Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Mübariz Əhmədoğlu: “ATƏT-in Minsk qrupunun dağılmasına nail olmalıyıq”
    “Son vaxtlar Dağlıq Qarabaş münaqişəsi ilə bağlı dəyişikliklər var və bu, Azərbaycanın xeyrinədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi “Qarabağ saatı”nda deyib.

    Onun sözlərinə görə, bu dəyişikliyin keyfiyyətə doğru sıçrayış yaradacağını indidən demək olmur: “Ramil Səfərovun ekstradisiyasından sonra ermənilərin yaratdığı səs-küy bir az müəyyən işlərin böyüməsinə imkan vermir, ancaq bu səs-küy kəsəndən sonra bütün dünya, xüsusən Avropada görəcəklər ki, hamı Ermənistandan Qarabağı məsələsini istəyir. Yəni əksəriyyətin şüurunda belədir ki, indiki vəziyyətin əsl səbəbi  Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasıdır”.  Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll edilsəydi, R.Səfərovun ekstradisiyası bu qədər səs-küy yaratmazdı: “Dağlıq Qarabağ münaqişəsi həll olunsaydı, Ermənistanın dövlət borcu 7,5 milyard dollara çatmazdı.
    21.09.12 Məqaləni oxumaq
     
    Böyük Britaniya Parlamentinin üzvü: “Ermənistanın hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”
    “Ermənistan hökumətinin Ramil Səfərov məsələsi ilə bağlı sonuncu müharibə hədələri Cənubi Qafqazda mövcud gərginliyi daha da artıra bilər”. Avropa Azərbaycan Cəmiyyətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, bu bəyanatla Böyük Britaniya Parlamentinin İcmalar və Yerli Hökumət komitəsinin üzvü, deputat Bob Bləkmən çıxış edib.
    Bəyanatda bildirilir ki, regionda vəziyyəti alovlandırmaq istəyənlər Səfərovun azad olunması məsələsindən sui-istifadə edirlər: “Lakin biz yadda saxlamalıyıq ki, Ramil Səfərovun ekstradisiyası Avropa Birliyi qanunvericiliyi çərçivəsində həyata keçirilib. Münaqişənin daha da alovlanmasından hər bir cəhdlə qaçmaq lazımdır və hər iki tərəf birgə masa arxasına keçməli, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə əsasən, sülh danışıqlarına başlamalıdır”.
    20.09.12 Məqaləni oxumaq
     
    “Avropa Parlamentinin qətnaməsi münasibətlərin ruhuna uyğun deyil”
    “Ermənistanda separatizm, terrorizm dövlət siyasəti olsa da, çox təəssüf ki, bu siyasəti açıq-aşkar həyata keçirən dövlətə qarşı nə Avropa Şurası, nə də Avropa Parlamenti heç bir reaksiya verir. Ancaq Azərbaycan beynəlxalq konvensiyaya və ölkə qanunvericiliyinə uyğun olaraq Ramil Səfərovu əfv etməsi nədənsə birdən-birə Avropa Parlamentində qıcıq yaratdı”. “KƏLAMİNFO” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin I vitse-spikeri Ziyafət Əsgərov bildirib.
    19.09.12 Məqaləni oxumaq
     
    İtaliya parlamentində Xocalı soyqırımı haqqında təqdimat olub
    İtaliyanın Azad Xalq Partiyasından olan deputat Del Tenno Maurizio 8 avqust 2012-ci il tarixində Xocalı faciəsinin tanınması ilə əlaqədar ölkə parlamentində təqdimat keçirib. Həmin təqdimat parlamentin 40-dək deputatı tərəfindən müdafiə olunub. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə məlumat İtaliya parlamentinin deputatı Del Tenno Maurizionun YAP-ın sədr müavini Əli Əhmədova göndərdiyi məktubda öz əksini tapıb. Verilən məlumata görə, Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupu rəhbərliyinin apardığı işlər nəticəsində qeyd olunan təqdimatı dəstəkləyən deputatların sayı getdikcə artmaqdadır. Qeyd edək ki, bu ilin mart ayının 12-14-də Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin Azad Xalq Partiyasının rəhbəri, İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni ilə Milan şəhərində görüşü keçirilib. Məhz həmin görüşdə Azad Xalq Partiyasının sədri partiyasından olan nümayəndələrə İtaliya parlamentində Xocalı faciəsinin tanınması istiqamətində fəaliyyət göstərməyi tapşırıb. Qeyd olunan təqdimat da məhz həmin göstərişin məntiqi davamıdır.
    19.09.12 Məqaləni oxumaq
     
    Bahar Muradova: “Jirinovski, liberallıq heç də simasızlıq demək deyil”
    «Görünən odur ki, Jirinovski erməni oliqarxlarını Ermənistan ordusunun güclənməsi üçün yardımları artırmağa çağırarkən özünü də unutmayıb». “KƏLAMİNFO” xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova özünün «Facebook» səhifəsində bildirib. B.Muradova qeyd edir ki, çünki o, elə növbəti fikirlərində onları xəsislikdə ittiham edir və eləcə də erməni xalqına hər zaman dəstək olduğunu və bundan sonra da olacağını bəyan etməklə yanaşı, özünü də yaddan çıxarmamalarını və dəstək vermələrini xahiş edir. «Burada xoruzun quyruğu aydın görünür. "Cənab" kloun siyasətçi (P.S. həmkarım Z.Əsgərova təşəkkür edirəm), yoxsa Qudkovdan sonra sizin də maliyyə mənbələrinizin nəzarət altına alınacağından qorxursunuz? Odur ki, indidən qaranlıq gələcəyinizə erməni oliqarxlarının çirkli pul yardımları ilə işıq salmaq istəyirsiniz?
    19.09.12 Məqaləni oxumaq
     
    Azərbaycan və Fransa prezidentləri Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılışına qatılıblar
    Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunmuş yeni zalların açılış mərasimi keçirilib. “KƏLAMİNFO” xəbər verir ki, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa Prezidenti Fransua Olland mərasimdə iştirak ediblər. Dövlət başçısını və xanımını Fransa Prezidenti Fransua Olland qarşılayıb. Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
    18.09.12 Məqaləni oxumaq
     
    Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Bakıdadır
    Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri İsmayıl Alpər Coşqun Bakıya gəlib. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Türkiyənin Azərbaycandakı səfirliyindən veriblər. Səfir etimadnaməsini Azərbaycan prezidentinə təqdim etdikdən sonra rəsmən fəaliyyətə başlayacaq. Qeyd edək ki, bu ilin aprel ayında Türkiyə prezidenti Abdulla Gül İsmayıl Alpər Coşqunun Azərbaycanda səfir təyin edilməsi barədə sərəncam imzalayıb.
    18.09.12 Məqaləni oxumaq
     
    Prezident Fransaya işgüzar səfərə yola düşüb
    Prezident İlham Əliyev bu gün Fransaya işgüzar səfərə yola düşüb. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
    18.09.12 Məqaləni oxumaq
     
    İqtisadi siyasət komitəsinin payız sessiyası çərçivəsində görüləcək işləri müzakirə olunub
    Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında payız sessiyası çərçivəsində görüləcək işlər müzakirə olunub. “KƏLAMİNFO” xəbər verir ki, komitənin gündəliyi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verib. Z.Səmədzadə bildirib ki, payız sessiyası gərgin iş qrafiki ilə seçilir: “Belə ki, sessiya müddətində əvvəlcə 2013-cü ilin büdcə paketi müzakirə olunacaq. Bundan başqa, komitə bir sıra qanun layihələrini parlamentin plenar iclasına təqdim edəcək. Bunlar “Təhsil krediti haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Qiymətləndirmə haqqında” və “Kənd təsərrüfatının kooperasiyası haqqında” qanun layihələri və Rəqabət Məcəlləsidir”. Müzakirələrdən sonra komitənin iş qrafiki təsdiq olunub.
    17.09.12 Məqaləni oxumaq
     
    Əli Həsənov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
    Bu gün Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Riçard Morninqstarı qəbul edib. “KƏLAMİNFO”nun verdiyi məlumata görə, görüşdə ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, təhlükəsizlik məsələləri, demokratiya, vətəndaş cəmiyyəti quruculuğu, insan hüquqları, siyasi plüralizm, azad cəmiyyət, QHT-lər və bir sıra məsələlərə dair fikir mübadiləsi aparılıb.
    17.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 31 32 33 34 35 36 37 38 39 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30