Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Şeyxülislam Allahşükür Paşazadə Belçikada səfərdə olub
    Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 16-da Belçikaya yola düşüb. Səfər Krans Montana Forumunun Brüsseldə keçirilən XV illik sessiyasına dəvət əsasında həyata keçirilir.  Oktyabrın 16-da açılışı olacaq sessiya oktyabrın19-dək davam edəcək. Sessiyanın işi müxtəlif mövzulara həsr olunmuş plenar iclaslar şəklində təşkil edilmişdir. Plenar iclasların nüzakirəsinə çıxarılan mövzular arasında YUNESKO və İSESKO ilə əlaqədə «Daha humanist dünya: stabilliyin və inkişafın yolu» problemi yer almışdır.
    19.10.13 Məqaləni oxumaq
     
    QMİ Qazılar Şurası Qurban bayramı münasibətilə Fətva verdi
    Qafqaz  Müsəlmanları İdarəsinin Qazılar Şurası Qurban bayramı münasibəti ilə Fətva verdi. Fətvada deyilir: Allah-Təalanın müsəlmanlara bəxş etdiyi müqəddəs Qurban Bayramı münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu əziz gündə Uca Yaradandan hamıya mərhəmət və məğfirət diləyir. Bu müqəddəs günlərdə Vətənimizin xoşbəxt gələcəyi, xalqımızın rifah və səadəti, işğal altında olan torpaqlarımızın azad olunması üçün dualar edir, xüsusilə Qurban bayramının layiqli şəkildə keçirilməsinə imkan və şərait yaradan dövlətimizə dərin minnətdarlığımızı və xeyir-dualarımızı çatdırırıq.
    07.10.13 Məqaləni oxumaq
     
    Hacı Mirəziz: Biz talışlar Ələkrəmi talışlıqdan çıxarmışıq
    “Xəyanətkar və satqın Ələkrəm Hümbətovun Ermənistana səfəri cənub bölgəsinin ziyalılarını və ağsaqqalları narahat edir. Biz onun doğma Azərbaycanımıza qarşı xəyanətkar mövqeyindən təəssüflənirik”. Bu barədə AZADİNFORM-a açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin Fətva şöbəsinin müdiri Qazi Hacı Mirəziz Seyidzadə mənfur Ələkrəm Hümbətovun Vətənə xəyanətinin hər kəsə bəlli olduğunu söyləyib.  Hacı Mirəziz bildirib ki, Ələkrəm kmi “canlı ölü”lər bütün dövrlərdə milli mənafeyimizə zərbə vurmağa çalışıb: 
    01.10.13 Məqaləni oxumaq
     
    Azərbaycanın Qazaxıstandakı səfirliyində görüş olmuşdur
    Astanaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Qazaxıstandakı səfirliyində olmuş, səfirliyin əməkdaşları ilə görüşmüşdür. Səfir Zakir Həşimov söhbət zamanı Azərbaycanla Qazaxıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi vaxtı ilə səmimi dostluq münasibətləri birləşdirirdi və bu da ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəyə qalxmasında mühüm rol oynamışdır. Diplomatın sözlərinə görə, bu münasibətlər hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev tərəfindən uğurla davam etdirilir.
    26.09.13 Məqaləni oxumaq
     
    Bütün Qafqazın Şeyxi Qazaxıstanda keçirilən konfransda iştirak edib
    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın paytaxtı Astanada keçirilən “Astana Qurultaylarının sivilizasiyaların dialoqunda rolu” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda iştirak edib. Konfransdan öncə QMİ sədri Şeyxülislam A. Paşazadə Qazaxıstan Parlament Senatının sədri Kayrat Mami tərəfindən qəbul edilib. Senat sədri Azərbaycan və Qafqaz müsəlmanlarının dini liderinə Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin ilk Sammitinin 10 illiyinə həsr olunmuş forumun işinə qatıldığı üçün təşəkkürlərini bildirib. K. Mami Şeyxülislam A. Paşazadə kimi dinlərarası əməkdaşlıq işinə böyük əməli töhfələr vermiş bir dini liderin iştirakından məmnunluq duyduğunu bildirib.
    26.09.13 Məqaləni oxumaq
     
    Vasim Məmmədəliyev: Prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir
    Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda respublikanın din xadimlərinin iştirakı ilə konfrans keçirilir. Trend-in məlumatına görə, konfrans oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlıdır. QMİ Elmi-Dini Şurasının sədri Vasim Məmmədəliyev tədbiri açıq elan edərək bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının həyatında taleyüklü məsələdir: "Xalq öz taleyini kimə tapşırmağı düşünür, dindarlar da öz növbəsində istəyirlər ki, buna öz münasibətini bildirsinlər".
    V.Məmmədəliyev qeyd edib ki, son illər Azərbaycanın əldə etdiyi nailiyyətlər göz qabağındadır. 
    19.09.13 Məqaləni oxumaq
     
    "Xahiş edirəm ki, siz Azərbaycanın sərhədləri deyəndə, düşünəndə Qarabağ, işğal olunmuş torpaqları da hesablayasınız"
    Azərbaycanın sərhədləri nəzərdə tutulanda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlar da hesablanmalıdır. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İran Sərhəd Polisinin nümayəndə heyəti ilə görüşündə bildirib. A.Paşazadə deyib. "Xahiş edirəm ki, siz Azərbaycanın sərhədləri deyəndə, düşünəndə Qarabağ, işğal olunmuş torpaqları da hesablayasınız. Oranın da Azərbaycan torpaqları olduğunu daim nəzərə alasınız".
    Şeyxülislam qeyd edib ki, İranla Azərbaycan arasında əlaqələr, xüsusilə də din sahəsində hər zaman yaxşı olub: "İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin az müddət əvvəl ölkəyə gəlməsinə baxmayaraq xeyli işlər görüb".
    17.09.13 Məqaləni oxumaq
     
    Qərb bölgəsinin dindarları prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyən bəyanat qəbul ediblər
    Bu gün Gəncə şəhərində Dini Qurumlarla İş üzrə Dövlət təşkilatçılığı ilə Respublikanın Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçıiarın iştirakıyla “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib. Gəncədə fəaliyyət göstərən dini icmaların təşəbbüsü ilə qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı bəyanatın mətni konfrans iştirakçılarına təqdim edilib. Səsə qoyulan bəyanat qərb bölgəsinə daxil olan 12 rayonda fəaliyyət göstərən dini icma nümayəndələri tərəfindən yekdilliklə qəbul olunub. 
    10.09.13 Məqaləni oxumaq
     
    Gəncədə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilir
    Bu gün Gəncə şəhərində "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda regional konfrans keçirilir. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  sədri Elşad İskəndərov  Azərbaycanda milli-mənəvi dəyərlərin formalaşmasında Gəncənin xüsusi rolundan danışıb: “Təkcə Nizami Gəncəvinin adını çəkmək kifayətdir. Bizim milli – mənəvi dəyərlərimiz hər zaman xurafatdan uzaq olub. Bu bizim milli kimliyimizə yaddır. Gəncənin bir əhəmiyyəti də Peyğəmbərin Əhli-beytinə sevgi İmamzadənin burada olmasıdır. Məzhəbindən asılı olmayaraq Azərbaycanda hər zaman Əhli – beytə sevgi olub. Bibiheybətdə Ulu Öndər ziyarətgahın təmirini həyata keçirməklə bunun əsasını qoydu və bu gün Prezident İlham Əliyev bu yolu davam etdirir və Gəncədəki İmamzadə kompleksi yenidən qurulur."

    10.09.13 Məqaləni oxumaq
     
    Suriyada hərbi əməliyyatlarla bağlı qərara yox deyək!
    Amerika Birləşmiş Ştatları tərəfindən Suriya ərazisində hərbi əməliyyatlara başlanılacağı barədə xəbərlər bütün dünya ictimaiyyətini, o cümlədən, Qafqaz Müsəlmanları İdarəsini narahat edir və diqqət mərkəzindədir. Belə ki, bu hadisələrin gedişatı ümumən bəşəriyyətin taleyinə təsir edə bilər. Suriya torpağı tarixən müxtəlif dinlərin nümayəndələrinin yaşadığı və zəngin mənəvi irs yaratdığı məkan olmuşdur. Hazırda bu torpaqlarda müqəddəs məkanların, o cümlədən, İslam ziyarətgahlarının dağıdılması və insanların kütləvi məhvi bizim qəlbimizi sarsıdır və hədsiz hiddətləndirir. Heç bir vəchlə bu hadisələrə haqq qazandırmadan, əsl günahkarların ciddi şəkildə müəyyən edilib, beynəlxalq mühakiməyə verilərək cəzalandırılmasının tərəfdarıyıq. İnsanlıq əleyhinə cinayət törətmişlərin məhvi adı ilə günahsız insanların cəzalandırılmasını isə heç bir halda qəbul edə bilmərik.
    07.09.13 Məqaləni oxumaq
     
    Səhifələr : # « 1 2 3 4 5 6 7 8 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30