK-dən veriblər. Bütövlükdə 377 məcburi köçkün ailəsinə 18 950 manatlıq düyü, şəkər tozu, çay, yağ və un kimi ərzaq məhsullarından ibarət yardım edilib.
    16.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Səudiyyə Ərəbistanında İslam Zirvə Toplantısının fövqəladə sessiyasında iştirak edir
    Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının dördüncü fövqəladə sessiyasında iştirak edir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, zirvə toplantısı zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilir. Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulub.
    16.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 37 38 39 40 41 42 43 44 45 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30