Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Rasim Ağayev: “Jirinovski kimi bir dəlidən də doğru xəbər var”
    “Əgər Ermənistanın prezidenti səviyyəsində Azərbaycan terrorla hədələnirsə və Rusiya Dövlət Dumasının vitse-spikeri V.Jirinovski səviyyəsində buna dəstək nümayiş olunursa, deməli, bizə qarşı dövlət səviyyəsində terror aktı gözlənilir”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. O qeyd edir ki, ermənilər Ramil Səfərovla bağlı, ümumiyyətlə, bu məsələ ilə əlaqədar dünya azərbaycanlılarına qarşı terror aktlarına əl atsalar, bu, qlobal xaos yaradacaq və ilk andan ermənilər özləri siyasi cəhətdən uduzacaqlar: “Fikrimcə, bütün bunlara qarşı Azərbaycan hökuməti ölkə daxili üçün deyil, ilk növbədə beynəlxalq ictimaiyyətə istiqamətli öz təbliğatını qurmalıdır. Hamıya məlumdur ki, ermənilər tarixən terrorla məşğul olublar və hər zaman azərbaycanlıları qırıblar”.
    17.09.12 Məqaləni oxumaq
     
    Fazil Mustafa: “Prezident seçkilərində partiyaların birgə iştirakı uğursuz nəticə verəcək”
    “Nəinki qarşıdan gələn prezident seçkiləri ərəfəsində, ümumiyyətlə, heç bir vaxt təmsil etdiyim partiya heç bir qrupa, birliyə qoşulmayacaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirib. O qeyd edib ki, Azərbaycan müxalif düşərgəsində qruplaşma heç vaxt müsbət nəticə vermir: “Çünki qruplaşan partiyalar qrup daxilində belə öz gücünə arxalanır, öz mənafeyini güdür ki, bu da ümumi halda gözlənilən nəticəni vermir. Buna baxmayaraq, parlament seçkiləri ərəfəsində partiyaların blok şəklində, qrup şəklində birləşməsi və seçkilərdə iştirak etməsi normaldır. Ancaq prezident seçkiləri fərqlidir və hesab edirəm hər bir partiya çalışıb öz namizədi ilə seçki mübarizəsinə qoşulmağa nail olmalıdır. Çünki burada söhbət partiyanın təbliğatı və partiya rəhbərinin seçkilərdə əhali ilə təmasından gedir”. F.Mustafa deyir ki, bu gün müxalif düşərgədə belə bir düşüncə var ki, hər kəs bir yerdə olanda daha güclü ola bilər: “Lakin faktiki olaraq bir yerdə olanda bəzən partiyalar daha zəif qabiliyyət ortaya qoyurlar, daha uğursuz nəticə göstərirlər”.
    14.09.12 Məqaləni oxumaq
     
    “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirilib
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Sülh aylığı” çərçivəsində sülh və insan hüquqlarının təbliği, din sahəsində dözümlülüyün, dinlərarası dialoqun gücləndirilməsi, ölkəmizdə mövcud olan tolerantlıq ənənələrinin möhkəmləndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirib. DQİDK-nin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, Kürdəmir şəhərində din xadimləri və ağsaqqalların iştirakı ilə “Dindarlar sülhün carçılarıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə dinlərin əsasını təşkil edən sülh və ədalət prinsiplərinin insanlar arasında təbliğindən, eyni zamanda, dinin terror və hər cür zorakılıq təzahürlərindən uzaq olması barəsində maarifləndirmə işində dindarların verə biləcəyi töhfələrdən geniş söhbət açılıb. Dövlət Komitəsi eyni mövzuda Lənkəran şəhər İcra Hakimiyyəti ilə birgə rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev İdarəçilik Universitetində “Dəyirmi masa”, Ağcabədi rayonunda ağsaqqallar və ziyalıların iştirakı ilə seminar-treninq, Quba rayonunda isə dindarların iştirakı ilə seminar keçirib.
    14.09.12 Məqaləni oxumaq
     
    İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xan sarayında olublar
    Bu gün Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ölkəmizdə səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan Şəki Xan sarayı ilə tanış olublar. “KƏLAMİNFO” xəbər verir ki, Mehriban Əliyevaya və Əminə Ərdoğana gül dəstələri təqdim olunub. Əvvəlcə Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirilib. Sarayla tanışlıq zamanı məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı başâ€ť Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur. Tikinti zamanı mismar və yapışqandan istifadə olunmayıb.
    14.09.12 Məqaləni oxumaq
     
    Elman Abdullayev: “Dünya ictimaiyyəti terror təhdidlərinə təcili reaksiya verməlidir”
    “Azərbaycan terrorla aktiv mübarizə apardığı bir vaxtda erməni terror təşkilatı Azərbaycan və Türkiyə diplomatlarına qarşı açıq terror təhdidləri ilə çıxış edir. Az öncə ASALA, indi isə Nor ASALA təşkilatının hədələri buna bariz misaldır”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. O qeyd edib ki, bu təhdidlər cəzasız qalmamalıdır və dünya ictimaiyyəti təcili buna reaksiya verməli, konkret mövqelərini ortaya qoymalı, erməni terrorizminə qarşı birgə səy göstərməlidir: “Azərbaycan terrora qarşı mübarizəsini bundan sonra da davam etdirəcək. Əgər Ermənistan terror yolunu seçibsə, Azərbaycan da terrora qarşı mübarizə metodunu seçib”.
    13.09.12 Məqaləni oxumaq
     
    Yaponiyanın xarici işlər naziri Elmar Məmmədyarova təbrik məktubu göndərib
    Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi ilə əlaqədar Yaponiyanın xarici işlər naziri Koiçiro Qemba Azərbaycanlı həmkarı Elmar Məmmədyarova təbrik məktubu göndərib. Nazirlikdən “KƏLAMİNFO”ya verilən məlumata görə, təbrik məktubunda iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə mövcud münasibətlərin yüksək səviyyədə olduğu vurğulanıb və bu münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib. Azərbaycanı Yaponiyanın Cənubi Qafqazda ən əsas partnyoru adlandıran Yaponiya xarici işlər naziri siyasi və iqtisadi sahədə yaxın əməkdaşlıq münasibətlərinin mövcudluğundan məmnunluğunu qeyd edib. Həmçinin cari ilin mart ayında Yaponiyada baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycanın dövlət başçısının başsağlığı mesajına və göstərilən diqqətə görə öz təşəkkürünü bildirib.
    13.09.12 Məqaləni oxumaq
     
    Diplomatlarımızı hədələyən ASALA-nın yeni variantıdır
    Nor ASALA (yeni ASALA) adlı erməni təşkilatı tərəfindən Azərbaycanın xaricdəki bir sıra diplomatik nümayəndəliklərinə terror hədəsi ilə dolu məktublar daxil olub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib. Məktubda azərbaycanlı zabit Ramil Səfərovun əfv olunmasına, eyni zamanda guya tarix boyu “erməni soyqırımı”na cavab olaraq türk və azərbaycanlı diplomatlar hədəf götürülüb. O da qeyd olunur ki, bu təşkilat erməni terror təşkilatı ASALA-nın yeni variantıdır və Livanda yaranan bu təşkilat İranın dəstəyi ilə formalaşıb. Məktub 11 bənddən ibarətdir və hər bənd ayrı-ayrı hədələrə əsaslanıb.
    13.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Həştərxanda səfərdədir
    Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Həştərxan şəhərində səfərdədir. “KƏLAMİNFO” Həştərxan Qubernatorluğunun rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində Ə.Həsənov Həştərxanın qubernatoru Aleksandr Jilkin ilə görüşüb. Görüşdə tərəflər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda tikiləcək bir neçə obyektin açılışı məsələlərini müzakirə ediblər. Bunlar arasında Rusiya Azərbaycan Dostluq Körpüsünün və “Arzu” uşaq şəhərciyinin açılış mərasimi sabah baş tutacaq. Açılışda Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya üzrə nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın da iştirakı gözlənilir.
    12.09.12 Məqaləni oxumaq
     
    Lavrov və Klinton Bakı ilə Yerevan arasında gərginliyi aradan qaldırmağa çalışırlar
    “Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Hillari Klinton Bakı ilə Yerevan arasında gərginliyi BMT Baş Assambleyasının iclasına qədər aradan qaldırmağa çalışırlar”. “KƏLAMİNFO” ABŞ Dövlət Departamentinin saytına istinadən xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentinin yüksək rütbəli əməkdaşı bildirib. Qeyd edək ki, Baş Assambleyanın iclası sentyabrın 18-də start götürəcək.
    12.09.12 Məqaləni oxumaq
     
    Rasim Ağayev: “Vaxt gələcək Ermənistan özü yalvaracaq”
    “Ermənistanın Macarıstanla əlaqələr kəsməsi bu dövlətin növbəti ciddi səhvlərindən biridir. Ona görə də bir müddət sonra Ermənistan özü Macarıstanla diplomatik əlaqələri bərpa etmək üçün yalvaracaq”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında politoloq Rasim Ağayev bildirib. Politoloq deyir ki, Ermənistanın belə “özündən çıxması” yersizdir, çünki Macarıstan qanunvericiliyi Avropa standartlarına tam olaraq uyğundur: “Bilirsiniz ki, Norveçdə Breyvik 77 nəfəri qətlə yetirdiyinə görə cəmi 21 il aldı, Ramil Səfərov isə onun millətini, ölkəsini, bayrağını təhqir edən şəxsi öldürdüyünə görə ömürlük həbs cəzası almışdı. Breyvik hadisəsindən sonra Avropa Birliyi ölkələri öz qanunvericiliyinə yenidən nəzər yetirdi.
    12.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 32 33 34 35 36 37 38 39 40 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30