Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Mübariz Qurbanlı: “Azərbaycan öz təhlükəsizliyini qorumağa qadirdir”
    «ASALA erməni lobbisinin maliyyə dəstəyi ilə fəaliyyət göstərir. Vaxtilə Türkiyə qarşı yaradılmış bu terror təşkilatı xeyli zamandır fəaliyyət göstərmirdi. İndi ASALA hansısa qüvvələr tərəfindən yenidən dirildilib». “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri yap.org.az saytına YAP icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib. M.Qurbanlı bildirib ki, bəzi dairələr ASALA-nı regionda alətə çevirmək istəyirlər. Onun sözlərinə görə, amma bu gün dünya dəyişir, terrorun hamı üçün təhlükə olduğu dərk olunur.
    12.09.12 Məqaləni oxumaq
     
    Prezident Qəbələ rayonunda səfərdədir
    Prezident İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlib. “KƏLAMİNFO” xəbər verir ki, bu gün dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılıb.
    12.09.12 Məqaləni oxumaq
     
    Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət yenidən gərginləşib
    Cəbhədə vəziyyət yenidən gərginləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Krasnoselsk və Berd rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun işğal olunmuş Aşağı Seyidəhmədli, Ağdam rayonunun Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Tərtər rayonunun Çiləbürt və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Düşmən cavab atəşi ilə susdurulub.
    11.09.12 Məqaləni oxumaq
     
    ATƏT Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirəcək
    ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sentyabrın 12-də Azərbaycanın Göygöl rayonunun Ömər dağ keçidindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və onun səhra köməkçisi Xristo Xristov keçirəcəklər.
    11.09.12 Məqaləni oxumaq
     
    Şahmar Mövsümov ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti ilə görüşüb
    Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə ATƏT-ə üzv ölkələrin daimi nümayəndələrindən ibarət nümayəndə heyəti arasında görüş keçirilib. ARDNF-dən “KƏLAMİNFO”ya verilən məlumata görə, Ş.Mövsümov Dövlət Neft Fondunun fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi, Neft Fondu tərəfindən maliyyələşdirilən layihələr, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqi prosesində ARDNF-nin aparıcı rolu barədə qonaqlara ətraflı məlumat verib. Görüşün sonunda Ş.Mövsümov ARDNF-nin fəaliyyətinə dair qonaqları maraqlandıran sualları cavablandırıb.
    11.09.12 Məqaləni oxumaq
     
    Samir Şərifov və Elmar Rüstəmov İsveçrə qrupunun illik görüşündə iştirak ediblər
    Maliyyə naziri Samir Şərifov və Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov İsveçrənin Montro şəhərində keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankında (DB) Azərbaycan Respublikasının təmsil olunduğu İsveçrə qrupunun illik görüşündə iştirak ediblər. Maliyyə Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, İsveçrə qrupunun yaranmasının 20 illiyi münasibəti ilə keçirilən geniş iclasda qrupda təmsil olunan ölkələr- İsveçrə, Azərbaycan, Polşa, Serbiya, Qazaxıstan, Türkmənistan, Tacikistan və Qırğızıstan arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri müzakirə edilib. Eyni zamanda, nümayəndə heyəti “Maliyyə böhranının uzunmüddətli nəticələri” adlı seminarda da iştirak edib.
    11.09.12 Məqaləni oxumaq
     
    Avropalı deputatlar Ermənistanın mövqeyinə etiraz edirlər
    Almaniya Bundestaqının və Böyük Britaniya Lordlar Palatasının üzvləri rəsmi İrəvanın azərbaycanlı zabit Ramil Səfərovun əfv olunması ilə bağlı tutduğu mövqeni kəskin pisləyiblər. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Avropa Azərbaycan Cəmiyyətindən veriblər. Almaniya Bundestaqının deputatı, Xristian Demokrat Partiyasının üzvü Olav Gutting Ramil Səfərovun Azərbaycana qaytarılması ilə əlaqədar Ermənistanın mövqeyinə etirazını bildirib. O.Gutting hesab edir ki, ekstradisiyanın Avropa hüquq müstəvisində qanuniliyinə heç bir şübhə yoxdur: “Odur ki, Ermənistan hökumətini, eləcə də erməni diasporunu tərəfdaşımız olan Macarıstana qarşı tənqid tonunu azaltmağa səsləyirik. Ermənistan tərəfinin Macarıstanın beynəlxalq hüququ pozmasına dair iddialarının, sadəcə yanlış və səbatsız olduğu sübut oluna bilər. Macarıstan səfirlikləri qarşısında nümayişlərə çağırış növbəti iğtişaşlara təhrik edəcək ki, bu da nə etibarın artırılmasına, nə də Ramil Səfərovun Azərbaycana ekstradisiyasının obyektiv qiymətləndirilməsinə nail olmaq üçün əlverişli yoldur. Odu daha da alovlandırmaq əvəzinə, Ermənistan bu ekstradisiyanın qanuniliyini tanımalı və danışıqlar masasına yenidən qayıtmalıdır”.
    11.09.12 Məqaləni oxumaq
     
    Aydın Mirzəzadə: “Ermənistan sivil qaydalara hazır deyil”
    “Erməni diasporunun son bəyanatları göstərdi ki, onlar üçün müqəddəs heç bir şey qalmayıb”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında hakim Yeni Azərbaycan PArtiyasının Siyasi Şuranın üzvü, deputat Aydın Mirzəzadə bildirib. O qeyd edir ki, ASALA terror təşkilatının azərbaycanlılara qarşı hədə dolu bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, Ermənistan hakimiyyətində etnik təcavüzə meyillilik güclüdür: “İndi elə bir dövrdür ki, istənilən fikir ayrılığını sivil qaydada, beynəlxalq hüquq normaları çərçivəsində həll etmək olar. Amma görünən odur ki, Ermənistan buna hazır deyil”. A.Mirzəzadə deyir ki, bu gün dünya ictimaiyyətinin qarşısında duran əsas məsələlərdən biri terrorla mübarizədir və bütün beynəlxalq təşkilatlar daim bu mübarizəyə dəstək verir: “Lakin təəssüflər olsun ki, azərbaycanlı zabitin öz vətəninə qayıtmasına ağız dolusu etiraz bəyanatları verən bəzi təşkilatlar erməni terror təşkilatının dünya azərbaycanlılarını hədələməsinə susur”. Deputat onu da bildirir ki, ASALA terror təşkilatı bəyanatları ilə Ermənistanın nüfuzunu zərbə altında qoyur.
    11.09.12 Məqaləni oxumaq
     
    Ramil Həsənov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin toplantısına qatılacaq
    TÜRKPA baş katibi Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti 12 sentyabr tarixində Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Yubiley İclası və Xarici İşlər Nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər. Səfər zamanı R.Həsənovun Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıkhanovla görüşü nəzərdə tutulub. Eyni zamanda baş katib Xarici İşlər Nazirlərinin IV görüşündə TÜRKPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcək. Səfərdə R.Həsənovu müavini Mels Semgaliyev və Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov müşayiət edəcəklər.
    11.09.12 Məqaləni oxumaq
     
    Sərdar Cəlaloğlu: “AXCP və Müsavat daim fərdi maraqları əsas götürür”
    “Hadisələr göstərir ki, 20 ildir Azərbaycan müxalifətində ayrı-ayrı siyasi liderlər, xüsusilə AXCP və Müsavat rəhbərliyi nəinki seçkilərdə, bütün proseslərdə milli maraqlarla ölkə maraqları fonunda ancaq fərdi və firqə maraqları əsas götürürlər”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
    10.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 33 34 35 36 37 38 39 40 41 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30