Açılış Səhifəsi et

 Favorilərə əlavə et
“Kəlam həyatın başlanğıcı və sonudur”, “Öyrənin – beşikdən qəbrə qədər”
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Azərbaycanlı deputat: “Türkiyə ilə Azərbaycan arasında birgə hərbi təlimlərə start verilməsinin zamanı yetişib”
    “Artıq elə bir dönəmdir ki, Türkiyə ilə Azərbaycan arasında iki qardaş ölkənin birgə hərbi təlimlərə start verməsi zamanı çoxdan yetişib”. Bunları “KƏLAMİNFO”ya açıqlamasında Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. Deputat qeyd edir ki, ən azı torpaqlarımızı işğal edən Ermənistanda Rusiya hərbi bazasının genişləndirilməsi və yerli hökumətə hərbi hissələrin təhvil verilməsi bizdə də adekvat addım atmağa vadar edir: “Belə bir birgə təlim bölük, alay və ya digər formada vahid komandanlıq altında yaradılacaq bu hərbi birləşmə birgə döyüş təlimləri keçirə bilər. Bu məsələ “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin təsdiq edilməsi barədə 19 yanvar 2011-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənə bilər”.
    02.10.12 Məqaləni oxumaq
     
    Prezident Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
    02.10.12 Məqaləni oxumaq
     
    Prezident Fransa Senatının enerji araşdırma qrupunun həmsədrini qəbul edib
    Prezident İlham Əliyev bu gün Fransa Senatının enerji araşdırma qrupunun həmsədri senator Ladislas Poniatovskinin başçılıq etdiyi senatorlar xanım Delfin Batay, Kristof-Andre Frassa və Jan-Klod Leniordan ibarət nümayəndə heyətini qəbul edib. “KƏLAMİNFO” xəbər verir ki, dövlət başçısı Fransa Senatının enerji araşdırma qrupunu təmsil edən senatorların ölkəmizə səfərinin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb. Fransaya bu yaxınlarda səfər etdiyini məmnunluqla xatırlayan prezident İlham Əliyev bildirib ki, prezident Fransua Ollandla görüşü və səfər zamanı keçirdiyi digər görüşlər Azərbaycan-Fransa münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqlədi. Əlaqələrimizin inkişafında parlamentlərarası əməkdaşlığın önəmini qeyd edən dövlət başçısı Fransa Senatı nümayəndələrinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da gücləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
    02.10.12 Məqaləni oxumaq
     
    Mahmud Məmməd-Quliyev Nyu-Yorka gedib
    Xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev 1-2 oktyabr tarixlərində “Transmilli Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi üzrə yeni qətnamənin irəli sürülməsinə hazırlıq məqsədi ilə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahında səfərdə olacaq. Xarici İşlər Nazirliyindən “KƏLAMİNFO”ya verilən məlumata görə, səfər çərçivəsində Avropa İttifaqı üçün TASİM layihəsinin həyata keçirilmə vəziyyəti üzrə ikitərəfli görüşlər və brifinqin keçirilməsi, eləcə də layihənin icrası ilə bağlı görüləcək işlər barədə müzakirələrin aparılması nəzərdə tutulub.
    02.10.12 Məqaləni oxumaq
     
    Milli Məclis Avropa Parlamentinin qətnaməsinə qarşı bəyanat verdi
    Milli Məclisin bu gün keçirilən iclasında Ramil Səfərov məsələsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət üçün yaradılmış komissiya Avropa Parlamentinin müvafiq qətnaməsinə qarşı bəyanat hazırlanıb. “KƏLAMİNFO” xəbər verir ki, bəyanatı komissiyanın üzvü, deputat Sədaqət Vəliyeva oxuyub. Bəyanatda AP-nin qətnaməsindən təəssüf ifadə olunub. Həmçinin qeyd olunub ki R.Səfərovun Azərbaycana ekstradisiyası və əfv edilməsi zamanı yerli qanunlara və beynəlxalq konvensiyalara əməl olunub. Bəyanatda erməni terror təşkilatının azərbaycanlıları hədələməsinə diqqət yönəldilib və Ermənistanın “qəhrəman” elan etdiyi terroristlərin adları qeyd olunub. Bəyanat müzakirələrdən sonra qəbul olunub.
    01.10.12 Məqaləni oxumaq
     
    Əli Əhmədov: Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını itirib
    “Yeni Azərbaycan Partiyası, partiyanın üzvü Gülər Əhmədovanın qeydiyyatı ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayevlə birgə videogörüntüləri vasitəsi ilə üzə çıxmış əməllərindən dərin təəssüf hissi keçirir.” “KƏLAMİNFO” xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının Sədr müavini – icra katibi Əli Əhmədov səsləndirib. Ə.Əhmədov qeyd edib ki, birmənalı şəkildə, bu hərəkətlər Yeni Azərbaycan Partiyasının prinsip və dəyərləri ilə qətiyyən bir araya sığmır: “Biz Gülər Əhmədovanın dələduzluq hərəkətlərini ölkənin hakim partiyasına ləkə kimi qiymətləndiririk. Eyni zamanda o da şübhəsizdir ki, Gülər Əhmədova törətdiyi dələduzluq əməlləri ilə Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil etməyə mənəvi haqqını artıq itirmişdir. Yeni Azərbaycan Partiyasının hər bir üzvünün mövqeyi məhz belədir” - deyə YAP-ın Sədr müavini bildirib.
    30.09.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov Ketrin Eştonla nədən danışıb?
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eştonla görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri, eləcə də beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
    30.09.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov BƏƏ və Dominikanın xarici işlər nazirləri ilə görüşüb
    Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) və Dominikanın axrici işlər nazirləri ilə görüşüb. Bu barədə məlumatı “KƏLAMİNFO”ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. E.Məmmədyarovun BƏƏ-nin xarici işlər naziri Şeyx Abdullah Bin Zayed Əl Nahyan ilə görüşündə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti məmnunluqla qeyd olunub və gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
    29.09.12 Məqaləni oxumaq
     
    Asim Mollazadə ABŞ səfirinin müşaviri ilə görüşüb
    Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Fanta Orla görüşüb. DİP-in mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, görüşdə Azərbaycandakı ictimai-siyasi durum, Azərbaycan-ABŞ münasibətləri, regiondakı vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları müzakirə olunub. A.Mollazadə Fanda Ora partiyanın fəaliyyəti barədə ətraflı məlumat verib.
    29.09.12 Məqaləni oxumaq
     
    Elmar Məmmədyarov həmsədrlərlə danışıqlardakı durğunluğu müzakirə edib
    Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Nazirlikdən “KƏLAMİNFO”a verilən məlumata görə, görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi Yerevanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilib.

    Nazir Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirib.
     Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulayıblar.
    28.09.12 Məqaləni oxumaq
     
    Səhifələr : # « 29 30 31 32 33 34 35 36 37 » #
    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

     
    Jurnalın arxivi
     
    « 2024»
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    « Sen.2024
    Ďí.Âň.Ńđ.×ň.Ďň.Ńá.Âń.
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30