Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov vəfat edib
    Ötən gecə Tacikistanın Azərbaycandakı səfiri Zokir Vazirov uzun sürən xəstəlikdən sonra 64 yaşında vəfat edib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb. Onun dəfni Tacikistanda baş tutacaq və bununla əlaqədar olaraq onun cənazəsi tezliklə Düşənbəyə göndəriləcək. Z. Vazirov insult keçirmişdi və Bakıdakı Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. O 1948-ci ildə anadan olub. 2005-2007-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb. 2008-ci ildə Azərbaycana səfir göndərilib.
    03.09.12 Məqaləni oxumaq
     
    İqbal Ağazadə: “Bizim xüsusi təkliflərimiz olacaq”
    “Əgər iqtidarla müxalifətin dialoqu baş tutarsa, bizim partiyanın xüsusi təklifləri olacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə bildirib. O qeyd edib ki, bu dialoq vacibdir və Azərbaycan cəmiyyətinin həll edə bilmədiyi bütün məsələlər bu dialoqda müzakirəyə çıxarılmalıdır. Onun sözlərinə görə iqtidar-müxalifət dialoqunda müzakirəyə çıxarılacaq məsələləri kateqoriyalara bölmək düzgün deyil: “Burada müzakirə ediləcək məsələlərə qeyri-ümummilli və ya ümummilli məsələ kimi yanaşmaq dialoq təklifinin reallaşmasına müsbət təsir göstərməyə bilər”. O bildirib ki, Azərbaycanda ümummilli məsələ tək Qarabağ problemi deyil.
    03.09.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə beynəlxalq İqtisadi Forumda Azərbaycanı təmsil edəcək
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Krınisa şəhərində keçiriləcək XXII İqtisadi Forumda iştirak etmək üçün Polşaya gedib. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, A.Mollazadə forumda “Şərq tərəfdaşlığı, Şərq Tərəfdaşlığı regionundakı münaqişələrin həllinə necə kömək edə bilər?” və “Türkiyə və Orta Şərq, yoxsa Türkiyə və Avropa Birliyi” mövzularında çıxış edəcək. Birinci mövzu ilə bağlı son 20 ildə Şərq Tərəfdaşlığı ölkələrindəki, həmçinin Cənubi Qafqazdakı ağrılı münaqişələr, hər il bu münaqişələrdə ölənlərin sayının artması və onlardan tez-tez beynəlxalq siyasətdə alət kimi istifadə olunması, bu münaqişələrin həlli yollarının tapılması, BMT ilə ATƏT-in əməkdaşlığının bu regionda sabitliyin möhkəmləndirilməsinə necə təsir göstərəcəyi, sülhün təmin olunması üçün hansı mexanizmlərdən istifadə olunması ətrafında fikir mübadiləsi aparılacaq.
    03.09.12 Məqaləni oxumaq
     
    Prezident Ramil Səfərovun əfv edilməsi haqda sərəncam imzaladı
    Macarıstanda həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərov Azərbaycana gətirilib və dərhal əfvi ilə bağlı sərəncam verilib. “KƏLAMİNFO” bu barədə rəsmi dövlət mətbuatına istinadən xəbər verir. Qeyd edək ki, prezident İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
    01.09.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə Beynəlxalq Böhran Qrupunun proqram direktoru ilə görüşüb
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz layihələri üzrə direktoru Lourens Şitslə görüşüb.

    Demokratik İslahatlar Partiyasının mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə bölgədə gedən proseslər, Cənubi Qafqazdakı münaqişələr və onların həlli yolları, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə olunub. Asim Mollazadə qonağa partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
    01.09.12 Məqaləni oxumaq
     
    İlham Əliyev “TeliaSonera” şirkətinin prezidentini qəbul edib
    Prezident İlham Əliyev bu gün “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberqi qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik şəkildə inkişaf etdiyini yüksək qiymətləndirib. O, “Azərcell” şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib. İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü deyib. Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən “Transavrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə “TeliaSonera” şirkətinin verdiyi dəstəyin önəmi qeyd olunub, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulanıb.
    01.09.12 Məqaləni oxumaq
     
    NATO-nun baş katibi Azərbaycana səfər edəcək
    NATO-nun baş katibi Anders Foq Rasmussen sentyabrın 7-də Azərbaycana səfər edəcək. “KƏLAMİNFO” xəbər verir ki, NATO baş katibinin Cənubi Qafqaz turnesi çərçivəsində gerçəkləşəcək. Anders Foq Rasmussen Bakıda Azərbaycan rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Qeyd edək ki, A.F.Rasmussen sentyabrın 5-6-da Ermənistanda olacaq. Səfər zamanı Rasmussen Ermənistan prezidenti Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyanla görüşəcək.
    31.08.12 Məqaləni oxumaq
     
    “Müxalifət vahid namizəd tapsa belə, qələbə şansları yenə azdır”
    “Azərbaycanda indi özünü müxalifət adlandıran qüvvələr elə bir durumdadır ki, onlar ya vahid namizəd halında, ya da ayrı-ayrı namizəd halında heç vaxt seçkilərdə qələbə qazana bilməyəcəklər. Çünki onların buna yetəcək nüfuzları yoxdur”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bildirib.

    O qeyd edib ki, bu gün müxalifətin prezident seçkiləri qabağı vahid namizəd axtarışı yersiz cəhddir və bu cəhdləri baş tutarsa belə, heç nə dəyişməyəcək: “Buna görə də hesab edirəm ki, nəinki ayrı-ayrı namizədlər üzərində, hətta indiki çoxqütblü müxalifət seçkilərdə vahid namizədlə iştirak edəcəyi halda belə, prezident İlham Əliyevin qələbəsinə şübhə yoxdur. Müxalifət vahid namizəd tapsa belə, qələbə şansları yenə azdır. Çünki İlham Əliyevin şansı çox böyükdür, xalq onu dəstəkləyir”.
    31.08.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Suriyanın xarici işlər naziri ilə görüşüb
    Xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb. Hər iki ölkənin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub. E.Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.
    31.08.12 Məqaləni oxumaq
     
    Səfir Elxan Poluxov CAR parlamentinin spikeri ilə görüşüb
    Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfiri Elxan Poluxov fəaliyyət göstərdiyi ölkənin Qərbi Keyp (Western Cape) əyalətinin paytaxtı Keyp Taun (Cape Town) şəhərində rəsmi səfərdə olub. Bu barədə məlumatı “KƏLAMİNFO”a CAR-dakı səfirliyimizdən veriblər.

    Səfər zamanı E.Poluxov parlamentin spikeri M.V.Sisuslu ilə tanışlıq görüşü keçirib. Qəbula görə təşəkkürünü bildirən E.Poluxov CAR parlamentində rəsmi qonaq qismində ilk Azərbaycan diplomatı olmasından qürur duyduğunu deyib. Həmsöhbətə Azərbaycanda sürətlə gedən inkişaf prosesi, ağrılı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri haqda ətraflı məlumat verib. Hər iki ölkənin təqribən eyni dövrdə yeni siyasi sistemə keçdiyini bildirən səfir bu səbəbdən ölkələr arasında oxşar cəhətlərin çox olduğunu qeyd edib.
    Daha sonra səfir parlamentlərarası diplomatiyanın əhəmiyyətini vurğulayıb və bu münasibətlərin dövlətlərarası əlaqələrdə xüsusi rol oynadığını bildirib.
    30.08.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 36 37 38 39 40 41 42 43 44 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30