Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Prezident orta təhsil ocaqlarının təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
    Prezident İlham Əliyev bu gün Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev əvvəlcə Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyində həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış olub. Ətraf ərazilərdə yaşayan əhalinin sayının artması ilə əlaqədar məktəbin yeni sinif otaqlarına olan tələbatı nəzərə alınaraq təhsil burada 36 əlavə sinif otağı üçün nəzərdə tutulub, 660 şagird yerlik, üçmərtəbəli yeni tədris korpusu da inşa olunub.
    06.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “Ermənistan hələ də sivil beynəlxalq münasibətlərə uyuşmur”
    “Erməni terror siyasətinin tarixi əsrin əvvəllərinə gedib çıxır. Ermənilər daima öz məqsədlərinə nail olmaq, xüsusilə qonşu xalqlarla münasibətlərini araşdırmaq, ərazi, əhali və digər məsələləri həll etmək üçün terror üsulundan mütəmadi olaraq istifadə ediblər”. Bunu “KƏLAMİNFO”ya müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ASALA terror təşkilatının Azərbaycanın xaricdəki diplomatik korpuslarını terrorla hədələməsinə münasibət bildirərkən deyib. “Bu gün də bu fakt göstərdi ki, onların bu təşkilatları heç də yox olmayıb, heç də keçmiş deyil, sadəcə olaraq məqam gözləyirlər, əllərinə fürsət düşən kimi bundan istifadə edirlər” - deyə Ə.Həsənov vurğulayıb. PA rəsmisi ermənilərin vicdanına yazılacaq onlarla belə hadisənin olduğunu söyləyib.
    06.09.12 Məqaləni oxumaq
     
    PA şöbə müdiri: “Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması işğal faktının təsdiqi olacaq”
    “Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıması ilə özünü tam ifşa edəcək və bu onların bu günə kimi yayınmağa çalışdığı işğal faktının təsdiqi olacaq”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov: “İranın bu jesti münasibətlərə müsbət təsirini göstərəcək”
    “Mən düşünürəm ki, istənilən halda İranın bu ölkədə həbs olunan azərbaycanlı şairləri azadlığa buraxması jesti iki ölkə arasındakı münasibətlərə öz müsbət təsirini göstərəcək. Biz dəfələrlə İran tərəfinə açıq və ya yaxud diplomatik vasitələrlə çatdırmışıq ki, iki ölkə arasındakı münasibətlərdə belə hallar yolverilməzdir”. Bunu “KƏLAMİNFO”ya açıqlamasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
    05.09.12 Məqaləni oxumaq
     
    Azərbaycan XİN: “Hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək”
    “ASALA” terror təşkilatı tərəfindən Azərbaycan vətəndaşlarına, diplomatlarına qarşı törədiləcək hər hansı bir təxribata görə bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşəcək. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.
    05.09.12 Məqaləni oxumaq
     
    Konqresmen Dan Börton Azərbaycanda səfərdədir
    ABŞ konqresmeni Dan Börton Azərbaycanda səfərdədir. Bu barədə məlumatı “KƏLAMİNFO”ya ABŞ-ın Bakıdakı səfirliyindən veriblər. Börtonun Bakıda bir sıra görüşlər keçirməsi gözlənilir. Qeyd edək ki, Dan Börton İndiana ştatının 5-ci seçki dairəsindən ABŞ Nümayəndələr Palatasına seçilib. O, Respublikaçılar Partiyasının üzvüdür.
    05.09.12 Məqaləni oxumaq
     
    Mübariz Əhmədoğlu: “ABŞ münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”
    “Faktiki olaraq indiki şəraitdə Suriya erməniləri bu ölkədə ABŞ-ın maraqlarına xidmət edirlər”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Suriya xristian icmasının Bəşər Əsədi dəstəkləyən bəyanatını erməni icmasının təkzib etməsi də bunu göstərir: “Digər tərəfdən, ABŞ-ın Serj Sarkisyana xüsusi münasibəti heç kimə sirr deyil. ABŞ-ın fikrincə, Sarkisyan Ermənistanı Rusiyadan qaçıra bilən yeganə şəxsdir. ABŞ sonu Rusiyanın Qafqaz regionundan sıxışdırılıb çıxarılması ilə nəticələnəcək münaqişəni Serj Sarkisyan vasitəsilə başlamaq istəyir”.
    05.09.12 Məqaləni oxumaq
     
    Azərbaycanlı deputat Pakistana gedir
    Bu gün Milli Məclisin deputatı İlham Məmmədov İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO) Parlament Forumunun yaradılması ilə əlaqədar keçiriləcək müzakirələrdə iştirak etmək üçün Pakistana gedib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. İslamabad şəhərində keçiriləcək toplantıya 10 müsəlman dövlətinin - Türkiyə, İran, Əfqanıstan, Pakistan, Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanın nümayəndələri qatılacaq. Deputatımız müzakirələrdə fəal iştirak edəcək, yeni yaradılacaq Parlament Forumu ilə bağlı fikirlərini bildirəcək.
    04.09.12 Məqaləni oxumaq
     
    SAM-ın eksperti Koreyada məruzə ilə çıxış edəcək
    SAM-ın əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlı Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun prezidenti Vuk Çaenin dəvətilə sentyabr ayının 6-da Cənubi Koreyanın paytaxtı Seul şəhərində səfərdə olacaq. SAM-dan “KƏLAMİNFO”ya verilən məlumata görə, V.Qasımlı Seulda "Koreya və Mərkəzi Asiya ölkələri arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi və iqtisadi əməkdaşlığın gələcək perspektivləri" mövzusunda məruzə ilə çıxış edəcək. SAM ekspertinin məruzəsi Azərbaycan-Koreya iqtisadi əməkdaşlığına həsr olunacaq. Qeyd edək ki, Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutunun təşəbbüsü ilə sözügedən konfrans hər il keçirilir. Konfransda Orta Asiya və Koreyanın əsas beyin mərkəzlərinin rəhbərləri iştirak edirlər. Bu ildən Azərbaycan ilk dəfə olaraq konfransda təmsil olunacaq.
    04.09.12 Məqaləni oxumaq
     
    Milli Məclisdə vətəndaşların qəbulu başlayıb
    Azərbaycan Milli Məclisinin aparatında vətəndaşların qəbulu bərpa edilib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya parlamentdən veriblər. Avqustun 30-da deputatların məzuniyyəti bitdikdən sonra vətəndaşların qəbulu və müraciətləri ilə iş şöbəsi sentyabr ayı üçün vətəndaşların qəbul günlərini açıqlayıb. İlk qəbul günü sentyabrın 7-dən başlayır. MM sədrinin birinci müavin Ziyafət Əsgərov vətəndaşları sentyabrın 24-də qəbul edəcək. Digər müavinlərdən Bahar Muradovanın qəbul günü sentyabrın 17-də, Valeh Ələsgərovun qəbul günü isə sentyabrın 28-dir.
    04.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 35 36 37 38 39 40 41 42 43 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30